Məhkəmə qərarları › İş №e-2(001)-33/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-33/2024

27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-33/2024 27.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İlk iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə Cavabdeh3 iştirakı ilə, İlk iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Firması, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı fərdi yaşayış evinə qanunsuz müdaxilə edilməsi və orada təmir-tikinti işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsi, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 tərəfindən 2.716,24 manat məbləğində maddi və 10.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmadr Cəmiyyətinə qarşı fərdi yaşayış evindən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi, 50.000 manat məbləğində maddi və 50.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Firması, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı fərdi yaşayış evinə qanunsuz müdaxilə edilməsi və orada təmir-tikinti işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsi, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 tərəfindən 2.716,24 manat maddi və 10.000 manat mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-13649/2018 saylı qətnaməsi ilə İddiaçı QSC-nin xeyrinə "xxxx" Firmasından 57.722,47 manat əsas borc və 5.800 manat cərimə məbləğin tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında 0.005343 ha torpaq sahəsində yerləşən 28 kv.m. yaşayış, 37.8 kv.m. qeyri-yaşayış, 43.2 kv.m. köməkçi, 109 kv.m. ümumi sahədən ibarət olan 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən ipoteka predmeti hərraca çıxarılmış və “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə uyğun olaraq İddiaçı QSC tərəfindən alınmışdır. Bununla əlaqədar xx.xx.2020-ci il tarixli hərrac yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə və protokol tərtib edilmişdir. Hərracın nəticələri haqqında protokol Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən Hüquqların X28 daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı xx.xx.2020-ci il tarixli elektron çıxarış vermişdir. xx.xx.2021-ci il tarixində məlum olmuşdur ki, fərdi yaşayış evinə kənar şəxslər tərəfindən qanunsuz müdaxilə edilmiş, həyatyanı sahəni qonşu sahədən ayıran köhnə divar sökülmüş və sahədə olan bütün ağaclar kəsilmişdir. Sonradan sökülmüş divarın bərpa edilməsi üçün fərdi yaşayış evinə göndərilən ddiaçının işçiləri giriş qapısının içəri tərəfdən mişar daşı ilə hörülməsini və ikinci giriş darvazasının da arxa tərəfdən bir neçə yerdən mişar daşı ilə hörülməsini aşkar etmişdilər. Bu səbəbdən fərdi yaşayış evinə və həyətyanı sahəyə daxil olması mümkün olmamışdır. “X50” MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən, fərdi yaşayış evinin həyətyanı sahədən ayıran arakəsmə divarının Cavabdeh3 tərəfindən sökülməsi nəticəsində iddiaçıya 1184 manat məbləğində maddi zərər vurulmuşdur. Sonradan sökülmüş divarın bərpa edilməsi və digər bərpa işlərinin aparılması üçün iddiaçı tərəfindən podratçı təşkilatla müqavilə bağlanmış və 2.716,24 məbləğində vəsait ödəmişdir. Həmçinin Cavabdeh3 tərəfindən iddiaçının əmlakına açıq şəkildə qəsd edilməsi, məhkəmə və hüquq mühafizə orqanlarında, üçüncü şəxslərə özünü qonşu evin sahibi kimi təqdim etməsi və iddiaçıya məxsus olan fərdi yaşayış evinin də onun olduğunu iddia etməsi, məhkəmə proseslərində özünü Cavabdeh4 qardaşı kimi təqdim etməsi və heç bir sənəd və etibarnamə təqdim etməyərək iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən ifadələr verməsi mənəvi zərərin vurulması kimi qiymətləndirilir. Cavabdeh4 adına tərtib edilən məktub, ərizə və şikayətlərdə də iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən ifadələr mövcuddur. Cavabdeh4 məhkəməyə ilk iddiaya etiraz və qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsi 185,10 kv.m. təşkil edir və həmin evin texniki pasportu da mövcuddur. Mülkiyyət hüququnu təsdiq edən sənəddən də göründüyü kimi, sözügedən ünvanda yerləşən fərdi yaşayış evi bütövlükdə ona məxsusdur. Hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları ona məxsus fərdi yaşayış evindən çıxarılmalı və ev boşaldılaraq ona təhvil verilməlidir. Həmçinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının ona məxsus fərdi yaşayış evini zəbt etmələri nəticəsində ona 50.000 manat məbləğində maddi zərər dəymişdir. Bundan əlavə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının mülkiyyətində olan əmlaka açıqaşkar şəkildə qəsd etmələri, ona qarşı zorakılıq etmələri, bu azmış kimi, ona qarşı məhkəmədə əsassız iddia qaldırmaları və s. hərəkətləri nəticəsində ona 50000 manat məbləğində mənəvi zərər dəymişdir. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə gedən mübahisə ilə bağlı "xxxx" QSC tərəfindən irəli sürülən dəlillərdə haqlı deyildir. Bununla bağlı əvvəllərdə etdikləri şikayətlərin və iddiaların araşdırılmasında da bu bir daha müəyyən edilmişdir. Sonuncu ilə aralarında olmuş müqavilə əsasında ipoteka əmlakına, QSC-nin mülkiyyəti hüququ qeydiyyata almandan sonra, tam şəkildə yerində onun əməkdaşlarına təhvil verildiyi barədə halı müəyyən edən qərarlar mövcuddur. Belə ki, "xxxx" QSC-nin şikayəti tərəfindən verilmiş şikayət Binəqədi rayon Pİ İstintaq şöbəsində araşdırılmış, cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərarın özündə qeyd edilən, araşdırma ilə müəyyən edilmiş dəlillərdən biri, adına olan əmlaka QSC-nin adına çıxarış verildikdən sonra, sonuncunun nümayəndələri gəlib, əmlakı təhvil götürdükləridir. Eyni qayda ilə "xxxx" QSC-nin iddiası əsasında və daha sonra da apellyasiya şikayəti əsasında iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1648/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında eyni ilə əmlakın QSC əməkdaşları tərəfindən yerində təhvil götürdükləri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, Yavəri Əliyevin iddiasına görə hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Cavabdeh4 iddiası təmin olunmadı və qeydiyyat yazısının ləğv olumasına dair iddiası isə ümumiyyətlə icraata götürülmədi. Bu faktlar qarşı tərəfin iddiasının əsassız olduğunu göstərir. İpoteka predmetinə tutma yönəldilməsindən əvvəl daşınmaz əmlakın sahəsi 109 m2 göstərilsə də, çıxarışda 80 m2 göstərilmişdir. İlk iddia üzrə iddiaçı ipoteka predmetinə tutma yönəldilməzdən əvvəlki sahə və ipoteka predmetinə tutma yönəldildikdən sonrakı sahə arasındakı fərqlə bağlı Əmlak Komitəsinə müraciət etmişdir. Cavabdeh4 və Cavabdeh3 ilk iddia üzrə iddiaçıya zərər vurub. Cavabdeh3 ilk iddia üzrə iddiaçıya məxsus olan ərazidə evə bitişik olan divarı söküb, qapını bağlayıb mişar daşı ilə hörüb. İlk iddia üzrə iddiaçı çıxarış alandan sonra həmin evə daxil ola bilməmiş, hüquqları məhdudlaşdırılmışdır. Əmlakın tarixçəsinə baxdıqda görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı nəticəsində əmlak naturada iki hissəyə bölünüb və bu iki hissəni Cavabdeh2 Qərib oğlu alıb. Bu hissələrdən birini İddiaçı QSC-nin xeyrinə ipoteka predmeti olaraq yüklü edib, digər hissəsini isə Cavabdeh4 satıb. İlk iddia üzrə iddiaçının əmlakının mövcudluğu mübahisə predmeti ola bilməz. Qarşı tərəfin texniki pasportunda “Cavabdeh4 və başqaları” qeydi var və bu qeyd həmin əmlakın bütünlükdə ona məxsus olmadığını göstərir. İlk iddia üzrə iddiaçının əmlakı qarşı tərəfin əmlakına daxil deyil. Ekspert rəyi isə tamamilə absurddur. Texniki passporta “başqaları” ifadəsi olduğu halda bütün ərazinin Cavabdeh4 məxsus olması mümkün deyil. Texniki passport heç mülkiyyət hüququnu təsdiq edən sənəd deyil, Cavabdeh4 qeydiyyat yazısı ləğv olunmadan ilk iddia üzrə iddiaçının mülkiyyətində olan əraziyə dair iddia irəli sürə bilməz. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 izahatında məhkəməyə bildirdi ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə iddiaçının əleyhinə çıxan İnzibati Məhkəmənin qərarına istinad etsə də, ilk iddia üzrə iddiaçının da ziyanına bir çox məhkəmə qərarları verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının tələbi ondan ibarətdir ki, ilk iddia üzrə iddiaçı Cavabdeh4 məxsus olan əraziyə daxil olub və onun oradan çıxarılması zəruridir. Qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçib. xx.xx.2020-ci il tarixdə İddiaçı QSC-nin reyestrdə 71,2 m2 sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçib, lakin, qeydiyyata alınanda da onlara faktiki olaraq məxsus olan sahə mövcud olmayıb. Qarşılıqlı iddia üzrə iddiaçıya torpaq sahəsinə dair çıxarışın verilməsindən imtinanın əsası kimi həmin ərazinin bir hissəsinə dair İddiaçı QSC-nin də çıxarışının mövcud olması göstərilmişdir. Fərdi yaşayış evinə giriş 2 hissədən (qapıdan) ibarətdir, qarşı tərəf sol girişdən keçib ərazini zəbt edib. Qarşı tərəfin texniki passportu yoxdur və onun verilməsinə dair tələbi də rədd olunub. Ekspert rəyi ilə müəyyən olunur ki, 185,1 m2 sahə mövcuddur və qarşılıqlı iddia üzrə iddiaçının çıxarışında da sahə 185,1 m2dır. Əmlakın paylı mülkiyyət olması iddia edilsə də, dövlət reyestrində paylı mülkiyyət kimi qeydə alınmayıb. Tərəf özü də heç öz sahəsinin harada olduğunu müəyyən edə bilməyib. İlk iddia üzrə iddiaçının 71,2 m2 olan sahəsi bizə məxsus olan 185,1 m2-ə daxil deyil. Qarşılıqlı iddia üzrə iddiaçı məhkəmədə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə çıxarış verilməsi ilə bağlı iddia qaldırmış və iddiası təmin edilməmişdir. O, fərdi yaşayış evinə münasibətdə iddia qaldırmamışdır. Belə ki, fərdi yaşayış evinə dair qarşılıqlı iddia üzrə iddiaçının hüquqları illər əvvək müəyyən edilib. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında məhkəməyə bildirdi ki, onlar ev almış, orada yaşayırdılar, lakin oradan qovuldular. 119 kv.m. ərazini qarşı tərəf tutub, onlara 50-60 kv.m. yer qalıb. İlk iddia üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə ilk iddia üzrə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın ümumi sahəsi 185.10 kv.m, torpaq sahəsini ölçüsü 0, mülkiyyət növü dövlət, istifadə hüququ olmaqla Cavabdeh4 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - ünvan 5 nömrəli fərdi yaşayış evi ilə bağlı hüquq subyekti Cavabdeh4 və başqalarının adına xx.xx.2020-ci il tarixdə tərtib edilmiş **********84-10301 reyestr nömrəli texniki pasporta əsasən torpaq sahəsi haqqında məlumat faktiki sahə 0.05813 ha, tikinti altı sahə 0.01688 ha, digər sahələr 0.04125 ha, “A” literli yaşayış evi, “İ”, “İİ”, “İİİ”, “İV”, “V”, literli yardımçı tikililər və “Vİ” literli hasar tikilisi yerləşir. “A” literli, yaşayış evi yarımzirzəmi mərtəbəsi və birinci mərtəbədən ibarət olmaqla yarımzirzəmi mərtəbəsi 1, 3 və 4 saylı təsərrüfat otağı, 2 saylı qaraj, 5 saylı giriş-dəhliz hissədən, 1-ci mərtəbəsi 1, 2 və 4 saylı yaşayış otağı, 3 və 5 saylı mətbəx, 6 saylı giriş-pilləkən hissəsindən ibarət olmuşdur. “A” liter tikilisinin tikildiyi il 1959-cu il, mərtəbəliyi 1, ümumi sahə 185.1 kv.m, yaşayış sahəsi 70.7 kv.m, köməkçi sahə 24.1 kv.m, yarımzirzəmi 90.3 kv.m, tikinti altı sahə 118.4 kv.m göstərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində istifadədə olan 0.005343 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış, 37.8 kv.m qeyri-yaşayış, 43.2 kv.m köməkçi sahədən ibarət 19/17 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabına 142 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2018 nömrəli, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər “T.E.K.O” firmasına və Cavabdeh2 qarşı müqavilə üzrə debitor borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının təmin edilməməsi, cavabdeh “T.E.K.O” firmasının iddiaçı “Lukoyl-Azərbaycan" QSC-yə qarşı müqavilə üzrə artıq ödənilmiş pul məbləğinin geri qaytarılması barədə qarşılıqı iddiasının qismən təmin edilməsi, iddiaçı “Lukoyl-Azərbaycan" QSCdən 65175,80 manat tutulub cavabdeh "T.E.K.O" firmasına verilməsi, aparılmış ekspertiza tədqiqatının 200 manat dəyərinin “Lukoyl-Azərbaycan" QSC-yə aid edilməsi və həmin məbləğin ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13649/2018 nömrəli, 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı QSC-nin iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh “T.E.K.O” firmasından 57722.47 manat əsas borc və 5800 manat cərimə borcu ümumilikdə 63522,47 manat məbləğində debitor borcu və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, tutmanın ipoteka qoyan Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanda yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin ev ilkin olaraq 150.000 manat qiyməti ilə açıq hərracdan satılaraq satışdan əldə olunmuş pul vəsaiti hesabına “T.E.K.O” firmasının İddiaçı QSC-yə olan 63522,47 manat borcun ödənilməsi, “T.E.K.O” firmasının "xxxx" QSC-yə qarşı İddiaçı QSC-dən “T.E.K.O” firmasının xeyrinə 71547 manat məbləğində pulun tutulması, tərəflər arasında bağlanmış 140053 saylı 11 fevral 2014-cü il tarixli kommersiya subkonsessiyası müqaviləsinin 4-cü maddəsinin 4.1 bəndinin 5-ci yarımbəndində qeyd olunan “bir ton avans alınmış neft məhsulu üçün 11,80 manat məbləğində (ƏDV daxil olmaqla) komissiya haqqını Subfrançayz verənin hesablaşma hesabına ödənilməsini öz öhdəsinə götürür. Komissiya haqqına Subfrançayz verənin bu Müqavilənin icrası ilə əlaqədar bütün çəkdiyi xərclər daxil edilir. İpoteka rəsmiləşdirilənə qədər ödəniş avans olaraq neft məhsulları təchiz edilən tarixdən etibarən 3 (üç) gün ərzində həyata keçirilir” hissəsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, birinci instansiya məhkəməsi baxışı zamanı aparılmış ekspertiza tədqiqatının 200 manat dəyərinin cavabdeh “T.E.K.O” firmasına aid edilməsi və həmin məbləğin ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3854/2019 nömrəli, xx.xx.2019- cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 13649/2018 nömrəli iş üzrə 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, Y-16 nömrəli protokoluna əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 13649/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx/xx-116266-15 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubu ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulazadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi hərraca çıxarılmış, keçirilən iki hərrac baş tutmadığına görə: “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı QSC əmlakı 95625 (doxsan beş min altı yüz iyirmi beş) manata almışdır. xx.xx.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən "xxxx" MMC ilə İddiaçı QSC arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulazadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi alıcı "xxxx" QSC-yə satılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın ümumi sahəsi 71.20 kv.m, torpaq sahəsini ölçüsü 0.005343 ha, mülkiyyət növü dövlət, istifadə hüququ olmaqla xx.xx.2020ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı QSC-nin adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5527 saylı ekspert rəyində göstərilmişdir ki, “ ... təqdim olunmuş fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin texniki parametrləri (ölçüləri, konfiqurasiyası, yerləşmə vəziyyəti və.s.) iş materiallarında olan Cavabdeh4 adına tərtib olunmuş **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasport sənədinə uyğundur. Faktiki vəziyyətdə yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi təcrid şəkildə iki hissəyə bölünmüşdür. Belə ki, yarımzirzəmi mərtəbəsində yerləşən 2, 4 və 5 saylı tikililər, eləcə də birinci mərtəbədə yerləşən 2,4, 5 və 6 saylı tikililər ‘Lukoyl-Azərbaycan” QSC-nin istifadəsində, yarımzirzəmi mərtəbəsində yerləşən 1 və 3 saylı tikililər, eləcə də birinci mərtəbədə yerləşən 1 və 3 saylı tikililər Cavabdeh4 faktiki istifadəsindədir. Eyni zamanda istifadədə olan torpaq sahəsinin 122 kv.m. hissəsi mişar daşı ilə hasara alınaraq İddiaçı QSC-nin istifadəsində, qalan hissəsi Cavabdeh4 faktiki istifadəsindədir. Eyni zamanda baxış zamanı Cavabdeh4 faktiki istifadəsində olan hissədə fərdi yaşayış evinə bitişik inşa edilmiş əlavə tikililərin olduğu müşahidə olundu. Mulki iş materiallarına İddiaçı QSC-nin mülkiyyətinə verilmiş, Dövlət reyestrindən **********18-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 1 ünvanda istifadədə olan 0,005343 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71,2 kv.m. olan fərdi yaşayış evinə dair texniki pasport sənədi əlavə edilmədiyindən, eləcə də baxış zamanı İddiaçı QSC-nin istifadəsində olan sahəyə dair hər-hansı texniki parametrləri əks etdirən sənəd təqdim olunmadığından, **********18-10301 reyestr nömrəli Çıxarışda göstərilmiş ümumi sahəsi 71,2 kv.m. olan fərdi yaşayış evin yerini müəyyən etmək mümkün olmamışdır. ... Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli fərdi yaşayış evinin faktiki yerləşmə vəziyyəti, ölçüləri, mərtəbəliliyi, ayrı-ayrı otaqlarının yerləşmə vəziyyəti və.s. texniki parametrlərinin iş materiallarında olan Cavabdeh4, başqalarının adına tərtib olunmuş **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasporta uyğun olmasını nəzərə alaraq, həmin fərdi yaşayış evinin **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətinə verilmiş ümumi sahəsi 185,1 kv.m. olan fərdi yaşayış evi olduğu müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasportda göstərilən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli, ümumi sahəsi 185,1 kv.m. olan fərdi yaşayış evinin 119,3 kv.m. hissəsi, istifadədə olan torpaq sahəsinin 122 kv.m. hissəsi İddiaçı QSC tərəfindən istifadə edildiyi müəyyən olunur. İddiaçı QSC-nin mülkiyyətinə verilmiş, Dövlət reyestrindən **********18-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 1 ünvanda istifadədə olan 0,005343 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71,2 kv.m olan fərdi yaşayış evinə dair texniki pasport sənədi təqdim olunmadığından həmin fərdi yaşayış evinin yerini müəyyən etmək mümkün olmamışdır”. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X9 19 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı QSC-nin baş hüquq məsləhətçisi X35 24 may 2021-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı QSC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində yerləşən 19/17 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsini qonşu həyətyanı sahədən ayıran divar sökülmüşdür, sahədə olan ağaclar kəsilmişdir və bununla da QSCyə ziyan vurulmuşdur, fərdi yaşayış evinə mülkiyyət hüququ ********** saylı xx.xx.2020-ci il tarixli çıxarışla təsdiq edilir. Bu barədə tədbir görülməsini xahiş etmişdir. ... Araşdırma zamanı X36 izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun ev daxil olmaqla 0.05813 sot həyətyanı sahəsi qardaşı Cavabdeh4 məxsusdur. Qardaşı Cavabdeh4 onun adından çıxış etmək üçün ona etibarnamə vermiş və həmin etibarnaməni təhqiqata təqdim etmişdir. Qeyd edir ki, evlə bağlı sənədləşmə işləri qardaşının adına aparılmış olsa da, həmin alınan evin faktiki sahibi Cavabdeh3dur və evin alınması üçün çəkilən bütün xərci Calal ödəmişdir. Bildirmişdir ki, 2020-ci ilin əvvəllərində qeyd olunan ünvanı qardaşı Yavərin adından Calal həmin ünvanın payçıları X16, X29, X22, X17 və X6 350000 manat müqabilində almışdır. Həmin ev paylı mülkiyyət imiş, Calal ilk əvvəl evin Sədaqətə aid olan hissəsini, iki ay sonra isə Rizvan və onun ailə üzvlərinə aid hissəsini satın almışdır. Alınan torpaq sahəsinin içərisində 232 kv.m. sahəsi olan ev var və torpağın sahəsi 0.05813 sotdur. Həmin evə dair xx.xx.2020-ci il tarixdə qardaşı Cavabdeh4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. İddiaçı QSC iddia edir ki, onun həyətyanı sahəsində yerləşən fərdi tikili evin 70 kv. metri və onun qarşısında yerləşən torpaq sahəsi onlara məxsusdur. Bildirmişdir ki, həmin ev tam olaraq onun qardaşı Yavərə məxsusdur, bunu sübut edən çıxarış və torpağın texniki pasportu vardır və həmin sənədləri təhqiqata təqdim etmişdir. Calal həmin evi alarkən arada hasar var imiş, həmin hasar əvvəlki yuxarıda qeyd olunan payçılardan birinə məxsus imiş. Calal evi onlardan tam olaraq alıb, lakin təmir işləri aparmadığı üçün hasarı sökməmişdir. Çıxarış alındıqdan bir müddət sonra, 2020-ci ilin yay aylarında Calal həmin hasarı sökdürmüşdür. Onlar evdə tikinti işləri aparmaq istəmişlər, yəni evi sökmək istəmişlər və yerinə yeni ev tikmək qərarına gəlmişlər. İstifadələrində olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər, lakin oradan xx.xx.2021-ci il tarixli imtina bildiriş məktubu verilmişdir, imtina səbəbini dəqiqləşdirmək istədikdə onlara məlum olmuşdur ku, İddiaçı QSC şirkətinə verilən torpaq sahəsi ilə onların torpaq sahələri üst-üstə düşür. Bu səbəbdən də o, Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi və Lukoyl şirkətini 3-cü şəxs qismində Bakı İnzibati məhkəməsinə vermişdir. Hal-hazırda Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Əhədovanın icraatında həmin mülki işə baxılır. Bildirmişdir ki, Calal özünə məxsus həyətində olan hasarı həyətdə abadlıq işləri aparmaq üşün sökmüşdür. Burda heç bir qanun pozuntusu yoxdur. Evin iki giriş qapısı olmasını istəmədyi üçün giriş qapılarından birinin arxasını daşla hörmüşdür. İddiaçı QSC isə əsassız olaraq qardaşı Yavərin onların həyətinə olan girişi bağlamaqda və hasarı sökməkdə günahlandırır. Bildirmişdir ki, İddiaçı QSC şirkətinə aid orada ev və torpaq yoxdur. İddiaçı QSC şirkətinin torpağa və evə iddiası əsassızdır. Buna məhkəmə yolu ilə aydınlıq gətiriləcəkdir. “Cavabdeh4 adına olan 17 aprel 2020-ci il tarixli çıxarışda Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, ev 19/17 ünvanında yerləşən daşınmaz əmlakın sahəsi 185.1 kv.m. göstərilmiş, torpaq sahəsinin isə ölçüsü göstərilməmişdir, Cavabdeh4 adına olan texniki pasportda hüquq subyekti kimi Cavabdeh4 və başqaları göstərilmiş, həmçinin sahədə olan tikinti altı sahə 0,01688 hektar, faktiki sahə isə 0,05813 hektar qeyd edilmişdir. Həmin evi satın aldığınız Sədaqət Abbasova, Rizvan İsmayılov və qeydlərinin adına paylı mülkiyyət şəklində verilmiş çıxarışda isə daşınmaz əmlakın sahəsi 232,9 kv.m., torpaq sahəsinin ölçüsü isə 0,01184 hektar göstərilmişdir. Bu ziddiyyətlər barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin onların adına mülkiyyətə verilməsi barədə qaldırdıqları iddia ilə bağlı keçirilən məhkəmə baxışı zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı rəqəmlərdə olan ziddiyyətin texniki səhv ola bilməsi ehtimalını bildirmişdir. O, buna başqa izah verə bilmir. Uzun müddət istifadədə olmuş torpaq sahələrinin mülkiyyət verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin səhv etmirsə 1995-ci il tarixli fərmanı olmuşdur. Sözügedən torpaq sahəsi və onun hasarı onun istifadə etdiyi ərazidədir. İstifadə etdiyi ərazidə hasarın sökülməsi üçün dövlət orqanına müraciət etməyinə ehtiyac yoxdur. Həmin torpaq sahəsi 1966-cı ildən onların satın aldıqlan şəxslərin istifadəsində olub və onlar oranı satın aldıqları üçün istifadə hüququ və müddəti onlara keçib. Ona verilən qeydiyyatdan çıxarış və texniki pasport əsasında İ.Cümşüdov küçəsi 19/17 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Bildirmişdir ki, torpaq sahəsinin onun mülkiyyətinə qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edəndə həmin idarə torpaq sahəsinin qonşunun sahəsi ilə üst-üstə düşməsi barədə qeyd aparıb ona imtina məktubu vermişlər, lakin qonşunun kim olması məktubda göstərilməsə də, həmin idarədən qeyri-rəsmi olaraq şifahi şəkildə ona bildirilmişdir ki, İddiaçı QSC-nin həmin ünvanda payı var. O da Reyestr Xidmətinin Bipəqədi filialından texnik dəvət etmiş, lakin onlar ona İddiaçı QSC-nin sahəsini göstərə bilməmişlər. O da torpaq sahəsinə mülkiyyət sənədi almağı üçün məhkəməyə müraciət etmişdir. ... Araşdırma zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində istifadədə olan 0,005343 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m. yaşayış, 37,8 kv.m. qeyriyaşayış, 43,2 kv.m. köməkçi sahədən ibarət 19/17 nömrəli fərdi yaşayış evini 2007-ci ildə satın almışdır və həmin evlə bağlı onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin ev əslində böyük bir evin bir hissəsi imiş, o, aldığı evin girişi küçə tərəfdən imiş, səhv etmirsə bir otaq olmalı imiş, həmin otağın altında da eyni sahədə qeyri-yaşayış sahəsi var imiş. Bildirmişdir ki, o, İddiaçı QSC-dən nisyə götürdüyü yanacağın pulu ödənilənə qədər 2014-cü ildə həmin evi İddiaçı QSC-yə girov qoymuşdur. Bundan başqa bildirmişdir ki, o, aldığı otağın solunda və qarşısında girişləri ayrı olan otaqlar var imiş, həmçinin sağında da başqa otaqlar var imiş. Evin qarşısında isə həyətyanı sahə var imiş. Ona məlum imiş ki, digər otaqlar orada paylı mülkiyyətdədir və o, sonradan həmin paylardan 5 hissə satın almışdır. Həmin 5 payı alandan sonra onun evin qarşısındakı həyətyanı sahəyə girişi yaranmış və o, həyətdə ortadan daş hasar çəkərək qonşu ilə torpaq sahəsini bölmüşdür. O, 2015-ci ildə həmin paylardan 4-nü X1 və ona da bildirmişdir ki, evin ona aid olan hissəsində bir otağı girov qoymuşdur. Daha sonra o, yanacağın pulunu verə bilmədiyi üçün İddiaçı QSC onu məhkəməyə verərək girov qoyulan evi öz adına rəsmiləşdirmişdir. İddiaçı QSC-yə girov qoyduğu evin yalnız çıxarışı var imiş, ona texniki pasport verilməmişdir. ... Göründüyü kimi eyni ünvanla bağlı İddiaçı QSC-nin və Cavabdeh4 adına dövlət reyestrindən çıxarışlar verilmişdir və sənədlərdə olan ziddiyyətli hallarla əlaqədar mülki qaydada məhkəmə araşdırmaları aparılır. Həmin ünvanda yerləşən hasarın dövlət reyestrindən çıxarışı olan şəxslər tərəfindən sökülməsi cinayət hadisəsi hesab edilmir, həmçinin toplanmış materialda Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evini ipotekaya qoyması, eləcə də həmin ünvanda yerləşən və digər çıxarışla onun adına olan evi Sədaqət Abbasovaya satması xüsusatında onun əməlində cinayət tərkibi müəyyən edilməmişdir. Belə olan halda material üzrə cinayət işinin başlanması rədd edilməli və tərəflərə mülki mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir”. İş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-1341/2022 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Məhkəmənin 2-1(112)-7773/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 13 oktyabr 2022-ci il tarixli, 10/4946 nömrəli ekspert rəyi təqdim edilərək bildirilmişdir ki, qərardadın birinci sualı üzrə - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində yerləşən 19/17 saylı fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışda fərdi yaşayış evinin ölçülərinin 28 kv.metr yaşayış, 37.8 kv.metr qeyri-yaşayış, 43.2 kv.metr köməkçi sahə göstərilməsinə baxmayaraq, həmin fərdi yaşayış evinin "Lukoyl-Azərbaycan” QSC-nin adına rəsmiləşdirilməsi zamanı ümumi sahənin azaldılaraq 71.20 kv.metr qeyd edilməsinin səbəblərinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Qərardadın ikinci və üçüncü sualları üzrə - Rəyin tədqiqat hissəsində göstərilənlərə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Orxan Səmədzadənin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Mülki iş materiallarına İddiaçı QSC-nin mülkiyyətinə verilmiş, Dövlət reyestrindən **********18-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 1 ünvanda istifadədə olan 0/005343 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71,2 kv.m olan fərdi yaşayış evinə dair texniki pasport sənədi əlavə edilmədiyindən, əvvəllər Cavabdeh2, hazırda isə İddiaçı QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində yerləşən 19/17 saylı fərdi yaşayış evinin dəqiqliklə harda yerləşməsini müəyyən etmək mümkün deyil. Bu səbəbdən də, İddiaçı QSC–nin mülkiyyətində olan fərdi yaşayış evi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətində olan fərdi yaşayış evinin hər hansı bir hissəsinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün deyildir. **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasportda göstərilən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli, ümumi sahəsi 185,1 kv.m olan fərdi yaşayış evinin 119,3 kv.m hissəsinin və istifadədə olan torpaq sahəsinin 122 kv.m hissəsinin İddiaçı QSC tərəfindən istifadə edildiyi müəyyən olunur. İddiaçı QSC tərəfindən istifadə olunan fərdi yaşayış evinin və torpaq sahəsinin gediş-gəliş yolu yaşayış evinin yarımzirzəmisindədir. ... məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində yerləşən 19/17 saylı fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışda fərdi yaşayış evinin ölçülərinin 28 kv.metr yaşayış, 37.8 kv.metr qeyri-yaşayış, 43.2 kv.metr köməkçi sahə göstərilməsinə baxmayaraq, həmin fərdi yaşayış evinin "Lukoyl- Azərbaycan” QSC-nin adına rəsmiləşdirilməsi zamanı ümumi sahənin azaldılaraq 71.20 kv.metr qeyd edilmişdir. Sözügedən azalmanın səbəbləri kimi cavabdeh tərəfindən fərdi yaşayış evinin İİİ və Vİİ həyət tikililərinin sökülməsinə istinad edilmişdir. Əvvəllər Cavabdeh2, hazırda isə İddiaçı QSC-nin mülkiyyətində olan 19/17 saylı fərdi yaşayış evinin texniki pasportu mövcud olmadığından, məhkəmə araşdırması zamanı həmin fərdi yaşayış evinin dəqiqiliklə harada yerləşməsini müəyyən etmək mümkün olmamış, bununla belə eyni zamanda, İddiaçı QSC–nin mülkiyyətində olan fərdi yaşayış evi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətində olan fərdi yaşayış evinin hər hansı bir hissəsinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq, **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasportda göstərilən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli, ümumi sahəsi 185,1 kv.m olan fərdi yaşayış evinin 119,3 kv.m hissəsinin və istifadədə olan torpaq sahəsinin 122 kv.m hissəsinin İddiaçı QSC tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı əvvəllər Cavabdeh2, hazırda isə İddiaçı QSC-nin mülkiyyətində olan 19/17 saylı fərdi yaşayış evinin texniki pasportu mövcud olmadığından, həmin fərdi yaşayış evinin dəqiqiliklə harada yerləşməsini, həmçinin fərdi yaşayış evinin əvvəlki ölçüləri olan 28 kv.metr yaşayış, 37.8 kv.metr qeyriyaşayış, 43.2 kv.metr köməkçi sahənin olub-olmamasını müəyyən etmək mümkün olmamış, bununla da, fərdi yaşayış evinin əvvəlki və indiki ölçüləri arasında fərqin dəqiq hansı səbəblərdən yaranması da müəyyən edilə bilməmişdir”. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1648/2023 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir: İdarənin mütəxəssisləri tərəfindən təkrar baxış keçirilərkən məlum olmuşdur ki, fərdi yaşayış evinin İİİ və Vİİ həyət tikililəri sökülmüşdür. Faktiki sahənin 119.3 kv.m-i (tikilinin isə 1-ci mərtəbədə 2,4,5,6, zirzəminin isə 2,4,5 saylı otaqları) ərizəçinin istifadəsindədir. Fərdi yaşayış evi **********84-10301 reyestr nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli bildirişi daxil olmuşdur. Bu səbəblərdən texniki pasportun tərtib olunması tərəfimizdən mümkün olmadı. ... İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, Y-16 nömrəli protokolunun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13649/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx/xx-116266-15 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubu ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulazadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi hərraca çıxarılmış, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı QSC əmlakı 95625 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2022-ci il tarixli, 10/4946 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində yerləşən 19/17 saylı fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışda fərdi yaşayış evinin ölçülərinin 28 kv.metr yaşayış, 37.8 kv.metr qeyri-yaşayış, 43.2 kv.metr köməkçi sahə göstərilməsinə baxmayaraq, həmin fərdi yaşayış evinin "LukoylAzərbaycan” QSC-nin adına rəsmiləşdirilməsi zamanı ümumi sahənin azaldılaraq 71.20 kv.metr qeyd edilməsinin səbəblərinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Rəyin tədqiqat hissəsində göstərilənlərə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Orxan Səmədzadənin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Mülki iş materiallarına İddiaçı QSC-nin mülkiyyətinə verilmiş, Dövlət reyestrindən **********18-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 1 ünvanda istifadədə olan 0/005343 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71,2 kv.m olan fərdi yaşayış evinə dair texniki pasport sənədi əlavə edilmədiyindən, əvvəllər Cavabdeh2, hazırda isə İddiaçı QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində yerləşən 19/17 saylı fərdi yaşayış evinin dəqiqliklə harada yerləşməsini müəyyən etmək mümkün deyil. Bu səbəbdən də, İddiaçı QSC–nin mülkiyyətində olan fərdi yaşayış evi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətində olan fərdi yaşayış evinin hər hansı bir hissəsinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün deyildir. **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasportda göstərilən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli, ümumi sahəsi 185,1 kv.m olan fərdi yaşayış evinin 119,3 kv.m hissəsinin və istifadədə olan torpaq sahəsinin 122 kv.m hissəsinin İddiaçı QSC tərəfindən istifadə edildiyi müəyyən olunur. İddiaçı QSC tərəfindən istifadə olunan fərdi yaşayış evinin və torpaq sahəsinin gediş-gəliş yolu yaşayış evinin yarım zirzəmisindədir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13649/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx/xx-116266-15 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubu ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulazadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi hərraca çıxarılmış və İddiaçı QSC həmin evi almışdır. Qeyd olunan fərdi yaşayış evi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır və daşınmaz əmlakın ümumi sahəsi 71.20 kv.mdir. Hazırda iddiaçı qeyd olunan fərdi yaşayış evinin Cavabdeh2 adına verilmiş çıxarışda 28 kv.metr yaşayış, 37.8 kv.metr qeyri-yaşayış, 43.2 kv.metr köməkçi sahə göstərilməsinə baxmayaraq, "Lukoyl-Azərbaycan” QSC-nin adına rəsmiləşdirilməsi zamanı ümumi sahənin azaldılaraq 71.20 kv.metr qeyd edilməsini göstərməklə, həmin fərdi yaşayış evinə İddiaçı QSC-nin mülkiyyət hüququnun düzgün qeydiyyata alınması, bununla bağlı dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən təkrar baxış keçirilmiş və məlum olmuşdur ki, fərdi yaşayış evinin İİİ və Vİİ həyət tikililəri sökülmüşdür. Bundan başqa, əvvəl Cavabdeh2, sonra isə İddiaçı QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evinin texniki pasportu mövcud deyildir. İş üzrə keçirilmiş ekspert rəyindən də görünür ki, İddiaçı QSC-nin mülkiyyətinə verilmiş, Dövlət reyestrindən **********18-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 1 ünvanda istifadədə olan 0/005343 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71,2 kv.m olan fərdi yaşayış evinə dair texniki pasport sənədi əlavə edilmədiyindən, əvvəllər Cavabdeh2, hazırda isə İddiaçı QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində yerləşən 19/17 saylı fərdi yaşayış evinin dəqiqliklə harada yerləşməsini müəyyən etmək mümkün deyil. Bu səbəbdən də, İddiaçı QSC–nin mülkiyyətində olan fərdi yaşayış evi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətində olan fərdi yaşayış evinin hər hansı bir hissəsinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün deyildir Göründüyü kimi, iş materillarında olan ünvan 5 nömrəli fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda ümumi sahə 185,1 kv.m göstərilmişdir, həmin ünvana dair Cavabdeh4 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda da daşınmaz əmlakın ümumi sahəsi 185.10 kv.m göstərilmişdir. İddiaçının tələb etdiyi tikilinin isə mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Əvvəl Cavabdeh2, sonra isə İddiaçı QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evinə dair İddiaçı QSC-nin adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda faktiki olaraq mövcud olmuş 71,20 kv.m göstərilmişdir. İddiaçının tələb etdiyi əlavə 37.8 kv.m tikilinin mövcudluğu müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur”. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 639/2022 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı Cavabdeh4 cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus ünvan 4 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ... Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki: - 013130 nömrəli, xx.xx.1973-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi 6-cı Masazır küçəsi, 19/17 nömrəli fərdi yaşayış evinin ½ hissəsi X23, digər hissəsi isə X11 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2006-cı il tarixli qətnaməsi ilə ilkin iddia təmin olunaraq Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı Masazır küçəsindəki 19/17 saylı fərdi yaşayış evinin 1 və 3, 2 və 3, 6 və 9 saylı tikililəri arasındakı qapılar balanmaqla, 2 saylı qarajla 1 saylı otağın arasında olan divarda və 1 saylı otaqdan həyətyanı sahəyə keçid qapısı açmaqla, 2 saylı tikilidən (qarajdan) 7 saylı tikiliyə pilləkən qəfəsəsi yaradılmaqla təcrid olunan 1, 2, 6 və 7 saylı tikililərin iddiaçı X3 mülkiyyətinə verilməsi, evin 3, 4, 5, 8, 9 və 10 saylı tikililərinin X18 və X25 istifadəsində saxlanması, Kərimova Xanım-Sultan Fərman qızının adına ayrıca qeydiyyat şəhadətnaməsinin verilməsi, mənzilin 3 və 1 saylı tikililərin arasında olan arakəsmədən həyətyanı toropaq sahəsinə istiqamətdə qonşu hasara qədər sərhəd hasarı hörülməklə, 1 saylı tikilinin qarşısındakı həyətyanı torpaq sahəsinin Kərimova Xanım-Sultan Fərman qızının istifadəsinə verilməsi, qalan həyətyanı torpaq sahəsinin X18 və X25 istifadəsində saxlanması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Müki İşlər üzrə Məhkəmə Kollegiyasının 1 mk263/2007 nömrəli, 23 may 2007-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2006-cı il tarixli qətnaməsinin X13 iddia tələblərinə aid hissədə qismən ləğv edilməsi, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı Masazır küçəsi, 19/17 saylı fərdi yaşayış evinin X23 adına qalmış 3/20 hissəsinə X25, X26 və X13 hər birinin 1/20 pay hüququnun tanınması, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi, qalan hissədə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2006-cı il tarixli qətnaməsinin dəyişdirilməsi: X19 2657.94 manat alınaraq Kərimova Xanım-Sultan Fərman qızına verilməsi, Kərimova Xanım-Sultan Fərman qızının pay hissəsi digər hissələrdən təcrid olunduqdan sonra, onun mülkiyyətinə aid, əvəzi X37 tərəfindən ödəniləcək 2.46 kv.m yaşayış və 2.94 kv.m yardımçı sahələrə onun mülkiyyət hüququnun tanınması qət edilmişdir. Miras evdəki paylarından istifadə etməyən digər vərəsələr X20, X27 və X30 paylarının naturada ayrılması mümkün olmadığından, bu sahələrin hazırda faktiki istifadəçisi X31 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsində nəzərdə tutulmuş qaydada kompensasiya ödənilməsi barədə iddia vermək hüququ izah edilmişdir. - AN-İ ******* nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Kərimova Xanım-Sultan Fərman qızı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində istifadədə olan 0.005343 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış, 43.2 kv.m köməkçi sahədən ibarət 19/17 nömrəli fərdi yaşayış evini bütünlüklə alıcı X14 mülkiyyətinə verir. - AN-İ ******* nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X32 bir otaqlı ümumi sahəsi 71,2 kv.m, yaşayış sahəsi 28,0 kv.m olan və ünvan 5 ünvanında yerləşən evi alıcı Cavabdeh2 mülkiyyətinə verir. - AN-İ ******* nömrəli, xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Əliyeva (Kərimova) Sara Rafiq qızı, Əbilova (Kərimova) Bəsti Rafiq qızı, X5 ünvan 5 ünvanında faktiki 0.05813 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232.9 kv.m, yaşayış sahəsi 70.7 kv.m, köməkçi sahəsi 162.2 kv.m olan 3 otaqlı evdən paylı mülkiyyət hüququ üzrə öz paylarına düşən hissələri bütünlüklə Əliyeva (Kərimova) Sara Rafiq qızına məxsus 1/20 hissə, Əbilova (Kərimova) Bəsti Rafiq qızına məxsus 1/20 hissə və X4 məxsus 1/20 hissədən y/s 2.46 kv.m, k/s 2.94 kv.m alıcı Cavabdeh2 mülkiyyətinə verir. - AN-İ ******* nömrəli, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2 DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə onun adına verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında istifadədə olan 0.01688 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 70.7 kv.m, yardımçı sahəsi 162.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissə, 3 otaqdan ona aid 4/20 hissəsini alıcı X7 mülkiyyətinə verir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 5 ünvanında dövlət mülkiyyətində istifadədə olan 0.01184 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232.9 kv.m olan fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ, 10/14 hissədən bir hissə X12, 10/14 hissədən bir hissə X8, 4/14 hissə X7 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 10/14 hissədən bir hissə X15 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X21 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 232.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə ona məxsus olan 4/14 hissə, 66.54 kv.m hissəni alıcı Cavabdeh4 mülkiyyətinə verir. - xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X22, X17, X34 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 232.9 kv.m olan fərdi yaşayış evinin hər biri ona aid 10/14 hissəni (55.45 kv.m) Cavabdeh4 mülkiyyətinə verir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən dövlət mülkiyyətində istifadədə olan 0.01184 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232.9 kv.m olan fərdi yaşayış evinin 10/14 hissə X12, X8, X15 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 4/14 hissə Cavabdeh4 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində qeyd edilmişdir ki:

1. ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 185.10 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh4 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları müəyyən edildi.

2. ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71.20 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı QSC-nin adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə verilmiş (müraciətə əlavə edilmiş) reyestr nömrəsi **********18-10301 nömrəli çıxarışın koordinatları plan-ölçü sənədinin təqdim edilməməsi (mövcud elektron kadastr bazasında İddiaçı QSC-yə dair məlumat aşkar edilməməsi) səbəbindən İddiaçı QSC mülkiyyətində olan 71.20 kv.m daşınmaz əmlakın koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır.

3. İddiaçı QSC-nin adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə verilmiş (müraciətə əlavə edilmiş) reyestr nömrəsi **********18-10301 nömrəli çıxarışın koordinatları və plan-ölçü sənədinin təqdim edilməməsi (mövcud elektron kadastr bazasında İddiaçı QSC-yə dair məlumat aşkar edilməməsi) səbəbindən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71.20 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin reyestr nömrəsi **********84-10301 olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən (faktiki sahə 0.05813 ha, tikinti altı sahə 0.01688 ha, digər sahələr 0.04125 ha) torpaq sahəsində yerləşib-yerləşmədiyinin müəyyən edilməsi mümkün olmamışdır.

4. ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 185.10 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin elektron bazada çıxarışın yerləşmə mövqeyinin koordinatlarına görə müəyən etmək mümkün olsa da, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi, reyestr nömrəsi **********84-10301 olan çıxarışın koordinatları və plan-ölçü sənədinin təqdim edilməməsi səbəbindən xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi qeydiyyata alınmış sahəsinin və tikililərin xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməməsini müəyyən etmək mümkün olmamışdır.

5. ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 185.10 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh4 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evi ilə ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71.20 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı QSC-nin adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşmə vəziyyətlərinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixdə sözügedən ünvana yerli baxışı zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinə iki tərəfdən giriş vardır. Yarımzirzəmi mərtəbəsində tikililər, birinci mərtəbədə yerləşən tikililərin bir qismi İddiaçı QSC istifadəsində, digər qismi Cavabdeh4 faktiki istifadəsindədir, eyni zamanda evin yerləşdiyi torpaq sahəsi təcrid edilmiş şəkildə daş divarla hissəyə bölünmüş, bir hissəsi mişar daşı ilə hasara alınaraq İddiaçı QSC-nin istifadəsində, bir hissəsi Cavabdeh4 oğlunun faktiki istifadəsindədir. Yerli baxış zamanı Cavabdeh4 faktiki istifadəsində olan hissəsində texniki pasportda göstərilməyən fərdi yaşayış evinə bitişik inşa edilmiş əlavə tikililərin olduğu müşahidə olunmuşdur. ... Arxiv sənədlərində müəyyən olunur ki, ünvan 5 ünvanı ilə bağlı Cavabdeh2 adına iki qeydiyyat - xx.xx.2008-ci il tarixdə **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrində aparılmış qeydiyyat (sonradan X2 4/20 hissə ilə bağlı) və 2 nömrəli reyestr kitabına 142 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə aparılmış qeydiyyat (İddiaçı QSC-nin xeyrinə yüklü edilmiş 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış, 37.8 kv.m qeyri-yaşayış, 43.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ilə bağlı) mövcud olmuşdur. Məhkəmə icraatı gedişində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı QSC-nin adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış ümumi sahəsi 71.20 kv.m olan fərdi yaşayış evi və həmin evin aid olduğu torpaq sahəsinin yerləşmə vəziyyətini “Cavabdeh4 və başqaları”nın adına xx.xx.2020-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən faktiki cəhətdən müəyyən etmək mümkün olmamış, eyni zamanda qeyd edilən fərdi yaşayış evinin ayrıca texniki pasportunun olmaması səbəbindən yerləşmə vəziyyətini sənəd üzrə də müəyyən etmək mümkün olmamışdır. ... məhkəmənin yerli baxışı zamanı qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin bir hissəsinin İddiaçı QSC-nin faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. ... Məhkəmə sadalanan normaların tələblərindən çıxış edərək qeyd edir ki, nə qədər ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı iddiaçı ilə yanaşı İddiaçı QSCnin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakında qeydiyyata alınmış qeydlər mövcuddur, üçüncü şəxsin adına olan qeydlər mübahisələndirilməmiş, ləğv edilməmiş, qeydlərin qeyri-dəqiqliyi sübuta yetirilməmiş, bu barədə məhkəmənin qanuni qüvvəsini almış qərarı mövcud olmadığından, həmin qeydlərin mötəbərliyi və tamamlığı prezumpsiyası qüvvədədir, belə olan halda cavabdehin mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin vahid əmlak olaraq iddiaçının adına qeydiyyata almasından imtina etməsi qanunazidd hesab edilməməlidir”. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəsillənin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “ ... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5527 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin texniki parametrləri (ölçüləri, konfiqurasiyası, yerləşmə vəziyyəti və.s.) iş materiallarında olan Cavabdeh4 adına tərtib olunmuş **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasport sənədinə uyğundur; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli fərdi yaşayış evinin **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətinə verilmiş ümumi sahəsi 185,1 kv.m. olan fərdi yaşayış evdir; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli, ümumi sahəsi 185,1 kv.m. olan fərdi yaşayış evinin 119,3 kv.m. hissəsi, istifadədə olan torpaq sahəsinin 122 kv.m. hissəsi İddiaçı QSC tərəfindən istifadə edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ilk iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi qismən – cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətininin ünvan 5 ünvanında yerləşən və Cavabdeh4 məxsus 185,10 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evi boşaldılaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 təhvil verilməsi hissəsində təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin digər hissələrdə hazırkı vəziyyətdə təmin edilməsini mümkün hesab etmir. Belə ki, maddi ziyan hissəsində ərizə ümumiyyətlə əsaslandırılmamış, mənəvi ziyana dair hissənin təmin edilməsi üçün isə qanunvericiliklə müəyyən edilmiş elementlərin tam həcmdə mövcud olması iş materiallarında olan sənədlərdən müəyyən edilmir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5527 saylı ekspert rəyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ünvan 5 ünvanında yerləşən və Cavabdeh4 xüsusi mülkiyyətində olan 185,10 kv.m. fərdi yaşayış evinin bir hissəsini zəbt etməsi müəyyən edilsə də, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hüquqlarında dair dövlət reyestrində qeydiyyatın mövcud olması hazırkı qətnamə qanuni qüvvəyə minənədək hüquqi şəxsin fərdi yaşayış evindən istifadəsini hüquqa və ya qanunazidd hesab edilməsini əsassız edir. Belə ki, hazırkı məhkəmə araşdırması yekunlaşmadan hər iki tərəfin hərəkətlərinin hüquqi cəhətdən dəyərləndirilməsi mümkün deyil. Həmçinin qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlk iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ünvan 5 ünvanında yerləşən və Cavabdeh4 məxsus 185,10 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılsın, fərdi yaşayış evi boşaldılaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 təhvil verilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. İlk iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh4 ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar