Məhkəmə qərarları › İş №e-2(001)-3557/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3557/2024

10.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3557/2024 10.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ”alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı himayəsində (yanında) olan, birgə nikahdan doğulmuş, xx.xx.2008-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 500 manat məbləğində sabit aliment ödənişinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)- 895/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilə X8 arasında 23 mart 2005-ci ildə Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsində 286 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından doğulan xx.xx.2006-cı il tarixdə anadan olmuş Rüfət və xx.xx.2008-ci ildə anadan olmuş Raul adlı uşaqlar yetkinlik yaşına çatana qədər anaları X3 himayəsində saxlanılmaları, xx.xx.2016-cı il tarixdən başlayaraq İddiaçı Vəlil oğlundan Rüfət və Raul adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər uşağa görə 100, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin e-2(001)-864/2023, 14 aprel 2023cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı iddia tələbinin qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)-895/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X1 üçün müəyyən edilən alimentin məbləğinin artırılması, xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 500 (beş yüz) manat məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir Sabirabad Rayon Məhkəməsinin 2(056)-770/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı iddia tələbi təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X10 atası İddiaçı yanında qalması, xx.xx.2008-ci il təvəllüdlü X10 atası İddiaçı yanında qaldığı andan, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı aliment öhdəliklərinə xitam verilməsi qət edilmişdir. Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 092167 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 25 fevral 2008-ci il tarixində Bakı şəhərində doğulmuş,atası İddiaçı,anası X5r. Qanunvericiliyə əsasən ailə münasibətlərindən irəli gələn mübahisə üzrə məhkəməyə müraciət etməmişdən iddiaçı tərəf olaraq mediasiya prosesində iştirak etmişlər. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, cavabdeh tərəf mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Həmçinin, iddianın verilməsində mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı qeyd edək ki, Cavabdeh uzun müddətdir ki, Azərbaycan Respublikasının vətəndaşı olaraq əcnəbi ölkədə - Türkiyə Respublikasında yaşayır və çalışır. Azərbaycan Respublikasında cavabdehin qeydiyyatda olduğu yer isə ünvan 1 ünvana göndərilmiş bütün bildirişlər kimi sonuncu məktub da zərfin üzərinə köçüb qeydi vurmaqla geri qaytarılmışdır. Zərf iddia ərizəsinə əlavə edilmişdir. Həmçinin, Sabirabad Rayon İcra Hakimiyyəti Şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi arayışdan da məlum olur ki, cavabdeh uzun müddətdir ki, ölkə xaricində yaşamaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, izahatında göstərmişdir ki, tərəflərin birgə nikahdan iki uşaqları olmuş, nikah pozularkən uşaqların ananın yanında qalması və iddiaçıdan aliment tutulması barədə qətnamə qəbul edilmişdir. 2023-cü ildə uşağın biri iddiaçının himayəsinə verilmişdir və iddiaçı alimentin ödənilməsindən azad edilmişdir. Hal-hazırda cavabdehin himayəsində olan uşaq yetkinlik yaşına çatmış, iddiaçının himayəsində olan uşaq isə 2008-ci il təvəllüdlüdür. Həmçinin bildirdi ki, cavabdeh Türkiyədə olur və orada X15 Çağlar İlk okulunda tədrislə məşğul olur. Rəsmi sənəd təqdim edə bilməsələr də, cavabdehin əmək haqqısı mövcuddur. Ona görə də iddiaçının himayəsində olan uşağın saxlanılması üçün cavabdehdən hər ay 500 manat aliment tutulmasını xahiş edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Sabirabad Rayon Məhkəməsinin 2(056)-895/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X8 arasında 23 mart 2005-ci ildə Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsində 286 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından doğulan xx.xx.2006-cı il tarixdə anadan olmuş Rüfət və xx.xx.2008-ci ildə anadan olmuş Raul adlı uşaqlar yetkinli yaşına çatana qədər anaları X3 himayəsində saxlanılmaları, xx.xx.2016-cı il tarixdən başlayaraq İddiaçı Vəlil oğlundan Rüfət və Raul adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər uşağa görə 100, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin e-2(001)-864/2023, 14 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdehə İddiaçı qarşı iddia tələbinin qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)-895/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X1 üçün müəyyən edilən alimentin məbləğinin artırılması, xx.xx.2006- cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 500(beş yüz) manat məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-770/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı uşağın atanın yanında olmasının müəyyən edilməsi barədə tələbi təmin edilərək, xx.xx.2008-ci il təvəllüdlü X10 atası İddiaçı yanında qalması, xx.xx.2008-ci il təvəllüdlü X10 atası İddiaçı yanında qaldığı andan, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı aliment öhdəliklərinə xitam verilməsi qət edilmişdir. Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 092167 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 25 fevral 2008-ci il tarixində Bakı şəhərində doğulmuş, şəhadətnamənin ata qrafasında İddiaçı, ana qrafasında isə X8 qeyd edilmişdir. Sabirabad Rayon İcra Hakimiyyəti Şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli i arayışdan görünür ki, cavabdeh uzun müddətdir ki, ölkə xaricində yaşamaqdadır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh ƏG - İİ-ci qrup əlil olmaqla, 363.86 manat pensiya alır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 99. Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13—16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-895/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilə X8 arasında 23 mart 2005-ci ildə Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsində 286 nömrə ilə qeydə alınmış nikahları pozulmuş, tərəflərin birgə nikahından doğulan xx.xx.2006-cı il tarixdə anadan olmuş Rüfət və xx.xx.2008-ci ildə anadan olmuş Raul adlı uşaqlar yetkinli yaşına çatana qədər anaları X3 himayəsində saxlanılmaları, xx.xx.2016-cı il tarixdən başlayaraq İddiaçı Vəlil oğlundan Rüfət və Raul adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər uşağa görə 100, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-864/2023, 14 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdehə İddiaçı qarşı iddia tələbinin qismən təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin 2(056)-895/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X1 üçün müəyyən edilən alimentin məbləğinin artırılması, xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 500 (beş yüz) manat məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Daha sonra müəyyən edilmişdir ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-770/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı uşağın atanın yanında olmasının müəyyən edilməsi barədə tələbi təmin edilərək, xx.xx.2008-ci il təvəllüdlü X10 atası İddiaçı yanında qalması, xx.xx.2008-ci il təvəllüdlü X10 atası İddiaçı yanında qaldığı andan, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı aliment öhdəliklərinə xitam verilməsi qət edilmişdir. Məhkəmə ilk olaraq onu qeyd edir ki, yuxarıda qeyd edilən məhkəmə aktlarına əsasən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X10 atası İddiaçı himayəsində, xx.xx.2006-cı il təvəllüdlü X9 isə anası Cavabdeh himayəsində olması işin mübahisəsiz halıdır. Məhkəmə xüsusi olaraq onu da qeyd edir ki, hazırda Cavabdeh himayəsində olan xx.xx.2006-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatmışdır. Qeyd edilməlidir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda əks olunan hüquqi mövqeyini nəzərə alan məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh X11 X16 okulunda ingilis dili müəllimi tədrisi ilə məşğul olaraq aylıq gəlir əldə etməsi iddia ərizəsində qeyd edilsə də, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbu ki, iş materialları ilə müəyyən edilmişdir ki, hazırda aliment ödənilməsi tələb edilən iş üzrə Cavabdeh İİ-ci qrup əlildir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə iddia tələbini işin faktiki halları və tərəflərin irəli sürdüyü dəlillərlə və tədqiq edilmiş sübutlarla müqayisə şəkildə təhlil edərək, həmçinin Cavabdeh İİ-ci qrup əlil olmasını, onun hazırda yuxarıda qeyd edilən okulda tədrislə məşğul olması və aylıq gəlirinin olub-olmaması barədə iş materiallarında sübut olmadığını, bundan əlavə cavabdehin himayəsində qalan xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatması və iddiaçının qeyd edilən övladına artıq aliment ödəmədiyini, cavabdehin maddi vəziyyətində əsaslı dəyişikliklərin olmamasını nəzərə alaraq, məhkəmə iddiaçının xeyrinə cavabdehdən 500 manat məbləğində aliment ödənilməsini əsaslı hesab etmir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı ”alimentin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən, mediasiya prosesi zamanı ödənilmiş 50 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı ”alimentin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə mediasiya prosesi zamanı ödənilmiş 50 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar