Məhkəmə qərarları › İş №e-2(001)-341/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-341/2023

23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-341/2023 23.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 6.360 manat dəymiş zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Azadlıq prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyət hüququ ilə məxsus olan etibarnamə əsasında X2 tərəfindən idarə edilən “X8” markalı **-GG-*** saylı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə “Toyota Prius (HİBRİD)” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 tərəfindən zərər vurulmuşdur. “Toyota Prius (HİBRİD)” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dur. xx.xx.2022-ci il tarixli elektron qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən təqsirli bilinmişdir. Dəymiş zərərin müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertizası vəKriminalistika Bürosunun Texniki Ekspertizasının ekspertiza rəyinə əsasən “X8” markalı **-GG-*** saylı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 11360 (on bir min üç yüz altmış) manat qiymətləndirilmişdir. Dəymiş zərərin 5000 (beş min) manatı sığorta tərəfindən ödənilmişdir. Qalan zərərin ödənilməsi üçün cavabdehlər tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, o, hadisəni törətdiyinə görə iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə etiraz etmir. Lakin, iddiaçı zərərin məbləğini şişirdilmiş formada ondan tələb edir. Bu səbəbdən o, iddianı qəbul etmir. Əgər iddiaçı razı olarsa, o, 2.000 manat ödəməyə razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, hadisəni o, törətmədiyinə görə dəymiş zərərin ona hər hansı aidiyyəti yoxdur. Məhkəmə iş materiallarını məcmu halda araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AC 965350 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X8” markalı **-GG-*** saylı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş: Komputer çıxarışdan görünür ki, “Toyoto hibrid” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin nəqliyyat vasitəsi ilə bağlı Cavabdeh2 etibarnamə verilmiş, etibarnamənin müddəti xx.xx.2028-ci il tarixdə bitir. Nəqliyyat vasitələrinin zədələnməsi barədə tərtib edilmiş 002095 nömrəli arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “X8” markalı **-GG-*** saylı dövlət qeydiyyat nişanlı və “Toyota Prius (HİBRİD)” markalı **- FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri zədələnmişdir. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 “Toyota Prius (HİBRİD)” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə aktının surətindən görünür ki, “X8” markalı **-GG-*** saylı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 17.085 manat təşkil edir. Məhkəmə Ekspertizası və Kriminalistika Bürosu Texniki ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, “X8” markalı **-GG-*** saylı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş cəmi zərər 11.360 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/360 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli və Məhkəmə Ekspertizası və Kriminalistika Bürosu Texniki ekspertiza mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı X8” markalı **-GG-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11.059,0 manat müəyyən edilir. Aparılmış tədqiqatınn dəyəri 50 manat təşkil edir. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş sığorta aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “X8” markalı **-GG-*** saylı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 11.360 manat zərərin 5.000 manatı sığorta ödənişi qismində "xxxx" ASC tərəfindən X1 ödənilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 80 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5.000 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, maddi zərərlə bağlı öhdəliyin əmələ gəlməsi üçün mülki hüquq pozuntusu (delikt) mövcud olmalıdır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla da müəyyən edilmişdir ki, Cavabdeh2 törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilini zədələmişdir. Məhkəmə, avtomobilə dəymiş zərərin məbləğini müəyyən edilməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir, həmin rəydə isə “X8” markalı **-GG-*** saylı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 11.059,0 manat məbləğində müəyyən edilmişdir. İddiaçının avtomobilinə dəymiş zərərin 5.000 manatı cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan iddiaçının avtomobilinə dəymiş zərərin 6059 (11.059-5000) manatı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə digər cavabdehə münasibətdə qeyd edir ki, delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırki iş üzrə Cavabdeh1 hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Ona görə ona aid hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun 76 manatı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, qeyd olunanlara əsasən və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 dəymiş maddi zərərə görə 6059 manat və ödənilmiş dövlət rüsumunun 76 manatı tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin 48 manatı Cavabdeh2, 2 manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 dəymiş maddi zərərə görə 6059 (altı min əlli doqquz) manat və ödənilmiş dövlət rüsumunun 76 (yetmiş altı) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin 48 (qırx səkkiz) manatı Cavabdeh2, 2 (iki) manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar