Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3124/2023 15.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı ünvan 3ə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı ünvan 3ə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Qazax rayonunda anadan olmuş və hal-hazırda özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Qeyd edilən ünvanda həmçinin iddiaçının həyat yoldaşı X1, oğlu X8, oğlu Cavabdeh, onun ailə üzvləri X2, X9, X7 qeydiyyatdadırlar. Cavabdeh ailə həyatı qurduqdan sonra bir müddət atasına məxsus evdə yaşamış, sonradan Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində torpaq sahəsi alaraq yeni ev inşa etmiş, evin inşa olunmasında Cavabdeh ailə üzvləri də yaxından iştirak etmişlər. Yeni inşa olunmuş ev hazır olduqdan sonra Cavabdeh ailə üzvləri ilə birlikdə həmin evə köçərək yaşayır. Cavabdeh yeni evi inşa edib həmin evə dair cıxarış alaraq rəsmiləşdirdikdən sonra valideynləri ondan yeni ünvana qeydiyyata düşməsini tələb etmiş, lakin cavabdeh ailə üzvləri ilə faktiki olaraq ünvan 2 ünvanında yerləşən mülkiyyətində olan evdə yaşasa da, bü günədək atasına məxsus ünvan 3 ünvanında formal olaraq pasport qeydiyyatındadırlar. İddiaçı cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxarılmaları üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət etmiş, Binəqədi RPİ-nin X5 xx.xx.2022-ci il tarixli 059-42290-1222 saylı məktubla iddiaçıya Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən cavabdehin ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilməsi bildirilmişdir. Yaranmış ailə münasibətlərindən irəli gələn mübahisə ilə bağlı Cavabdeh məcburi mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilmişdir. Lakin o, təklif məktubunu alsa da, təklifə heç bir cavab verməmişdir. Bundan sonra Cavabdeh Mediasiya Şurasının mediatrı tərəfindən ailə mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində ilkin mediasiya sessiyasında iştirak edərək qeydiyyatdan cıxmaq üçün valıdeyinlərindən müəyyən məbləğdə pul və ya üç ədəd ticarət obyekti tələb etmişdir. Cavabdehin qeyd olunan ünvanda qeydiyyatda olması müəyyən narahatçılıq, narazılıq və söz-söhbət yaradır. Belə ki, İddiaçı məxsus evdə cabadehin qardaşı Y.Z.Yaqubəliyev ailə üzvləri ilə birlikdə yaşayır və həmin evə dair xərclər onun tərəfindən ödənilir. Cavabdeh və ailə üzvlərinin həmin ünvanda qeydiyyatda olması əlavə xərclərə səbəb olur. (torpaq vergisi və s.). Həmçinin Cavabdeh və ailə üzvlərinə dair hər hansı bir prossedur hərəkətlər onun yaşayış yeri üzrə deyil, qeydiyyatda olduğu İddiaçı məxsus ünvanda baş verdiyi üçün aralarında narazılıq yaradır. Bundan başqa cavabdehin və ailə üvzlərinin könüllü olaraq qeydiyyatdan cıxmaları barədə hər dəfə söhbət düşdükdə Cavabdeh aqressivlik nümayiş etdirərək valideyinlərinin ölməsini və evə sahiblənəcəyini bildirməklə təhdidlər edir. Bu səbəbdən iddiaçı məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh mübahisəli mənzildə yaşamadığını, mülkiyyətində olan evdə yaşamasını nəzərə alaraq belə qənaətə gəlmək olar ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən əmlakda yaşamaq üçün ehtiyacı yoxdur. Qanunverici istifadə hüququna görə kompensasiyanın verilməsini, yalnız mənzildən istifadə edildiyi təqdirdə mümkün hesab edir. Hazırkı işdə müəyyən edilmişdir ki, mənzilə istifadə hüququnu əldə etmiş şəxs uzun müddət həmin mənzildən istifadə etməmiş və ailəsi ilə birlikdə başqa yerdə yaşamışdır. Mülkiyyətçi tərəfindən ona qarşı iddia qaldırıldıqda isə cavabdeh istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilməsini tələb etmişdir. Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Ona görə də Cavabdeh ünvan 7inə istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçı Yaqubalıyev Zakı̇ r Telman oğlunun vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında cavabdeh Yaqubəlı̇ yev Əlı̇ Zakı̇ r oğlu izahatında göstərmişdir ki, məhkəməyə təqdim olunan sənədlər səhvdir. Belə ki, ev həmin sxemə daxil deyildir. Ev normal yaşayış evidir. Evdə əlavə artırmalar aparılmış, ev onun anası M.Yaqubəliyevaya aid olsa da, iddia ərizəsini ona qarşı atası tərəfindən qaldırılmışdır. O, Hökməli qəsəbəsində mülkiyyətində olan 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evində həyat yoldaşı və uşaqları ilə birlikdə yaşayır. 16 yaşından o, işləməyə başlamış, ailəsinə maddi dəstək olmuşdur. O, anasına inanıb torpağın anasının adına keçirilməsinə razı olmuşdur. O, qeydiyyatda olduğu evdən qeydiyyatdan çıxamaq istəmir. Belə ki, qeydiyyatda olduğu ünvan üzrə bütün sənədləri almaq ona rahatdır. Abşerona qeydiyyata alındığı halda o, sənədləri Sumqayıtdan almalı olacaqdır. Cavabdeh Yaqubəlı̇ yev Əlı̇ Zakı̇ r oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh Yaqubəlı̇ yev Əlı̇ Zakı̇ r oğlu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Yaqubəlı̇ yev Əlı̇ Zakı̇ r oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə 2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yeronun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin -müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqları Yaqubəlı̇ yev Əlı̇ Zakı̇ r oğlunun adına xx.xx.2016-ci il tarixdə **********83-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Binəqədi RPİ-nin xx.xx.2022-ci il tarixli 059-42290-1222 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən,Cavabdeh və başqalarının ünvan 7 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilməsi İddiaçı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər ünvan 3 ünvanında özbaşına inşa olunan tikilidə qeydiyyata alınmış, iddiaçı həmin ünvanda yaşasa da, cavabdeh ailə üzvləri ilə birlikdə mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatının onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmədiyini müəyyən etmişdir. X6 Məhkəməsi müəyyən etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən və yuxarıda istinad olunan maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş, almış şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, özbaşına tikiliyə istifadə hüququ olmayan iddiaçının, həmin tikiliyə istifadə hüququ olmayan cavabdehdən sonuncunun yaranmayan hüququna xitam verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Ona görə də iddia ərizəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı ünvan 3ə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-3124/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3124/2023
15.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver