Məhkəmə qərarları › İş №e-2(001)-3535/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3535/2024

11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3535/2024 11.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə işə 11 iyun 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Toyota Prius” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş və qalan 2515.37 manat (iki min beş yüz on beş manat otuz yeddi qəpik) sığorta pulunun və ödənilmiş 45.15 manat ( qırx beş manat on beş qəpik) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Hyudai Avante” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Prius” markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı və “Pelo” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsləri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. “Toyota Prius” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə qədər müddətdə könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. “Toyota Prius” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6850 manat məbləğində zərərin dəyməsi ilə bağlı ekspert rəy vermişdir. 4774 saylı ödəniş tapşırığına əsasən İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Toyota Prius” markalı, **-PD-***” markalı, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği çıxılmaqla 6750 manat sığorta ödənişini ödəmişdir. Həmçinin müəyyən edilmişdir ki, TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Sığorta hadisəsinin baş verməsi və sığorta ödənişinin sığorta şirkəti tərəfindən ödənilməsi ilə ona qarşı subroqasiya hüququ yaranmışdır. 6750 manat məbləğin 4234.63 mnat hissəsi “Hyudai Avante” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya” şirkəti” ASC tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Qalan məbləğ, yəni 2515.37 manat məbləğində pul Cavabdeh tərəfindən hal-hazırda ödənilməmiş qalmaqdadır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, 2515.37 manat məbləğində pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - **********2 nömrəli sığorta şəhadətnaməsindən çıxarışa əsasən, “Toyota Prius” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə qədər müddətdə könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. - "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, “Toyota Prius” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6850 manat zərər dəymişdir. - ödəniş tapşırığından (4774 saylı) görünür ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Toyota Prius” markalı, **-PD-***” markalı, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği çıxılmaqla 6750 manat sığorta ödənişini ödəmişdir. - İnzibati tənbeh vermə haqqında (TP seriyalı 4722486) qərarın surətindən görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 mnat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Hyudai Avante” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Prius” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı və “ Pelo” markalı ** CP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsləri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə sonuncu avtomobilin mülkiyyətçisinə 6850 manat məbləğində maddi ziyan vurulmuşdur. Sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq iddiaçı dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Toyota Prius” markalı, **- PD-***” markalı, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği çıxılmaqla 6750 manat sığorta ödənişini ödəmişdir. Həmçinin müəyyən edilmişdir ki, TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Sığorta hadisəsinin baş verməsi və sığorta ödənişinin sığorta şirkəti tərəfindən ödənilməsi ilə ona qarşı subroqasiya hüququ yaranmışdır. Buna görə də, məhkəmə hesab edir ki, 2515.37 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 45.15 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 2515.37 manat pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 45.15 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar