Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3149/2024 23.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) uşaqların atanın razılığı olmadan uşaqların ölkədən kənara çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdehin birgə uşaqları xx.xx.2014-cü il təvəllüdlü X4 (Fin: 75JMQSZ), xx.xx.2015-ci il təvəllüdlü X5 (Fin: 8MWPERE), xx.xx.2018-ci il təvəllüdlü X2 Cavabdeh razılığı olmadan İddiaçı ilə birlikdə ölkədən getməsinə icazənin verilməsi barədə məhkəmə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 16 fevral 2013-cü ildə nikaha daxil olmuş və həmin nikah Səadət Sarayı Bakı X12 şöbəsi tərəfindən 193 nömrəli qeyd ilə nikahın bağlanması haqqında akt qeydləri kitabına daxil edilmişdir. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Az yaşlılar Hüseynzadə İbrahimElşən oğlu və X8 hal hazırda iddiaçı-anaları ilə birlikdə yaşayırlar. Cavabdeh isə, Bakı, Binəqədi, 6 Mkr, 7-X13,ev 1, mən 82 qeydiyyatda olsa da uzun müddətidir ki, faktiki olaraq başqa yerdə yaşayır. İddiaçı, birgə yaşamanın və ailənin saxlanmasının qeyri-mümkünlüyünü nəzərə alaraq cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, birgə uşaqları X4 və X1 üçün alimentin ödənilməsi tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin ərizə üzrə başlayan məhkəmə işi hal hazırda Binəqədi rayon Məhkəməsində e-2(001)-2968/2024 saylı iş üzrə davam edir. Bundan başqa iddiaçı üçün cavabdehin icazəsi olmadan uşaqları ilə birlikdə müvəqqəti olaraq xarici ölkələr gedib gəlməsi imkanının təmin olunması tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, iddiaçı və cavabdehin hər il xüsusilə yay aylarında dünya görüşlərinin artırılması, yüksək keyfiyyətli istirahətin təşkil olunması, keyfiyyətli tibbi xidmətlərdən istifadə etməsi, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması və.s kimi məqsədələr ilə müxtəlif xarici ölkələrə səyahət edirlər. Hesab edirik ki, iddiaçı və cavabdeh arasında yaran məhkəmə mübahisələri səbəbi ilə uşaqların xarici ölkələrə getmək, səyahət etmək hüquqlarının məhdudlaşdırılması qəbul edilən deyil. Bu səbəblə uşaqların cavabdehin razılığı olmadan iddiaçı ilə birlikdə dünya görüşlərinin artırılması, yüksək keyfiyyətli istirahətin təşkil olunması, keyfiyyətli tibbi xidmətlərdən istifadə edilməsi, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması kimi məqsədlər ilə xarici ölkələrə səyahət etməsinə məhkəmə qaydasında icazə verilməsi zəruridir. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib, işə onun iştirakı olmadan baxılmasını, eləcə də cavabdehin verdiyi notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X5 (FİN:8MWPERE) yetkinlik yaşına çatanadək xx.xx.1990-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) ilə birlikdə Azərbaycan Respublikasından kənara İstənilən xarici ölkələrə gedib qayıtmasına heç bir etirazı yoxdur. Bu faktı nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həm yaşayış ünvanı üzrə poçt vasitəsilə, həm də mobil telefonuna “Elektron məhkəmə” informasiya sistemindən sms bildirişlə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan; Cavabdeh 51 saylı notariat ofisində verdiyi ərizəsindən görünür ki, o, xx.xx.2015-ci il təvəllüdlü X5 (FİN:8MWPERE) yetkinlik yaşına çatanadək xx.xx.1990-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) ilə birlikdə Azərbaycan Respublikasından kənara istənilən xarici ölkələrə gedib qayıtmasına heç bir etiraz etmir. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Məhkəmə, cavabdehin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin Məcəllənin 3.0, 3.0.4-cü maddələrinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi bu Məcəllə ilə qarşıya qoyulan vəzifələrdən biridir. Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar və Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanlarının qərarları uşaqların mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər yetirməməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiyasının 28.3-cü maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 13 nömrəli Qərarının: - 7.9-cu bəndində göstərilmişdir ki, qanunvericilikdə bu kateqoriya işlər üzrə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının cəlb edilməsini və yaxud müvafiq rəyinin alınmasını tələb edən hər hansı imperativ norma mövcud deyildir. Belə ki, Ailə Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, uşaqların yalnız tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Qanunvericilikdə buna dair hər hansı tələbin olmadığı halda, işə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının cəlb edilməsi və yaxud onların müvafiq rəyinin alınması, xüsusiyyətinə görə əslində daha çevik yanaşmanı tələb edən bu kateqoriya işlərin baxılması müddətlərinin lüzumsuz olaraq uzadılması ilə nəticələnir. - 7.11-ci bəndində göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, uşaqla onun valideynləri arasında elə bir bağlılıq əlaqəsi mövcuddur ki, hətta onun valideynləri daha birgə yaşamasalar belə və ya münasibətlərinə son qoysalar belə, həmin əlaqə "ailə həyatı" təşkil edir (Berrehab Niderlanda qarşı, § 21). Valideynlə uşağın birlikdə olmaq hüququndan istifadə etmələri “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Avropa Konvensiyası) 8-ci maddəsində nəzərdə tutulmuş "ailə həyatı"nın fundamental elementini təşkil edir (valideynlər arasında əlaqələr qırılmış olsa belə) və daxili qanunvericilikdə bu hüquqdan istifadəyə maneə yaradan tədbirlərin nəzərdə tutulması Avropa Konvensiyasının 8-ci maddəsi ilə qorunan hüquqa müdaxiləyə bərabərdir (Monori Rumıniya və Macarıstana qarşı, § 70; Kutsner Almaniyaya qarşı, § 58; Elsholts Almaniyaya qarşı [BP], § 43; K. və T. Finlandiyaya qarşı [BP], § 151). Bununla yanaşı, Avropa Məhkəməsi bildirir ki, Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına zərər verə biləcək addımlar atmaq hüququna malik deyil (Elsholts Almaniyaya qarşı [BP], § 50). Bu sahədə həlledici məsələ dövlətin ona verilən qiymətləndirmə sərbəstliyinin hüdudları çərçivəsində əks maraqlar (uşağın və iki valideynin maraqları ilə ictimai asayişin qorunması maraqları) arasında ədalətli balansa riayət edib-etmədiyini müəyyənləşdirməkdir (Momusso və Vaşinqton Fransaya qarşı, § 62), lakin onu da yadda saxlamaq lazımdır ki, uşağın üstün maraqları birinci növbədə nəzərə alınmalıdır. Bununla belə, valideynlərin maraqları da, xüsusən onların uşaqla mütəmadi təmasda olmaq hüququ işdəki müxtəlif maraqlar balanslaşdırılarkən nəzərə alınmalı olan amildir (X. Latviyaya qarşı [BP], § 95; Kutsner Almaniyaya qarşı, § 58). - 7.12-ci bəndində göstərilmişdir ki, ünsiyyətlə bağlı qanuni qüvvəsini almış qətnamənin mövcudluğu halında məhkəmələr bu kateqoriya iddialara ümumi əsaslarla baxmalı və qərarın qəbulu zamanı ilk növbədə uşaqların maraqlarını nəzərə almalı, valideyni ilə üsiyyətdən müəyyən müddətdə məhrum olacaqlarına səbəb olan səfərin onların tərbiyə və təhsili, fiziki, psixi sağlamlığı, əxlaqi inkşafına təsiri baxımından qiymətləndirməli, habelə ünsiyyət hüququ olan valideynin maraqları ilə uşağın mənafeləri arasındakı ədalətli balansı gözləməlidirlər. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hazırda tərəflər arasında nikahın pozulması tələbi 2(0010-2968/2024 saylı nömrə altında məhkəmənin digər hakiminin icraatında olsa da, yəni tərəflər arasında faktiki olaraq nikah pozulmasa da, Cavabdeh öz iradə ifadəsini bəyan edərək 51 saylı notariat ofisində ərizə verib, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək xx.xx.1990-cı il təvəllüdlü İddiaçı ilə birlikdə Azərbaycan Respublikasından kənara istənilən xarici ölkələrə gedib qayıtmalarına etiraz etmədiyini bildirmişdir. Lakin məhkəmə hesab edir ki, bu razılığın sonradan cavabdeh tərəfindən ləğv edilmə ehtimalı mövcud olduğundan işə məhiyyəti üzrə baxılmalıdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 13 nömrəli Qərarında (7.6-cı bənd) qeyd olunmuşdur ki, “İddianın qaldırılmasınadək razılıq verməməsi, razılığın rəsmiləşdirilməsindən yayınması, yaxud da olduğu yeri müəyyənləşdirilməyin mümkünsüzlüyü sübuta yetirilən valideynin sonradan işə məhkəmədə baxılarkən notarial qaydada təsdiq edilmiş razılığını təqdim etməsi iş üzrə icraata xitam verilməsi, iddia ərizəsinin baxılmamış saxlanması və yaxud da iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin valideynin təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsini hüququndan sui-istifadə etməklə sonradan ləğv etmə imkanının olması qarşı tərəfi müdafiəsiz qoymaqla, hüquqlarının pozulması ilə nəticələnə bilər. Bu baxımdan, mübahisəyə məhkəmə icraatında baxıldığı vaxt müvafiq razılığı əks etdirən ərizənin təqdim edilməsi mahiyyət etibarı ilə iddianın tam və yaxud qismən etiraf edilməsi kimi qiymətləndirilməlidir.”. Belə olan halda məhkəmə sadalanan xüsusatlara əsasən hesab edir ki, iddia təmin edilərək, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X2 atası - Cavabdeh razılığı olmadan yetkinlik yaşlarına çatanadək İddiaçı ilə birlikdə daimi əsaslar olmadan ölkədən getmələrinə icazə verilməlidir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində 100 (yüz) manat və mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün mediasiya xərci olaraq 50 (əlli) manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat pul ödəmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyi üçün məhkəmə hesab edir ki, mediasiya xörclərinə görə ödənilmiş 50 (əlli) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X2 atası - Cavabdeh razılığı olmadan yetkinlik yaşlarına çatanadək (anaları) İddiaçı ilə birlikdə daimi əsaslar olmadan ölkədən getməsinə icazə verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat və mediasiya xərclərinə görə ödənilmiş 50 (əlli) manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-3149/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3149/2024
23.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver