Məhkəmə qərarları › İş №e-2(001)-3128/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3128/2023

27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3128/2023 27.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması, alimentin tutulması, əmlak tələbi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ilə 08 iyun 2012-ci il tarixdə Baki şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsində 417 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 onun yanında qalması, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması ücün hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi məbləğində alimentin tutularaq ona verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 2-ci döngə, 3 nömrəli ev, mənzil 22-nin cavabdehlə arasında ½ paylara bölünməsi, Cavabdeh qalan ona məxsus qızıl-zinət əşyaların 1 qarnitur dəst (1 ədəd boyunbağı və 1 ədəd bilərzik, ümumi çəkisi 37,0 qram, əyar 750, brilliant daşı 2,20 karat olmaqla) ümumi bazar dəyəri 5000 (beş min) manat olan qiymətində olan əmlaklarının ona qaytarılması və ya dəyərinin pulla ödənilməsi, ödənilmiş 70 (yüz) manat dövlət rüsumunun, 50 (əlli) manat mediasiya rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Belə ki, iddiaçı iddia ilə məhkəməyə müraciət edən zaman dövlət rüsumunu natamam ödəmişdir. Yəni iddiaçı mediasiyaya ödədiyi 50 manat rüsumdan əlavə məhkəməyə iddia ilə müraciət etməsi üçün cəmi 70 manat dövlət rüsumu ödəmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.10-cu maddəsində göstərilmişdir ki, bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. İddia ərizəsindən görünür ki, iddia bir neçə müstəqil tələbdən ibarətdir. Birinci tələb nikahın pozulması və ondan irəli gələn məsələlərin həlli, ikinci tələb isə mülkiyyət hüququnun müdafiəsindən irəli gələn əmlak tələbidir. Daha konkret deyilsə birinci tələb qiymətləndirilməyən iddia üzrə, ikinci tələb isə qiymətləndirilən iddia üzrə tələbdir. Buna baxmayaraq iddiaçı qiymətləndirilən iddia tələbi üzrə ödəməli olduğu dövlət rüsumunu əksik ödəmişdir. Belə ki, iddiaçının qiymətləndirilən tələbi üzrə iddiasının qiymətinin 5000 manat olmasına baxmayaraq, 70 manat rüsum ödəməli olduğu halda 20 manat dövlət rüsumu ödəmişdir. Ehtimal olunur ki, iddiaçı bütün tələblər üzrə iddiasının qiymətini 120 manat müəyyən etmiş və mediasiyada çəkdiyi xərc həddində(50 manat) dövlət rüsumundan azad olduğuna əsaslanaraq cəmi 70 manat ödəməli olduğu qənaətinə gəlmişdir. Lakin iddiaçı tərəf qiymətləndirilməyən iddialar üzrə 100 manat, qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilməli olduğunu, yəni hazırki iddiaya münasibətdə iddiasının qiymətinin 170 manat olduğunu nəzərə almamışdır. Odur ki, göstərilənlər iddia ərizəsinin məhkəmə icraatını mümkünsüz edir və iddia ərizəsinin geri qaytarılması üçün əsas yaradır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2. iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması, alimentin tutulması, əmlak tələbi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması, alimentin tutulması, əmlak tələbi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar