Məhkəmə qərarları › İş №e-2(001)-3015/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3015/2022

18.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3015/2022 18.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkil Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X5 qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs X5 qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü övladı X2 üçün müəyyənləşdirilmiş aliment ödəmələrindən, borcundan cavabdehə ödədiyi 10600(on min altı yüz) manat məbləğində pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh xx.xx.2007-ci il tarixində rəsmi şəkildə nikaha daxil olmuş və bu nikahdan Surxay adlı uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2197/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və uşaq ananın himayəsinə verilmiş, uşaq üçün 100 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Nikah pozulduqdan sonra cavabdeh uşaqla birlikdə Almaniyaya köçmüşdür və hal-hazırda da orada yaşamaqdadırlar. Cavabdehin məhkəməyə müraciəti əsasında, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3679/2020 saylı qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək 170 manat sabit pul məbləğində müəyyənləşdirilmişdir. İddiaçı övladının saxlanması üçün vəsaitləri hər zaman ödəmiş, cavabdehin bununla bağlı heç bir borc tələbi yaranmamışdır. Cavabdeh Almaniyada yaşadığından İddiaçı aliment ödəmələrini onun istifadəsində olan bank hesabına-həmin kart hesabı cavabdehin bacısı Məhyəddinova Könülün adına rəsmiləşdirilsə də, Cavabdeh faktiki istifadəsindədir-göndərmişdir. Lakin icra işi Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsində olduğundan və cavabdehlə həmin qurumun əlaqəsi olmadığından İddiaçı etdiyi ödənişlər nəzərə alınmamışdır və aliment borcu yaranmış kimi görünməkdədir. Hesablamalara görə bu günə kimi onun 10600 manat məbləğində aliment borcu yığılıb. Lakin iddia ərizəsinə əlavə edilən qəbzlərdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2018-cu il tarixində 1050 manat, xx.xx.2018-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 800 manat, xx.xx.2019-cu il tarixdə 300 euro, xx.xx.2019-cu il tarixdə 500 euro, xx.xx.2019-cu il tarixdə 4700 euro, xx.xx.2020-ci il tarixdə 100 euro, xx.xx.2020-ci il tarixdə 200 euro məbləğində ödəniş etmişdir. İddiaçı İcra Şöbəsi ilə əlaqə saxlayaraq ödəniş qəbzlərini göstərsə də, icra məmuru həmin ödənişlər üzrə borcları silmək səlahiyyətində olmadığını bildirmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı elektron qaydada məhkəməyə dəqiqləşmə ərizəsi ünvanlayaraq, övladı xx.xx.2008-ci il təvəllüdlü övladı X1 üçün müəyyənləşdirilmiş aliment borcundan cavabdehə ödədiyi 2850 manatın və 5800 evro məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahatında bildirmişdir ki, bacısı Cavabdeh İddiaçı pul göndərməsi üçün hesab kartını istəmiş, o da razılaşaraq bank kartını bacısına vermişdir. Lakin iddiaçının aliment borcunun necə yarandığını bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək, xx.xx.2008-ci il təvəllüdlü X2 üçün müəyyənləşdirilmiş aliment ödəmələrindən, borcundan İddiaçı cavabdehə ödədiyi 2850 manat və 5800 euro məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2197/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X8 anasının himayəsinə verilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Qəbzlərdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2019-cu il tarixdə 4700 euro, xx.xx.2020-ci il tarixdə 200 euro, xx.xx.2020-ci il tarixdə 100 euro, xx.xx.2019-cu il tarixdə 500 euro, xx.xx.2019-cu il tarixdə 300 euro, xx.xx.2018-ci il tarixdə 800 manat, xx.xx.2018-cu il tarixində 1050 manat, xx.xx.2018-ci il tarixdə 1000 manat pul məbləği X4 plastik kart hesabına ödəniş edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Ramin Surxay oğlundan tutulan aliment üzrə yaranmış borcdan 2850 (iki min səkkiz yüz əlli) manat və 5800 (beş min səkkiz yüz) euro (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində borc silinməlidir. Belə ki, iddiaçı qanunla nəzərdə tutulmuş qaydada alimentin ödənilməsinə dair öhdəliyini yerinə yetirmişdir.Lakin Cavabdeh ölkədən kənarda yaşadığından (Almaniya FR) iddiaçı tutulmalı olan aliment məbləğinin ödənilməsini cavabdehin bacısı K.Məhyəddinovaya məxsus olan plastik kart hesabına köçürməklə icra etmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X1 üçün İddiaçı tutulan aliment üzrə yaranmış borcdan 2850 (iki min səkkiz yüz əlli) manat və 5800 (beş min səkkiz yüz) euro (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində borc silinsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar