Məhkəmə qərarları › İş №e-2(001)-341/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-341/2025

27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-341/2025 27.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə, cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 dekabr 2017-ci təvəllüdlü yetkinlik yaşına çatmamış X9 tibbi müayinəsi və müalicəsi üçün xərclədiyim 4184,84 manat pulun atası Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 30 dekabr 2017-ci təvəllüdlü yetkinlik yaşına çatmamış X9 tibbi müayinəsi və müalicəsi üçün xərclədiyim 4374,84 manat pulun atası Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 21 may 2010cu il tarixdə nikah bağlanmışdır. Şirvan Şəhər Məhkəməsinin 27 mart 2018-ci il tarixli 2(032)-567/2018 nömrəli qətnaməsi ilə 30 dekabr 2017-ci təvəllüdlü X3 Ceyhun Dünyamin oğlu və X22 tərəfindən övladlığa götürülmüş hesab edilmiş, X15 doğum haqqında şəhadətnaməsində Həsənli soyadının əvəzinə Yahyayev, ata qrafasında X25 əvəzinə Cavabdeh, ana qrafasında X16 əvəzinə X22 göstərilməklə, digər qeydlər isə əvvəlki kimi dəyişdirilmədən yazılmaqla yeni şəhadətnamə verilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, e-2(005)-2291/2022 nömrəli qətnaməsi ilə Cavabdeh ilə Yahyayeva (Həsənova) Səidə Sahib qızı arasında 21 may 2010-cu il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 30 dekabr 2017-ci il təvəllüdlü X9 anası X12 yanında qalması, Cavabdeh hər ay qazancının dörddə bir hissəsi miqdarında alimentin tutularaq X17 verilməsi qət edilmişdir. Cavabdeh X13 qarşı “övladlığa götürmənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 övladlığa götürülməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, e- 2(005)-3246/22 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-997/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, e-2(005)- 3246/22 nömrəli qətnaməsi qüvvəsində saxlanmış və icraya yönəldilmişdir. X2 yastıpəncəlilik diaqnozu ilə müalicə olunur və bu xəstəliyin ləğvi üçün cərrahiyyə əməliyyatı keçirmişdir. DSX-nin 1982 saylı tibb kitabçasından çıxarış epikrizindən görünür ki, X19 2018-ci ildən DSX-nin poliklinika şöbəsində tibbi qeydiyyatdadır. Ona “adenotonzillektomiya əməliyyatından sonrakı vəziyyət (xx.xx.2022). ikitərəfli boylama yastıayaqlılığa görə 15 mart 2024-cü il tarixdə aparılmış “yastıpəncəliliyin ləğvi” əməliyyatından sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Azərbaycan Tibb Universitetinin X715 mart 2024-cü il tarixli 389935 saylı arayışından görünür ki, X9 “yastıpəncəliliyin ləğvi” əməliyyatı üçün klinikaya 3000 manat pul ödənilmişdir. Bona DEA Hospitalının 19 noyabr 2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli arayışlarına əsasən X9 tibbi müayinəsi üçün 100 manat, 75 manat, 75 manat və 90 manat olmaqla cəmi 340 manat pul ödənilmişdir. Avrasiya hospitalının xx.xx.2024-cü il tarixli ********** və ********** saylı qaimələrinə və 13 mart 2024-cü il tarixli qaiməyə əsasən X9 tibbi müayinəsi üçün 25 manat, 141,84 manat və 50 manat olmaqla cəmi 205 manat 84 qəpik pul ödənilmişdir. Azərbaycan Tibb Universitetinin X7 15 mart 2024-cü il tarixli 32152 saylı çekinə əsasən X9 tibbi müayinəsi üçün 400 manat, 13 mart 2024-cü il tarixli 77960 saylı çekinə əsasən 74 manat pul ödənilmişdir. Bona DEA Hospitalının 16 fevral 2024-cü il tarixli 5563 saylı çekinə əsasən xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli arayışlarına əsasən X9 tibbi müayinəsi üçün 90 manat, 16 mart 2024-cü il tarixli 1919 saylı çekinə əsasən 75 manat pul ödənilmişdir. Beləliklə də, rəsmi sənədlərə əsasən X9 tibbi müayinəsi üçün ümumilikdə 4184,84 manat pul xərclənmişdir. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, 22 iyul 2024-cü il tarixdə X36 Cavid təkrar müayinədən keçirilmiş və əlavə olaraq 190 manat məbləğində müalicə xərcləri ödənilmişdir. Ona görə də, iddia həcminin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, həkim tərəfindən sözügedən əməliyyatın dövlət tibb müəssisələrində və göndəriş əsasında siğorta ilə oluna bilmədiyi üçün o, özəl klinikaya müraciət etməli olmuşdur. Cavabdehin uşaqla ünsiyyəti olmadığından əməliyyat barədə ona məlumat verməmişdir. Həmçinin göstərdi ki, əməliyyat artıq baş verib, bir çox həkimin məsləhətindən sonra əməliyyat etmək qərarına gəlmişdir. Cavabdeh onun bütün nömrələrini blok etdiyindən, onunla əlaqə saxlaya bilməmiş, ailə dostu vasitəsi ilə bildirmiş ki, uşağı müainə üçün başqa ölkəyə aparmaq istəyir, lakin razılıq vermədi. O, çəkdiyi xərci istəyir. Cavabdehin uşaqla ünsiyyəti yoxdur. Deyib ki, aliment ödəyir nə istəyirsən elə. O, da həkim A.Məmmədovdan sözügedən əməliyyatın sığortaya daxil olub-olmaması barədə məlumat almış, həkim isə sözü gedən əməliyyatın kosmetik əməliyyat olduğundan daxil olmadığını bildirmişdir. O, əməliyyat üçün 3000 manat pul vəsaitini həkim A.Məmmədova ödəmiş və 400 manat xəzinəyə xəstəlik tarixini götürəndə köçürmüşdür. Göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinə dəqiqləşdirmə barədə ərizəni müdafiə edərək izahatında göstərdi ki, uşaq əməliyyat olunub və qəbzlər iş materiallarında var. Qəbzlər saxta deyil, saxtalaşdırmaqda mümkün deyil möhür və imza ilə təsdiq olunub. Ona görə də cavabdehdən artıq məbləğ tələb edilmir, çəkilmiş xərcləri sübut edirik və ödənilməsini xahiş edirik. O, həmçinin göstərdi ki, şahid məhkəmə üçün zəruri olan məlumatları verdi. Belə ki, bir ayağın əməliyyatı üçün 1700 manat, hər iki ayağın əməliyyatı üçün məbləğ 3400 manat təşkil edir. Xəstəlik tarixcəsində də, epikrizdə də qeyd olunur ki, uşağın hər iki ayağı əməliyyat olunmuşdur. Təqdim edilmiş qəbzlərlə də sübut olunur ki, iddiaçı keçirilmiş əməliyyat üçün 3400 manat məbləğində pul vəsaiti ödəmiş və həmin pulun qaytarılmasını cavabdehdən tələb edir. Cavabdeh uşağın sağlamlığında, təhsilində iştirak etmək istəmir, bütün xərclərdən yayınmaq niyyətindədir, buna görə də, uşağın ölkədən çıxarılmasına razılıq vermədilər. Lakin iddia ərizəsi ilə müraciət etmiş və iddia təmin olundu, narazı qalan cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Xəstəxananın fəaliyyəti barədə xüsusi qərardadın çıxarılması məsələsinə qiymət verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı cavabdehlə əməliyyatın harda və hansı məbləğə olunmasını razılaşdırmamışdır. Həmin əməliyyat İcbari Sığorta ilə oluna bilərdi və ya digər münasib klinikalarda. O, həmçinin qeyd etdi ki, onun tərəfindən vəkil sorğusu verilmiş və aldığı cavabdan məlum olmuşdur ki, iddiaçı klinikaya 3000 manat yox, 1500 manat məbləğində pul vəsaiti ödəmişdir. Hesab edir ki, iddiaçının təqdim etdiyi qəbz saxtadır. O, həkimin qəbuluna girib məsələni aydınlaşdırmış və ona bildirmişlər ki, əməliyyatın qiyməti 400 manat, 1100 manat isə implantın qiyməti idi. İddiaçı tərəf implant üçün ödənilən məbləğ barədə heç bir qəbz təqdim etməyib. İddianı ümumiyyətlə qəbul etmir, sözügedən əməliyyat “icbari tibbi sığortaya” daxil idi və iddiaçı cəhd edib həmin əməliyyatı dövlət hesabına etdirə bilərdi. Məqsəd cavabdehdən pul almaqdır. O, həmçinin xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə verdiyi etirazda qeyd etmişdir ki, iddiaçının tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, X1 hər hansı problem barədə İddiaçı bizə heç bir məlumat verməmiş, müayinələri və əməliyyatı gizlədilmişdir. Ondan əlavə iddiaçı bir ildən arıtqdir ki, qərəzli şəkildə X9 atası Cavabdeh ilə görüşünə maneçilik yaradır, uşağı gizlədir, uşaqla ünsiyyəti məhdudlaşdırmışdır. 2022ci il tarixdə nikahın pozulmasından sonra cavabdehin hər ay maaşından bir başa 400 manat məbləğində pul vəsaiti tutulur. Eyni zamanda İddiaçı iddiası əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 7075/2022 saylı qətnaməsi ilə məhkəmə 6 ayın alimentini hüquqlarını təmsil etdiyi Cavabdeh maaşından 50 faiz məbləğdə tutularaq iddiaçıya ödənmişdir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.2-ci maddəsində deyilir ki, valideynlər (hər iki valideyn) uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. İddia ərizəsində iddiaçı vurğulamışdır ki, 2022-ci ildən uşağı müayinələrə aparıb, baxmayaraq ki, həmin ərəfələrdə dəfələrlə uşaqla görüşmək məqsədilə telefon danışıqları və görüşləri olmuş, lakin uşağın müayinələrə aparıldığını gizlətmiş və bu barədə heç bir məlumat verməmişdir. O, ki, qaldı, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində göstərilən müstəsna halların siyahısında X9 əməliyyatının icra olunmasına guya ki, səbəb olmuş hal öz əksini tapmamışdır. Belə ki, X13 qoyulmuş yastıpəncəlik diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-da yoxdur. Eyni zamanda bildirir ki, X13 qoyulmuş diaqnoza görə şəxs əmək qabiliyyətsiz hesab edilə bilməz. Həmçinin İddiaçı maddi yardıma ehtiyacı olan şəxs kimi hesab edilə bilməz. Belə ki, İddiaçı Azərbaycan Respublikası Sərhəd Xidmətində mayor rütbəsi ilə çalışır və yetəri məbləğdə dövlətdən maaş alır. Eyni zamanda uşağın saxlanılması üçün yetərincə aliment ödənilir. Bildirir ki, hazırda Cavabdeh ailəlidir, himayəsində azyaşlı övladı xx.xx.2024-cü il təvəllüdlü X20 var. Həyat yoldaşı halhazırda işləmir. Ailədə işləyən tək özüdür. Eyni zamanda nəzərinizə çatdırır ki, hal-hazırda qüvvədə olan Tibbi sığorta haqqında Azərbaycan Respublikası Qanunun tələbləri ilə Azərbaycan Respublikasının hər bir vətəndaşıı yüksək səviyyədə tibbi sığortadan yararlana bilər. Belə ki, məsələnin tam obyektiv araşdırılması məqsədilə tərəfindən müxtəlif dövlət və qeyri dövlət klinikalarına eyni zamanda Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinə verdiyi sorğuya cavab olaraq 11 sentyabr 2024-cü il tarixli 11-10/2-907/2024 nömrəli cavab məktubda bildirilmişdir ki, “yastıpəncəlilik” diaqnozu ilə əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidmətlər Zərfi” ilə təminata alınmış xidmətlərdəndir. Sözü gedən xidmətlər TƏBİB tabeliyində olan dövlət tibb müəssisələrində və ya göndəriş əsasında özəl tibb müəssisələrində icra oluna bilər. Bu da o deməkdir ki, iddiaçının məqsədi uşağı müalicə etmək deyil, məhz Cavabdeh lüzumsuz və əsassız şəkildə məhkəmələrdə süründürmək və Cavabdeh qanunsuz olaraq pul vəsaiti əldə etməkdir. Eyni zamanda bildirir ki, iddiaçı özünün çirkin məqsədlərində azyaşlı uşağın sağlamlığını belə riskə atır. Məhkəmə prosesində sübut olaraq təqdim etməli olduğu və dönə-dönə qeyd etdiyi əməliyyatın lüzumlu olması barədə “professor rəyi”-ni nə iddia ərizəsinə, nə də ki sonradan iş materiallarına əlavə etməmişdir. Burda da iddiaçının həqiqi məqsədi göz önünə sərilir. Cavabdeh xəbərdar etmədən 6 yaşlı uşağa belə yüngül diaqnoz üçün narkoz verilərək əməliyyat olunması ilə iddiaçı uşağın fiziki sağlamlığını risk altına atmış, onun sağlamlığında baş verə biləcək fəsadları nəzərə almamışdır. İddiaçı məqsədi digər boş silsilə iddiaları kimi yalnız cavabdehdən maddi qazanc əldə etməkdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sübutların mötəbər olmadığı və əsaslı şübhəli məqamların olduğu üçün tərəfindən əməliyyatın icra olunduğu Azərbaycan Tibb Universitetinin X14 göndərdiyi 103/24KP saylı 6 avqust 2024-cü il tarixli sorğuya cavab olaraq, 20 avqust 2024-cü il tarixli, 3-28-20-2/2-366/2024 saylı məktubda yazılmışdır ki, “xəstənin yəni X9 adına xəstəxananın ödəniş sistemində 400 manat ödəniş qeyd olunub.” Bu əlavə edilmiş sübutların qanuniliyindəki şübhələrini daha da qətiləşdirdiyi üçün Azərbaycan Tibb Universitetinin X10 əməliyyatı icra etmiş həkim cərrah Aslan Məmmədovun bir başa qəbuluna getməyinə sövq etdi. Həkim cərrah Aslan Məmmədovla söhbət əsnasında məlum oldu ki, İddiaçı əməliyyat üçün klinikaya ümumilikdə 1500 manat yəni, 400 manat depozit olmaqla, 1100 manat isə implant və əməliyyat üçün ödəniş etmişdir. X32 iddia ərizəsinə əlavə edilmiş 3000 manatliq çeki göstərəndə həkim yüngül şok vəziyyətinə düşmüş, qeyd edilən çeki ilk dəfə gördüyünü, çekin saxta olduğunu bildirərək tərəfindən imzalanmadığını və möhürlənmədiyini vurğulamışdır. Həkim cərrah Aslan Məmmədov, dediklərinin sübutu olaraq bizə iddiaçının iddia ərizəsində qeyd etdiyi “3000 manatliq + 400 manatlıq” əməliyyatla bağlı ödəniş qəbzi və əməliyyatın ödənişi barədə ətraflı blanklı, möhürlü, imzalı rəsmi arayış təqdim etdi. Həkim cərrah Aslan Məmmədovun da təsdiqlədiyi kimi, iddiaçının iddia ərizəsinə əlavə etdiyi “ 3000 manatlıqliq” qəbzin saxta olduğu ortaya çıxır. Hətta həkim cərrah Aslan Məmmədovun onrala təqdim etdiyi arayış və ödəniş qəbzində, iddiaçının İddiaçı iddia ərizəsinə əlavə etdiyi “3000 manatlıqliq ödəniş qəbzində olan imzaları vizual olaraq müqayisə etdikdə açıq-aşkar şəkildə fərqli imzaların olduğu görsənir. Bu o deməkdir ki, İddiaçı iddia ərizəsinə saxta ödəniş qəbzi əlavə edərək, saxtakarlığa yol vermişdir. Bununla da iddiaçının 6 yaşlı uşağın sağlamlığını risk altına atmaqda və bu iddianı qaldırmaqda həqiqi motivi bəlli olur. Məqsəd yalnız məhkəməni aldadaraq cavabdehdən lüzumsuz pul tələb etməkdir. Bununla da məlum olur ki, İddiaçı X9 atasından gizlin bıçaq altına salınaraq əməliyyat olunmasının ilk başdan onlarda yaranmış şübhələri doğrultdu hətta daha da üstələdi. İddia ərizəsinə etiraz edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Yetkinlik yaşına çatmamış uşağın müalicə xərclərinin tələbinə” dair iddiası rədd olunmalıdır. Hüquq nəzəriyyəsində əldə edilmə baxımından sübutların 2 (iki) növü fərqləndirilir. *Birbaşa sübutlar *Dolayı sübutlar Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikas Ali Məhkəməsinin Mülki Kollegiyasının Konstutusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilir ki, məhkəmə aşagıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiymətləndirir. *Sübutların aidliyi *Sübutların mümkünlüyü *Sübutların həqiqiliyi *Sübutların qədərincə kifayətliyi *Sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi Sübutların mötəbərliyi prezumpsiyası mövqeyindən sübutların həqiqiliyi bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan onun mötəbərliyidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur.İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliyi nöqteyi nəzərindən onun predmetinin keyfiyyətinə dair kecirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata kecirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliyi baxımından qiymətləndirilir. Yuxarıda qeyd olunan hallara əsasən İddiaçı X5 qarşı hazırki iddiası qanunsuz və əsasız olduğundan rədd olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı saxta sübutlar əsasında verdiyi “Yetkinlik yaşına çatmamış uşağın müalicə xərclərinin ödənilməsi tələbinə” dair iddiası əsassız və qanunsuz olduğundan iddianın rədd olunması barəsində qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Tibb Universiteti X8 həkim-travmatolog vəzivəsində işləyir, həmçinin Azərbaycan Tibb Universitetində tədris edir. Bildirdi ki, “Yastıpəncəliyin” əməliyyatın 1 ayaq üçün qiyməti 1700 manat təşkil edir. xx.xx.2017-ci il təvəllüdlü X9 hər iki ayağı əməliyyat olunub. İddiaçı tək qadın olduğunu, imkansızlığını nəzərə alaraq, bir ayaq üçün olan qiymət hesablanmışdır, müdiriyyətində bu barədə məlumatı olmuş, bacardığı qədər köməklik etmişdir. Qoyulan implantla birlikdə klinikaya 1700 manat pul ödəməli idi. Həmçinin bildirdi ki, sözügedən əməliyyat “X35” paketinə daxildir, lakin onun çalışdığı klinikada yox. Belə ki, X11 xəstələr dövlət xəstəxanalarından göndərişə əsasən gəlir, özləri müraciət edən xəstələr isə əməliyyat pulunu ödəyirlər xəzinəyə. Hazırki iş üzrə xəstə əgər dövlət xəstəxanasından göndərişlə gəlmiş olsaydı, onda sığorta ilə olunacaqdı. Onun çalışdığı klinikada haırki günədək bud sümüyü, boyun sümüyü sınıqları, yəni endoprotezləşmə əməliyyatı üçün göndərişlər olur. Adi osteosintez əməliyyatlar üçün onlara göndərişlər verilmir, yalnız dövlət xəstəxanalarına verilir. O, həmçinin göstərdi ki, qəbzlərlə tanışdır. 1-ci qəbzdən onun məlumatı olmamış, möhür onun olsa da, lakin o, imzalamamışdır. Bir şəxs yaxınlaşdı və keçirilmiş əməliyyatın məbləği barədə məlumat almaq istədi, o, isə həmin şəxsə məumat verilməsi üçün göndərmiş tibb bacısının yanına, onların kompyuterlərində qalır məlumatlar. O, da, 1400-1700 manat (dəqiq yadımda deyil) qəbzi təqdim etmiş və ondan həmin qəbzin təsdiq olunmasını xahiş etdi, onlar qaiməni də təqdim etmişlər. Sonradan məlumatı oldu ki, həmin şəxs uşağın atasıdır. Lakin arayışda olan imza ona məxsusdur və o, heç kimə səlahiyyət verməyib ki, onun əvəzinə imza etsinlər. Daha sonra qeyd etdi ki, sözü gedən qəbzlə bağlı o, maraqlanıb araşdırmaq istəmiş, həmin qəbzi böyük tibb bacısı verə bilər, lakin özü bu məsələni inkar etmişdir. Onun otağında möhürün harda olduğunu hamı bilir və həmin vaxt ondan kim istifadə edib bilmir. Əməliyyatla bağlı isə qeyd etdi ki, düzdür bir ayaq 1700 manat təşkil edirsə, iki ayaq üçün 3400 manat ödənilməli idi. Lakin o, iddiaçıya ayrı-ayrılıqda məlumat verməmiş, ümumi yekun ödəniləcək məbləği demişdir. Çünki aralarında şifahi danışıq-razılıq olmuşdur. İddiaçı oniun yanına tanışlıqla gəlmişdir və ümumi hesablayıb son məbləğ barədə məlumat vermiş, implantla birlikdə 1500 manat. Əməliyyatın qiymətini isə onlar özləri müəyyən etmir, “tibbi sığorta paketində” bütün əməliyyatların qiymətləri qeyd olunmuşdur. Ona ümumilikdə 1500 manat pul ödənilmişdir. Təqdim edilmiş qəbzlərin isə kim tərəfindən verilməsi barədə onun məlumatı olmayıb. Çünki o, hər dəfə xəzinəyə düşüb-qalxmır, ona görə də bu prosedur belədir ki, ödəniş olan da, tibb bacısı özü imza edir. Belə ki, o, əməliyyatın adını “evans əməliyyatı” kimi yox, “vətərplastikası əməliyyatı” kimi qeyd etmiş və həmin əməliyyat üçün iddiaçı 400 manat məbləğində pul ödəmişdir. Məlumat üçün həmin şirkətə zəng vurub 1 və 2 implantın qiymətini öyrənə bilərsiniz, rəsmi qeydiyyatdan keçmiş şirkətdir. Bundan əlavə o, qeyd etdi ki, nə epikrizdə olan, nə də 3000 manat qeyd olunan qəbzdəki imzalar ona məxsus deyil. Epikriz yazılıb verilir qeydiyyat otağına onu imzalayıb möhürləyib vətəndaşa təqdim edirlər. Epikrizdə onun adı müalicə etmiş həkim kimi qeyd edilir, həmin sənədi o, imzalamır. O, ümumilikdə ayaq əməliyyatı ilə bağlı bildirdi ki, ayaq vacib həyat orqanı deyil, uşağın gələcəyi üçün, normal yeriməsi üçün, normal ayaqqabı geyinməsi üçün, gələcəkdə hərbi xidmətə getməsi üçün əhəmiyyəti var. Gələcəkdə şikəstliyə gətirə bilərdi. Xəstəni isə özləri yoxlayıb müayinə edir və əməliyyatın zəruri olub-olmaması barədə məlumat verirlər. Bunun isə kiminsə göstərişinə və ya rəyinə ehtiyac yoxdur. Mülki iş materiallarında olan: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2291/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə Yahyayeva (Həsənova) Səidə Sahib qızı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış və 178 nömrə ilə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X19 anası X12 yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının dörddə bir (1/4) hissəsi miqdarında aliment tutularaq X17 verilməsi, aliment məbləğinin xx.xx.2022-ci il tarixdən hesablanması və qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. LİV BONA DEA HOSPİTALİNİN xx.xx.2022-ci il tarixli faktura xidmet siyahısından görünür ki, xx.xx.2017 doğum tarixli X9 uşaq psixiatriya müayinəsi üçün 100 manat məbləğində pul ödənilmişdir. LİV BONA DEA HOSPİTALİNİN xx.xx.2023-cü il tarixli faktura xidmet siyahısından görünür ki, xx.xx.2017 doğum tarixli X9 uşaq psixiatriya müayinəsi üçün 75 manat məbləğində pul ödənilmişdir. LİV BONA DEA HOSPİTALİNİN xx.xx.2023-cü il tarixli faktura xidmet siyahısından görünür ki, xx.xx.2017 doğum tarixli X9 uşaq psixiatriya müayinəsi üçün 75 manat məbləğində pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, xx.xx.2017 doğum tarixli X9 müayinəsi üçün Azərbaycan Respublikası Tibb Universitetinin X7 hesabına 75 manat məbləğində pul ödənilmişdir. Avrasiya Hospitalının xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, xx.xx.2017 doğum tarixli X9 otopedin müayinəsi üçün 25 manat məbləğində pul ödənilmişdir. Avrasiya Hospitalının xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, xx.xx.2017 doğum tarixli X9 müayinəsi üçün 141,84 manat məbləğində pul ödənilmişdir. LİV BONA DEA HOSPİTALİNİN xx.xx.2024-cü il tarixli faktura xidmet siyahısından görünür ki, xx.xx.2017 doğum tarixli X9 uşaq psixiatriya müayinəsi üçün 90 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası laboratoriyasının xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, xx.xx.2017 doğum tarixli X9 müayinəsi üçün 50 manat məbləğində pul ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, xx.xx.2017 doğum tarixli X9 müayinəsi üçün Azərbaycan Respublikası Tibb Universitetinin X7 hesabına 74 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Tibb Universitetinin X7 EPİKRİZ sənədindən görünür ki, xx.xx.2017 doğum tarixli X19 xx.xx.2024-cü il tarixdə daxil olub və şikayəti uzun müddət ayaqüstə qalarkən və hərəkət zamanı pəncədə ağrı ilə bağlı olmuşdur. Xəstəyə ümumi anestaziya altında qoyulan diaqnozuna görə “yastıpəncəliyin ləğvi” cərrahi əməliyyatı icra edilmiş və əməliyyat fəsadsız keçirilmişdir. Həmçinin ona, 21 gün günaşırı sarğı olunması, verilən idman hərəkətlərinin icra edilməsi, 4 həftə müddətində hər iki aşağı ətrafı çəkməşəkilli dairəvi gips langetində immobilizasiya olunması və 6 həftə sonra təkrar müayinəyə gətirilməsi məsləhət görülmüşdür. Xəstə xx.xx.2024-cü il tarixdə xəstəxanadan çıxış etmişdir. LİV BONA DEA HOSPİTALİNİN xx.xx.2024-cü il tarixli faktura xidmet siyahısından görünür ki, xx.xx.2017 doğum tarixli X9 qulaq, burun və boğaz xəstəlikləri müayinəsi üçün 95 manat məbləğində pul ödənilmişdir. LİV BONA DEA HOSPİTALİNİN xx.xx.2024-cü il tarixli faktura xidmet siyahısından görünür ki, xx.xx.2017 doğum tarixli X9 uşaq psixiatriya müayinəsi üçün 90 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Tibb Universitetinin X7 Vəkil2 sorğusuna 20 avqust 2024cü il tarixli cavab məktubundan görünür ki, yastıpəncəlik əməliyyatının klinikada ödəniş sistemində qiyməti 350 manatdan başlayır. Bu əməliyyatın dava etmə vaxtı xəstənin klinikada qalma günündən asılı olaraq dəyişə bilər. Sığorta əməliyyat sihayısında bu əməliyyat tapılmadı. Xəstənin adına xəstəxananın ödəniş sistemində 400 manat ödəniş qeyd olunub. Azərbaycan Respublikası Tibb Universitetinin X7 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xəstə xx.xx.2017 doğum tarixli X19 xx.xx.2024 tarixində ATU-nin X8 aşağı ətrafların osteosintezi əməliyyatı icra olunub. Ümumi implant və əməliyyat üçün klinikaya depozit olaraq (400 azn) implant üçün (1100 azn) ümumi 1500 azn ödənilib. xx.xx.2024-cü il tarixli (Xəstə N0 640001) ödəniş qəbzindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X19 həkim A.Məmmədov tərəfindən ostosintez əməliyyatı olunmuş və həmin əməliyyat üçün 3000 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasının məhkəmənin sorğusuna verilmiş 01 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.20217-ci il təvəllüdlü X9 üzərində xx.xx.2024-cü il tarixində klinikada cərrah travmatoloq Aslan Məmmədov tərəfindən yastıpəncəliyin ləğvi əməliyyatı icra olunmuşdur. Qeyd olunmuş əməliyyatla bağlı xəstə yaxınları klinikanın xəzinəsinə 400 azn (dörd yüz manat), əməliyyat öncəsi müayinələr üçün isə 74 azn (yetmiş dörd manat) məbləğində pul ödəmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun (bundan sonra - “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin mövqeyi: İşin mübahisəli halı ondan ibarətdir ki, tərəflərin birgə nikahdan olan uşaqları X19 yastıpəncəlilik xəstəliyindən əziyyət çəkdiyinə görə iddiaçı müxtəlif vaxtlarda onun müalicəsi və cərrahiyyə əməliyyatı üçün xərclədiyi ümumilikdə 4374,84 manat pulun hamısını cavabdehdən tələb edir, cavabdeh isə buna etiraz edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2291/2022 saylı qətnaməsinə əsasən Cavabdeh ilə Yahyayeva (Həsənova) Səidə Sahib qızı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış və 178 nömrə ilə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X19 anası X12 yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının dörddə bir (1/4) hissəsi miqdarında aliment tutularaq X17 verilməsi, aliment məbləğinin xx.xx.2022-ci il tarixdən hesablanması və qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X9 anası (İddiaçı) xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Tibb Universitetinin X11 müraciət edərək oğlunda uzun müddət ayaqüstə qalarkən və hərəkət zamanı pəncədə ağrılarının olmasını bildirmiş və ona həmin klinikada anestaziya altında qoyulan diaqnozuna görə “yastıpəncəliyin ləğvi” cərrahi əməliyyatı icra edilmiş və əməliyyat fəsadsız keçirilmişdir. Həmçinin ona, 21 gün günaşırı sarğı olunması, verilən idman hərəkətlərinin icra edilməsi, 4 həftə müddətində hər iki aşağı ətrafı çəkməşəkilli dairəvi gips langetində immobilizasiya olunması və 6 həftə sonra təkrar müayinəyə gətirilməsi məsləhət görülmüşdür. Xəstə xx.xx.2024-cü il tarixdə evə buraxılmışdır. Daha sonra müəyyən edilmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X9 müxtəlif vaxtlarda həkimə müraciəti üçün (qulaq, burun və boğaz xəstəlikləri, psixoloqa müraciəti, eləcə də “yastıpəncəliyin ləğvi” cərrahi əməliyyatı üçün) ümumilikdə (3000+100+75+75+90+25+141,84+50+400+74+90+75+90+95=4380,84) 4380,84 manat məbləğində ödənişlər edilmişdir. Göründüyü kimi yuxarıda qeyd edilənlərdən, eləcə də məhkəmə iclasında şahid qismində dindirilmiş həkim X6 ifadəsi ilə də, müəyyən edilmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X19 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Tibb Universitetinin X8 anestaziya altında qoyulan diaqnozuna görə “yastıpəncəliyin ləğvi” cərrahi əməliyyatı icra edilmişdir. Cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Tibb Universitetinin X7 həkimi A.Məmmədov tərəfindən verilmiş ödəniş qəbzindən (Xəstə N0 640001) görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X19 həkim A.Məmmədov tərəfindən ostosintez əməliyyatı olunmuş və həmin əməliyyat üçün 3000 manat məbləğində pul ödənilmişdir. Həmin qəbzin etibarsız olmasını isə cavabdeh sübuta yetirməlidir. Çünki cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbləri baxımından etirazını əsaslandıran halların mövcudluğu ilə bağlı sübutetmə yükünü daşıdığından qeyd olunan halların sübütetmə yükü də onun üzərindədir. Lakin belə sübutlar məhkəməyə təqdim edilməyib. Bununla yanaşı iş üzrə şahid qismində dindirilmiş A. Məmmədov Azərbaycan Tibb Universiteti X8 xx.xx.2017-ci il təvəllüdlü X9 hər iki ayağı əməliyyat olunduğunu və implantla birlikdə 1500 manat məbləğində pulun iddiaçı tərəfindən ona ödənildiyini təsdiq etmişdir. Məhkəmə şahidin 3000 manat qeyd olunan qəbzdən onun məlumatlı olmaması ilə bağlı ifadəsinə münasibətdə qeyd edir ki, bu fikir iddiaçının həmin vəsaiti ödəmədiyinə dəlalət etmir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır (“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2ci maddələrinin şərh edilməsinə dair” Qərar). Məhkəmə qeyd edir ki, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Belə ki, işdən müəyyən olunduğu kimi iddiaçının övladının sağlamlıq vəziyyəti ilə əlaqədar tibb müəssisələrinə müraciət edərək, zəruri müayinə, müalicə və cərahiyyə əməliyyatına xərc çəkməsi sübut olunur. İddiaçın tələb etdiyi xərclər (implantın əldə edilməsi, dərman vasitələrinin alınması, qulluq, hərəkət və rabilitasiya və s.) uşağın sağalması, onun sağlamlığının qorunması, habelə sosial adaptasiyası və cəmiyyətə inteqrasiyası üçün sərf edilmişdir və onun hüquq və mənafelərinin müdafiəsinin qorunmasına yönəlmişdir. Məhkəmə, xüsusən, iddiaçı tərəfindən bu xərclərin çəkilməsinin zəruriliyini uşağın əməliyyat olunması ilə əlaqələndirilməsini nəzərə alır və hesab edir ki, iddiaçının bu tələbi Ailə Məcəlləsinin 81-ci maddəsinin dispozisiya şərtləri ilə uyğunluq təşkil edir. Lakin həmin məbləğin tamamını cavabdehdən tələb etməsi ilə bağlı məhkəmə iddiaçının dəlillərini əsaslı saymır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında “Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin arasında razılaşma olmadığından, habelə çəkilmiş əlavə xərcin hamısının cavabdehdən tutulmalı olmasına əsas müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, tələb edilən 4374,84 manat məbləğində pul vəsaitinin ½ hissəsi olan 2187,42 manat pul məbləği Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, 30 dekabr 2017-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış X9 tibbi müayinəsi və müalicəsi üçün xərclənən 4374,84 manat məbləğində pul vəsaitinin ½ hissəsi olan 2187,42 manat pul məbləği Cavabdeh alınaraq İddiaçı ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olunduğundan, məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun 41,85 (qırx bir manat səksən beş qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 30 dekabr 2017-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış X9 tibbi müayinəsi və müalicəsi üçün xərclənən 4374,84 manat məbləğində pul vəsaitinin ½ hissəsi olan 2187,42 manat pul məbləği Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41,85 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin, İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar