Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3186/2025 29.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Cavabdehin nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiasına dair mülki iş üzrə keçirilən məhkəmə hazırlıq iclasında MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” ələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə şifahi vəsatətlə müraciət edərək bildirmişdir ki, tərəflər arasında Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmiş və icraata xitam verilmişdir. Həmin sazişin şərtlərindən biri cavabdehin mənzil alması müqabilində iddiaçının aliment tələbindən imtinası olmuş, qeyd edilən sazişin şərti yerinə yetirilməklə xx.xx.2021-ci il tarixdə mənzil alınmışdır. Hazırda həmin qərardad qüvvədədədir. Buna baxmayaraq cavabdeh könüllü olaraq uşaqlarının saxlanmasında iştirak edir. Məhkəmədən mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə etiraz edərək bildirmişdir ki, iddia həmin sazişlə əvvəlki aliment tələbindən imtina etmişdir. Lakin alimentlə və uşaqla bağlı olan tələblər davam edən münasibətlərdir. Qeyd edilən qərardad iddiaçı tərəfindən mübbahisələndirilməmişdir. Bu səbəbdən mülki işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib hesab edir ki, cavabdehin nümayəndəsinin şifahi vəsatəti təmin edilməli, iş üzrə icraata işin məhkəmə baxışına hazırlanması mərhələsində xitam verilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5071/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, X3 Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair mülki işin icraatına tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə xitam verilmişdir. Qeyd edilən qərardadın 7ci bəndində qeyd edilir ki,, iddiaçı birgə nikah dövründə əldə edilmiş avtomobilin bölünməsi və aliment tələbindən imtina edir. Təqdim edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 170.2-ci maddəsinə görə, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə icraata işin məhkəmə baxışına hazırlanması mərhələsində xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 254, 263 və 264-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə icraat işin məhkəmə baxışına hazırlanması mərhələsində xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-3186/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3186/2025
29.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver