Məhkəmə qərarları › İş №e-2(001)-3151/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3151/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3151/2025 28.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, bir müddət tanıdığı Cavabdeh 2021-ci ilin fevral ayında ona ev tikintisi ilə məşğul olduğunu bildirmişdir. O, da ona güvənərək 2021-ci ilin fevral ayının 26-da notarial qaydada podrat müqaviləsi bağlamışdır. Həmin müqavilədə qeyd olunmuşdur ki, “podratçı (cavabdeh) öz materiallarından istifadə etməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 72 kv.m təşkil edən 1 (bir) metr hündürlüyü olan kürsü üzərində yerləşən 3 (üç) otaqlı, mişar daşından hörülmüş fərdi yaşayış evini yaşayış üçün tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri 43200 (qırx üç min iki yüz) manat təşkil edir. Sifarişçi həmin məbləğin 7000 (yeddi min) manat hissəsini müqavilə bağlandığı gün ödəmiş, satış qiymətinin qalan 36200 (otuz altı min iki yüz) manatı hər ay 300 (üç yüz) manat olmaqla 120 (yüz iyirmi) ay ərzində, 121 (yüz iyirmi birinci) ay isə qalan 200 (iki yüz) manat ödəməyi öhdəsinə götürür. “Birinci tərəf” tərəfindən "İkinci tərəfə" ödəniş hazırda notariusun bankda açılmış depozit hesabı vasitəsilə həyata keçirilir. İkinci tərəf sifariş edilmiş fərdi yaşayış evini xx.xx.2022-ci il tarixində yaşayış üçün hazır vəziyyətdə sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürür”. Lakin cavabdeh onu aldadaraq, pulunu ələ keçirmişdir. Hazırki vaxtadək nəinki həmin tikintini təhvil verməmiş, hətta pulunu qaytarmamışdır. Dəfələrlə ona dəymiş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh sonuncu dəfə ona 24 fevral 2023-cü il tarixdə ödəniş etmiş, bundan sonra hər dəfə bir bəhanə gətirərək, ziyanı ödəməkdən yayınmışdır. Bununla əlaqədar polis orqanına şikayət etsə də, heç bir nəticəsi olmamış, cavabdeh pulunu qaytarmamışdır. Sonuncu dəfə rəsmi poçt vasitəsilə pretenziya məktubu göndərərək cavabdehə borcun qaytarılmasını, əks halda məhkəməyə müraciət edəcəyini bildirsə də, həmin müraciətinə heç bir cavab verilməmişdir. Cavabdeh könüllü olaraq həmin məbləği ödəmədiyindən və ödəməyəcəyini bildirdiyindən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh əsas məbləğə görə 6450 manat, həmin məbləğə hesablanmış faizə görə 1354.50 manat, vurulmuş mənəvi zərərə görə 500 manat, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat, müqavilə bağlanarkən ödənilən xidmət haqqına görə 92 manat, ödənilmiş dövlət rüsumuna görə 107 manat olmaqla, cəmi 8803.5 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışının onların iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli podrat müqaviləsindən görünür ki, ikinci tərəf öz materiallarından istifadə etməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 72 kv.m təşkil edən 1 (bir) metr hündürlüyü olan kürsü üzərində yerləşən 3 (üç) otaqlı, mişar daşından hörülmüş fərdi yaşayış evini yaşayış üçün tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən, hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri 43200 (qırx üç min iki yüz) manat təşkil etmişdir. Sifarişçi həmin məbləğin 7000 (yeddi min) manat hissəsini müqavilə bağlandığı gün ödəmiş, satış qiymətinin qalan 36200 (otuz altı min iki yüz) manatı hər ay 300 (üç yüz) manat olmaqla 120 (yüz iyirmi) ay ərzində, 121 (yüz iyirmi birinci) ay isə qalan 200 (iki yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, nümayəndə həmin ərizədə cavabdeh tərəfindən tələb olunan məbləğdən 700 manat məbləğində ödənişin həyata keçirildiyini təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (maddə 449.1) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. (769-cu maddə) Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. (770-ci maddə) Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ikinci tərəf öz materiallarından istifadə etməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 72 kv.m təşkil edən 1 (bir) metr hündürlüyü olan kürsü üzərində yerləşən 3 (üç) otaqlı, mişar daşından hörülmüş fərdi yaşayış evini yaşayış üçün tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən, hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri 43200 (qırx üç min iki yüz) manat təşkil etmişdir. Sifarişçi həmin məbləğin 7000 (yeddi min) manat hissəsini müqavilə bağlandığı gün ödəmiş, satış qiymətinin qalan 36200 (otuz altı min iki yüz) manatı hər ay 300 (üç yüz) manat olmaqla 120 (yüz iyirmi) ay ərzində, 121 (yüz iyirmi birinci) ay isə qalan 200 (iki yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatı ilə ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul edərək, borcundan 700 manat məbləğində pul vəsaitini geri qaytardığını, qalan pul vəsaitini də, qısa müddət ərzində geri qaytaracağını bildirsə də, hazırki günədək geri qalan pul vəsaitini iddiaçıya qaytarmamışdır. 700 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılmasını iddiaçının nümayəndəsi həm məhkəmə iclasında verdiyi izahatla, həmçinin də məhkəmə ünvanlamış olduğu ərizədə təsdiq etmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün həmin hissədə təmin edilməli, tələb olunan 6450 manat məbləğində pul vəsaitindən 700 manat ödənilmiş məbləğ çıxılmalı, Cavabdeh 5750 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin vurulması təsdiq edildiyindən, onun mənəvi zərərə də məruz qalması ağlabatandır. Məhkəmə belə qənaətə gəlir ki, işin faktiki halları nəzərə alınmaqla, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəyən mənəvi zərərin əvəzi olaraq 150 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi “cavabdehdən 1354.5 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin tutulması” hissəsində ilkin olaraq əsaslandırılmadığından təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi yardıma görə ödənilmiş vəsaitin özü məhkəmə xərclərinə aid edildiyindən və iddia tələbi qismən təmin edildiyindən hazırki iş üzrə hüquqi yardıma görə ödənilmiş 300 manat vəsaitinin 50%-i, yəni 150 manat cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5750 (beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş vəsaitə görə 150 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qismən təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 107 manat dövlət rüsumunun və 92 manat xidmət haqqının 50%-i, yəni 99.50 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin, qalan 50%-i, yəni 99.50 manat İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar