Məhkəmə qərarları › İş №e-2(001)-3126/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3126/2023

24.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3126/2023 24.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka 2/3 hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka 2/3 hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahları dövründə əldə edilmiş və cavabdehin mülkiyyətində olan “HONDA İNSİGHT minik markalı, **-UH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən ona çatası pay müəyyən edilərkən uşaqların onun himayəsində olması nəzərə alınaraq “HONDA İNSİGHT” minik markalı avtomobilin üzərində 2/3 hissədə mülkiyyət hüququnun tanınması və Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 dekabr 2019-cı il tarixli ********** saylı çıxarışına əsasən **********22-05301-093154 saylı reyestr nömrəsi ilə qeydə alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.30 kv.m olan mənzilində 2/3 hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə evlənərək nikahlarını rəsmi olaraq qeydə aldırmışlar. Cavabdeh ilə birgə nikahlarından xx.xx.2013cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 adında iki övladları doğulub. Cavabdeh ilə evləndikdən sonra ailə münasibətləri əvvəllər yaxşı olsa sonradan pozulmuşdur. O, ailəsini qorumağa, dağılmamağa cəhd etsə də nəticədə onlar bir ailə kimi Elşən ilə bu məsələnin həlli yolunu tapa bilmədikləri üçün məcbur ayrılmaq qərarına gəlmişlər və cavabdeh nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ilə ər arvad qismində birgə rəsmi nikahda olduqları daşınar və daşınmaz əmlakların bölgüsü barədə qarşılıqlı razılığa gələ bilmədikləri, daşınmaz əmlakın bölgüsü ilə əlaqədar məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Birgə nikahda olduqları dövrdə Cavabdeh xx.xx.2020-ci il tarixində “HONDA İNSİGHT” markalı “**-UH- ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi almışdır. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 dekabr 2019-cı il tarixli ********** saylı çıxarışına əsasən **********22-05301-093154 saylı reyestr nömrəsi ilə Cavabdehadına qeydə alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 66.30 kv.m, hazırda cavabdehin mülkiyyətindədir. İddia tələbi ilə bağlı Cavabdeh məcburi mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilmişdir. Lakin o, təklif məktubunu alsa da, təklifə heç bir cavab verməmişdir. Bundan sonra cavabdeh Əmənov X2 Şurasının mediatoru tərəfindən ilkin mediasiya sessiyasında iştirak etmək üçün əvvəlcədən məlumatlandırılmışdır. Lakin cavabdehlə mediasiya sessiyasında heç bir razılıq əldə olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək,iddia tələbini qismən qəbul etdiyini, ünvan 3 ünvanının ½ hissəsinə mülkiyyət hüququnun tanınmasına etiraz etmədiyini, qalan hissədə iddianı qəbul etmədiyini, avtomobilin onun qazanc mənbəyi olduğuna görə bölünməsinə razı olmadığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib,iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, iddiaçının yalnız ünvan 3 ünvanının ½ hissəsinə mülkiyyət hüququnun tanınmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mkr, ev 143a, mənzil 62 (yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 499, M7, m7) X3 xüsusi mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestr xidmətində xx.xx.2019-cu il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli e-2(001)- 507/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Hüseynova (Əmənova) Güllü Bəşir qızı arasında xx.xx.2012-ci il tarixdə İmişli rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 327 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014cü il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli 2-70787/2-23 №-li məktuba “Honda İnsight” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alqı-satqı müqaviləsi, əlavə olaraq digər sənədlərin surətini və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı əlavə edilərək, məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş “Honda İnsight” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, həmin avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına rəsmiləşdirilmiş və bununla əlaqədar xx.xx.2020-ci il tarixdə AD754074 №-li şəhadətnamə verilmişdir. Həmin məktuba əlavə edilmiş 16 yanvar 2020-ci il tarixli Nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı X5 “Honda İnsight” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili 10.000 manata alıcı Cavabdeh satmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 21 iyun 2023-cü il tarixli 3-21-3-02/2-7838/2023 №-li məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 499, M7, m7 (köhnə qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon, ev 143A, mənzil 62) "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2019-cu il tarixli 476 saylı protokolundan çıxarışa və eyni tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixində Cavabdeh adına ilkin qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 14 fevral 2023-cü il tarixli arayışdan görünür ki, keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh 14 fevral 2023-cü ildə saat 10:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Mediasiya xərcinin 25 manatı İddiaçı nümayəndəsi Vəkil və 25 manatı isə Cavabdeh tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı bir əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə aiddir. 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. 36.3-cü maddəsinin tələbinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: -əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər 04 iyul 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(001)-507/2023 saylı qətnaməsi ilə isə nikahları pozulmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahı dövründə alınmış Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon, ev 143A, mənzil 62 ( yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 499, M7, m7:) "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2019-cu il tarixli 476 saylı protokolundan çıxarışa və eyni tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixində Cavabdeh adına ilkin qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Eyni zamanda “Honda İnsight” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 16 yanvar 2020-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən 16 yanvar 2020-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmiş və hazırda mülkiyyətindədir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahı dövründə əldə olunmuş Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon, ev 143A, mənzil 62 ( yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 499, M7, m7:) və“Honda İnsight” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bərabər paylara bölünməklə, bu əmlakların ½ (ikidə bir) hissəsinə İddiaçı, ½ (ikidə bir) hissəsinə Cavabdeh mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, mübahisəli əmlakların tərəflər arasında qeyri-bərabər paylara bölünməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təsvir olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon, ev 143A, mənzil 62 ( yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 499, M7, m7:) və “Honda İnsight” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bərabər paylara bölünməklə, bu əmlakların ½ (ikidə bir) hissəsinə İddiaçı, ½ (ikidə bir) hissəsinə Cavabdeh mülkiyyət hüququ tanınmalı, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun 50 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməli, 25 manatı isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon, ev 143A, mənzil 62 (yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 499, M7, m7:) bərabər paylara bölünməklə, bu əmlakın ½ (ikidə bir) hissəsinə İddiaçı, ½ (ikidə bir) hissəsinə Cavabdeh mülkiyyət hüququ tanınsın. “Honda İnsight” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bərabər paylara bölünməklə, bu əmlakın ½ (ikidə bir) hissəsinə İddiaçı, ½ (ikidə bir) hissəsinə Cavabdeh mülkiyyət hüququ tanınsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar