Məhkəmə qərarları › İş №e-2(001)-3630/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3630/2023

25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3630/2023 25.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilməsinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh Cavabdeh İddiaçı qarşı alimentin artırılmasına və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilməsinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılmasına və sair tələbə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılır ki, tərəflər xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 3487/2021 saylı qətnaməsinə əsasən, tərəflərin nikahı pozulmuş, birgə nikahlarından anadan olmuş xx.xx.2003-cü il təvəllüdlü X15, xx.xx.2004-cü il təvəllüdlü X16, xx.xx.2008ci il təvəllüdlü X18 və xx.xx.2011-ci il təvəllüdlü X11 analarının yanında saxlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-4128/2020 saylı məhkəmə əmri ilə xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X6, xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment Cavabdeh xeyrinə tutulması əmr edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-3487/2021 saylı qərardadı ilə tərəflərin nikahın pozulması və əmlak bölgüsü tələbinə dair mülki iş üzrə əmlakın bölünməsi barədə iddia tələbi ayrıca icraata ayrılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-3487/2021 saylı qətnaməsinə və həmin qətnaməyə edilmiş xx.xx.2021-ci il tarixli düzəliş qərardadına əsasən, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2002-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan uşaqların anaları Cavabdeh yanında saxlanmaları qərara alınmışdır. Cavabdeh Belçika Krallığında yaşayır və işləyir. İddiaçı isə Azərbaycan Respublikasında yaşayır və işləyir. Məhkəmənin sözügedən qərarlarının verilməsindən sonra, aşağıdakı mühüm inkişaflar baş vermişdir: Yetkinlik yaşına çatmış, hazırda tələbə kimi Belçikada ali təhsil alan X10 və X7 təhsil haqlarını, ikisinin birlikdə yaşadıqları mənzilin aylıq 950 avro olan kirayə haqqını, ərzaq və digər bütün təminat xərclərini İddiaçı ödəyir. Yetkinlik yaşına çatmamış xx.xx.2008-ci il təvəllüdlü X9 cavabdehin yanında qalması barədə məhkəmə qətnaməsinin olmasına baxmayaraq, cavabdeh iddiaçı ilə razılaşdırmadan 2022-ci ilin sentyabr ayında bilet alaraq onu Azərbaycan Respublikasına göndərmişdir. Həmin vaxtdan O.İddiaçı Azərbaycan Respublikasında atası ilə birlikdə eyni evdə yaşayır, Bakı şəhərində ödənişli orta məktəbdə təhsil alır, onun təhsil və bütün digər xərcləri atası tərəfindən ödənilir. Beləliklə, hər ikisi tam əmək qabiliyyətli olan və hər ikisi işləyən valideynlərin hər birinin öhdəsində bir nəfər yetkinlik yaşına çatmamış uşaq vardır. Bundan əlavə, İddiaçı hazırda ali məktəb tələbəsi olan iki övladının (G.İddiaçı və K.İddiaçı) xaricdə ali təhsil almaları üçün bütün xərcləri ödəyir. İddiaçı həmçinin, məktəbyaşlı O.İddiaçı ödənişli orta məktəbdə təhsil haqqını ödəyir. Ödənişli məktəbdə təhsil almaq əvvəlcə xarici ölkədə başqa dildə təhsil almış Orxanın təhsilinin uğuru üçün zəruridir. Ananın öhdəsində olan məktəbyaşlı uşaq İsmayıl Məmmədov yaşadığı xarici ölkədə, Belçikada dövlət məktəbində, ödənişsiz təhsil alır. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli İş № 2(001)-4128/2020 saylı məhkəmə əmri ilə xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün aliment ödəmək öhdəliyindən azad edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Nümayəndə ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyib, ilk iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılır ki, ilk iddiaçı Q.MMəmmədovun iddia ərizəsində bildirdikləri hallar, yəni yetkinlik yaşına çatmış, hazırda tələbə kimi Belçikada ali təhsil alan X10 və X7 təhsil haqlarını, ikisinin birlikdə yaşadıqları mənzilin aylıq 950 avro olan kirayə haqqını, ərzaq və digər bütün təminat xərclərini ödəməsi, yetkinlik yaşına çatmamış xx.xx.2008-ci il təvəllüdlü X9 guya razılaşma olmadan 2022-ci ilin sentyabr ayında bilet alaraq onu Azərbaycan Respublikasına göndərilməsi, onun Bakı şəhərində təhsil və bütün digər xərclərinin də tamamilə İddiaçı ödəməsi barədə məlumatlar, həmçinin hazırda ali məktəb tələbəsi olan iki uşağın (G.Məmmədova və K.Məmmədov) Brüsseldə ali təhsil almaları üçün bütün xərclərin İddiaçı ödəməsi barədə deyilənlər həqiqətə uyğun olmayan təhrif olunmuş məlumatlardır. Sözügedən xərclər böyük ölçüdə Cavabdeh tərəfindən ödənilməkdədir. 2020-ci ilin may ayından etibarən 4 uşağın bütün maddi və mənəvi tələbatlarının təmini böyük həcmdə Cavabdeh üzərindədir. Aliment institutunun təyinatı, ilk növbədə, uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001) -4128/2020 nömrəli xx.xx.2020-ci il tarixli məhkəmə əmri ilə xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X6, xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 3487/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2002-ci il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqlarının anaları Cavabdeh yanında saxlanmaları qət edilmişdir. Hazırda tərəflərin birgə nikahlarından olan xx.xx.2003-cü il təvəllüdlü X15 və xx.xx.2004-cü il təvəllüdlü X16 yetkinlik yaşına çatmışdır. Yetkinlik yaşına çatmamış xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2011-ci il təvəllüdlü X11 üçün İddiaçı tərəfindən aliment ödənişi davam etdirilməlidir, onlar üçün aliment ödənişindən azad oluması barədə İddiaçı tələbi tamamilə əsassızdır. Belə ki, uşaqlar Cavabdeh himayəsindədir. İddiaçı uşaqların Cavabdeh alınaraq ona verilməsi barədə bir tələbi yoxdur, Cavabdeh himayəsində olan uşaqlardan birinin müəyyən səbəblərdən müvəqqəti olaraq Bakı şəhərində təhsil alması onun artıq atasının himayəsinə verildiyinə dəlalət etmir. Tərəflərin nikahı pozulmamışdan əvvəl və ondan sonra da Cavabdeh dörd övladı ilə birlikdə Belçikanın Brüssel şəhərində yaşamış, Brüssel şəhəri Avropa və dünyanın ən bahalı şəhərləri arasındadır. İddiaçı diplomatik sahədə işi ilə bağlı onlar 2017-ci ildə öncə ailəlikcə X8 şəhərinə köçüb orada məskunlaşmış, uşaqlar həmin şəhərdə yaşayıb böyümüş, orada təhsil almış, oranın yaşayış və təminat səviyyəsi ilə yaşayıb boya başa çatmışlar. Belçikaya köçməzdən əvvəl Cavabdeh Xəzər Universitetində baş koordinator və ingilis dili müəlliməsi olaraq işləmiş, 2017-ci ildə İddiaçı Belçikaya ezam olunması ilə əlaqədar olaraq Cavabdeh şəxşi ərizəsinə əsasən işdən azad olunmuş, hazırda Belçikada ixtisasına uyğun olan işlə təmin olunmamış, Belçikanın məşğulluq orqanlarında işaxtaran kimi qeydiyyatdadır. Hazırda İddiaçı Bakı şəhərinə köçmüş olsa da, Cavabdeh və uşaqları Brüsseldə yaşayır, iki övladı bu şəhərdə ali təhsil alır, sadəcə Orxan müvəqqəti olaraq Bakı şəhərində təhsil alır. Bunun da səbəbi Belçikada ingilis dilli məktəblərin ödənişli olduğu üçün (Niderland dilli və fransız dilli məktəblər ödənişsizdir, yəni illik təhsil haqqı alınmır, Orxan təməldən ingilis dilli məktəblərdə oxuduğu üçün digər dillərdə tədris ona olduqca çətinlik yaradır) təhsil haqqını ödəmək imkanlarının olmaması, daha doğrusu İddiaçı bu ödənişə yardım etməkdən imtina etməsi, C.İ.Məmmədovun isə maddi imkanlarının məhdud olduğundan müvafiq ödənişləri həyata keçirə bilməməsidir. Buna görə də qarşılıqlı razılaşmamıza uyğun olaraq Orxan müvəqqəti olaraq Bakı şəhərində ingilis dilli məktəbdə təhsil almağa başlamışdır. Orxan tez-tez Cavabdeh yanına gəlir, qardaşları və bacısı da burada olduğundan onlarla da ünsiyyətdə olur. Cavabdeh maddi imkanı yetrəli olduğu halda Orxan təkrar Belçikadakı ingilis dilli məktəblərində təhsilini davam etdirəcəkdir. Cavabdeh himayəsində olan övladlarının hamısına hər zaman lazımi qayğı və diqqət göstərmiş, onların maddi və mənəvi təminatları böyük ölçüdə tərəfindən təmin edilmişdir. İddiaçı indiyə kimi ödədiyi aliment miqdarı Belçika Krallığında, bir qərbi avropa ölkəsində uşaqların real xərclərinin kiçik bir qismini əhatə edir. Bəzi vaxtlarda bunu anlayan İddiaçı Brüssel şəhərində yaşayış xərclərini nəzərə alaraq könüllü olaraq real xərclərin ödənilməsində iştirak etmiş, lakin belə hallar az olmuşdur. İddiaçı ödəmiş olduğu alimentin miqdarı uşaqların real tələbatı üzrə xərclərdən çox aşağı olmuşdur, İddiaçı xeyli müddət, 5 aydan çox müddət ərzində ümumiyyətlə aliment ödəməmiş, buna səbəb kimi rəsmi iş yerinin olmadığını bəhanə gətirməsidir. Halbuki onun qazancı və gəlirləri dəyişkən olmaqa kifayət qədər olmuş, icarədən, bank əmanətindən və başqa sahələrdən hər zaman əlavə qazanc və gəlirləri olmuşdur. Belə ki, birgə nikah dövründə əldə edilmiş əmlak kimi tərəflər arasında bölünmüş olan Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 2k nömrəli 9 mərtəbəli binanın 3 otaqlı 8 nömrəli mənzilinin kirayə haqqı İddiaçı tərəfindən tamamilə mənimsənilir. Belə bir həqiqi fakt ortada ola-ola İddiaçı 5 aydan çox müddətdə heç aliment ödəməyərək səbəb kimi rəsmi iş yerinin olmamasını göstərmişdir. Göründüyü kimi İddiaçı rəsmi iş yerinin olub-olmadığını bəhanə edərək aliment ödənişindən yayınmışdır. Buna görə də uşaqların üstün mənafeyi nəzərə alınaraq alimentin həm sabirt pul məbləğində, həm də eyni zamanda qazanc və gəlirilərinin müəyyən hissəsi kimi müəyyənləşdirilməsi məqsədəuyğundur. Cavabdeh İddiaçı aliment ödəmədiyi və çox cüzi məbləğdə ödəniş etdiyi vaxtlarda icra sənədi üzrə icraya cavabdeh olan Binəqədi rayon İcra şöbəsinə şikayət etmiş, dəfələrlə borclu Q.M.X5 yerləşdirdiyi depozit üzrə aylıq 1000 manat məbləğində faiz gəliri əldə etdiyinin müəyyən edildiyini, odur ki, 2020-ci ilin iyul ayından etibarən hesablanmaqla həmin qazancından müvafiq qaydada aliment tutulub ödənilməsini, Q.M. Məmmədovun qeyd olunanlardan əlavə başqa qazancları və gəlirlərinin olduğunu, uşaq hüquqları və aliment ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd olunan icra tədbirlərinin dərhal və təcili həyata keçirilməsini tələb etmiş, lakın adı çəkilən icra qurumun lazımi tədbirlərin görüləciyini hər dəfə vəd etsə də sonda bir nəticəyə nail olmamışdır. Cavabdeh bununla bağlı əlavə bir məhkəmə açmaq imkanı da olmadığından icra qurumunun vəzifələrini icra edəcəyinə ümidvar olmuş, lakin bu gümanında yanıldığı öz təsdiqini tapmışdır. İddiaçı aliment kimi ödədiyi vəsait Brüsseldə yaşadıqları evin kirayə haqqının yarısını belə ödəməyə yetərli olmamışdır. Cavabdeh 4 uşaqla birgə Belçikada kirayə yaşadıqları evə görə aylıq 2000 avro kirayə haqqı ödəmişdir. Bütün bu vaxtlarda uşaqların maddi və mənəvi təminatı ilə bağlı bütün yük Cavabdeh üzərində olmuş, onların qeyri-maddi qayğıları da tamamilə analarına aid olmuşdur. Brüssel kimi yaşayış xərcləri bahalı olan bir şəhərdə o, dörd uşağa tək başına baxmalı olmuş, çox çətin də olsa öhdəsindən gəlməyə çalışmış, İddiaçı rəsmi işlədiyi dövrlərdə onun maaşının ikidə bir hissəsi alimnet kimi tutulmağa başlanmış, ancaq bu məbləğ 4 uşağın maddi təminatının çox az bir hissəsini əhatə etmişdir, uşaqların təminatı böyük ölçüdə yenə də analarının üzərində olmuşdur. İddiaçı hazırda ödədiyi həmin kiçik aliment miqdarının da ödənişindən imtina etmək niyyətindədir. Halbuki uşaqlar Belçikada yaşadıqlarından əvəlki təminat səviyyələri hər zaman yüksək olmuş, ataları uşaqların saxlanılması ilə bağlı xərclərdə iştriak etməsə də, aliment ödənişlərini kəssə də, azaltsa da, Cavabdeh hər zaman bu təminat səviyyəsinin azalmaması üçün çalışmış, uşaqların əvvəlki rifah səviyyəsinin saxlanmasına nail olmuşdur. Hətta övladlarının təminatlarını ödəmək uçün 2022-ci il dekabr ayında 2500 avro (5000 manat) dəyərində qızıl və ziynət əşyalarını Belçikada qızıl alışı məntəqəsində dəyərindən çox ucuz qiymətə satmaq məcburiyyətində qalmış, yüksək vəzifədə çalışan, kifayət qədər qazanca və əlavə gəlirlərə sahib olan ata isə övladlarına zəruri maddi yardımı göstərməmiş, uşaqların maddi təminat hüquqlarını pozmuşdur. İddiaçı uşaqaların maddi təminat hüquqlarını pozmaqla yanaşı onların digər təməl insan və vətəndaş hüquqlarını da pozmaqdadır. Belə ki, Q.M.X1 anası ilə birlikdə ölkə hüdudlarından kənara gediş-gəlişinə icazə verməkdən boyun qaçırmışdır. Uşaqlar mütəmadi olaraq uşaq inkişaf mərkəzlərinə getmiş, idmanla, musiqi ilə məşğul olmuş, idman və sağlamlıq klublarına yazılmış, yaşıdları ilə birlikdə asudə vaxlarını müxtəlif tədbirlər, yarışlar, səyahətlərə qatılmaqla səmərəli şəkildə keçirtmişlər. Bununla yanaşı övladları məktəb və təhsil qurumları tərəfindən təşkil olunan müxtəlif tədbir və proqramlarda yaxından iştirak etmişlər. Bütün bunlar ödənişlidir və uşağın həyat səviyəsini müəyyənləşdirən amillərdir. 4 övladı ilə birgə yaşadıqları müddətdə bütün xərclər və ayrı evə çıxdıqları 2022-ci ilin yanvar ayından 2023-cü ilin fevral ayınadək Brüssel şəhərində yaşadıqları evin kirayə haqqı və aylıq xərcləri 2000 avro (4000 manat) olmuş, 1400 avro (2800 manat) aylıq kirayə haqqı, kommunal xərclər (su, qaz, işiq, sığorta ödənişi) aylıq 600 avro təşkil etmişdir. Ərzaq, geyim və digər zəruri xərclər nəzərə alınmadan sadəcə yaşayış sahəsi üçün aylıq xərci 2000 avro (4000 manat) olan evdə kirayə yaşamış və bütün xərclər işsiz olduğu halda Cavabdeh tərəfindən ödənilmişdir. Bu müddət ərzində - 2022-ci ilin iyun ayınadək İddiaçı demək olar ki, ciddi bir maddi yardım göstərməmiş sadəcə aylıq 538 manat ödənişi olmusdur. Bu isə evin kommunal xərclərinə belə yetərli olmamışdır. 2022-ci ilin iyun ayından İddiaçı rəsmi olaraq işləmədiyini bəhanə edərək 5 ay müddətində aliment ödəməkdən boyun qaçırmış, bir manat da aliment ödəməmişdir. Bu müddət ərzində bütün xərcləri kirayə haqqı, ərzaq, paltar, hətta tətil bilet xərclərini (3000 manat) Cavabdeh ödəmişdir. Hazırda 2 övladının 18 yaşı tamam olsa da onlar Belcikada yaşayır və burada yaşayan valideyin kimi onlara yenə də Cavabdeh qayğı göstərir, ərzaq və paltar xərclərinə, eləcə də digər xərclərinə görə lazımi yardımlar edir, 4 övladının Belçikada tam tibbi sığorta haqqını (ayda 200 manat) ödəyir. X11 dövlət məktəbində təhsil alsa da məktəbdə aşağıdakı minimum xərclər davamlı olaraq ödənilməkdədir: günorta yeməyi - ayda 160 -170 avro (340 manat), bundan əlavə hər ay 50 manat sinif kassası, gəzinti proqramı, idman klubları ayda 100 avro (200 manat). Bu həftə gəzinti proqramına mart ayında 317 avro (634 manat) ödənilmişdir. Bundan əlavə övladının təhsilində uğurlu olması üçün Niderland dilində öyrənməsi zəruri olduğundan fərdi müəllim yanında davamlı olaraq hazırlaşır və bu xərc də hər ay 200 avro (400 manat) təşkil edir. Göründüyü kimi, İddiaçı ödənişsiz məktəbdə təhsil alır, guya hər hansı təhsil xərclərinin olmadığını dediyi övladının tək məktəb xərcləri hər ay 450-500 avro (950-1000 manat) təşkil edir. Ərzaq, paltar, yol xərci, tibbi sığorta bura daxil deyildir. Nəzərə alınamlıdır ki, Belçikada 1 uşaq üçün nəzərdə tutulan aylıq minimum xərclər 700 avro (1400 manat) təşkil edir. Belçikada minimum əmək haqqı 1800 avro təşkil edir. X11 bu il Belçikanın nüfuzlu özəl “X14” məktəbinə qəbul olsa da təhsil haqqının ödənilməsi üçün atası heç bir yardım etməmişdir. Təəssüflər olsun ki, bu səbəbdən övladının dövlət məktəbində təhsilini davam etdirməli olacaqdır. Bütün bunları nəzərə alaraq himayəsində olan azyaşlı övladları İsmayıl və Orxan saxlanılması üçün İddiaçı qazanc və gəlirlərinin müəyyən hissəsi ilə yanaşı eyni zamanda ondan hər ay hər bir uşaq üçün 700 avro (1400 manat) sabit məbləğdə aliment tutulmalıdır. Nəzərə alınmalıdır ki, Q.M. Məmmədovun qazanc və gəlirləri dəyişkəndir, o, müxtəlif mənbələrdən, o cümlədən bank depozitindən və icarə əmlakdan da külli miqdarda gəlirlər əldə edir. Onların məhkəmə qararı ilə bölünmüş və payları ayrılmış birgə nikah dövründə əldə etdikləri əmlakları və gəlirlərini də İddiaçı mənimsəməkdədir. Bütün bunlar nəzərə alınaraq İddiaçı həm sabit pul məbləği şəklində həm də qazanc və gəlirin müəyyən hissəsi olmaqla aliment tutulmalıdır. İddiaçı 2020-ci ilin avqust ayindan 2022-ci ilin iyun ayınadək 4 uşaq üçün aylıq sadəcə 538 manat aliment ödəməklə Cavabdehnl çox çətin vəziyyətdə qoymuş, bu müddətdə o, uşaqların əvvəlki təminatının saxlanılması üçün olmazın əziyyətlərə qatlaşmışdır. Odur ki, 22 ay müddətində 4 övladının üçün heç olmasa minimum dolanışıq xərcləri kimi hesablanan aliment miqdarı (aliment borcu) İddiaçı mənim xeyrinə tutulmalıdır. 2022-ci il iyun ayından 2022-ci ilin noyabr ayınadək 5 ay müddətində ödənilməyən alimentə görə də borc məbləğinin hesablanıb ona ödənilməsi təmin olunmalıdır. 2020-ci ilin avqust ayından 2022-ci ilin iyun ayınadək 22 ay müddətində 4 uşağa görə hər ay ödənilmiş 538 manat aliment məbləği, Azərbaycan Respublikası ərazisində belə hər uşağa görə olan yaşayış minimum məbləğindən azdır, yəni ölkədə 4 uşağa görə minimum aliment miqdarı 880 manatdan aşağı deyildir. Ödənilən 538 manat alimentin minimum aliment miqdarından olduqca az olması və İddiaçı digər gəlirlərini gizlədərək olduqca az aliment ödədiyini nəzərə alaraq həmin müddət üçün hər ay ümümilikdə 342 manat fərq, ümumilkdə 22 ay üçün (22x342=7524 azn) 7524 (yeddi min beş yüz iyirmi dörd) manat məbləğində aliment İddiaçı tutulub Cavabdeh ödənilməlidir. 2022-ci il iyun ayından 2022-ci ilin noyabr ayınadək olan 5 ay müddətində İddiaçı işsiz olduğunu bəhanə gətirərək ödəmədiyi alimentə görə hər ay hər uşağa görə minimum 220 manat olmaqla hər ay üçün 880 manat (5x880=4400) ümumilikdə 5 ay üçün 4400 (dörd min dort yüz) manat məbləğində alimentin İddiaçı tutulub Cavabdeh ödənilməlidir. Ona görə də İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin üçdə biri miqdarında alimentin tutulub Cavabdeh ödənilməsinə, eyni zamanda xx.xx.2008ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər uşağa görə hər ay 600 manat sabit pul məbləği olmaqla ümumilikdə hər ay 1200 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh ödənilməsinə, 2020-ci ilin avqust ayından 2022-ci ilin iyun ayınadək 22 ay müddətində 4 uşağa görə hər ay ödənilmiş 538 manat aliment miqdarının Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu olan 220 manatdan az olması nəzərə alınaraq həmin müddət üçün hər ay cəmi 342 manat (880-538=342) aliment hesablanmaqla ümumilkdə 22 ay üçün (22x342=7524 manat) 7524 manat məbləğində alimentin İddiaçı tutulub Cavabdeh ödənilməsinə, 2022-ci il iyun ayından 2022-ci ilin noyabr ayınadək olan 5 ay müddətində rəsmi iş yeri olmadığını bəhanə edərək İddiaçı tərəfindən aliment ödənilmədiynə görə müvafiq aylar üzrə hər uşağa görə yaşayış minimumu 220 manat olmaqla 4 uşağa görə hər ay 880 manat hesablanaraq (5x880=4400) ümumilikdə 5 ay üçün 4400 manat məbləğində alimentin X2 xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X2 vəkili və nümayəndəsi Vəkil ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, ilk iddia ərizəsinin təmin edilməməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 127. İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İİİ. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. İV.Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 6.1. Vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. Maddə 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Maddə 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Maddə 106.1. İcra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dövrə görə aliment 3 illik müddət həddində tutula bilər. Maddə 106.2. Aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. Maddə 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Maddə 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Maddə 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4128/2020 saylı xx.xx.2020-ci il tarixli əmrinə əsasən, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X6, xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında alimentin Cavabdeh xeyrinə tutulması əmr edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)-587\2023 saylı qərardadından müəyyən olunur ki, tələbkar İddiaçı ərizəsi təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4128/2020 saylı xx.xx.2020-ci il tarixli əmrinin icra üsulu dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1577/2022 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4085/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi iddia tələbinin Azərbaycan Beynəlxalq Bankı ASC-nin Mərkəz filialında İddiaçı adına açılmış AZ11İBAZ******************** saylı bank hesabında mövcud qalıq məbləğ 3733 manat və xx.xx.2021-ci il tarixdə həmin hesabdan çıxarılmış 18120 manat, cəmi 21853 manat vəsait üzərində tərəflərin hər birinin ½ hissədə payının müəyyən edilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilərək Azərbaycan Beynəlxalq Bankı ASC-nin Mərkəz filialında İddiaçı adına açılmış AZ11İBAZ******************** saylı bank hesabında mövcud qalıq məbləğ 3733 manat və xx.xx.2021-ci il tarixdə həmin hesabdan çıxarılmış 18120 manat, cəmi 21853 manat vəsait üzərində ½ hissədə payları müəyyən edilmiş, 10926,5 manat vəsait üzərində Cavabdeh, 10926,5 manat vəsait üzərində isə İddiaçı mülkiyyət hüququ tanınmaqla 10926,5 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, qətnamənin iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4085/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 2k nömrəli 9 mərtəbəli binanın 3 otaqlı, 8 nömrəli mənzil üzərində tərəflərin paylarının müəyyən edilməsi hissəsində dəyişdirilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 2k nömrəli 9 mərtəbəli binanın 3 otaqlı, 8 nömrəli mənzili üzərində ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı paylarının müəyyən edilməsi, həmin hissədə mülkiyyət hüquqları tanınması, qətnamənin cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi T.İsmayılov adına 6№li məktəbliseylə valideyn İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli B22/177 saylı X3 Proqramının Tədrisinə dair müqavilədən müəyyən olunur ki, məktəb xx.xx.2008-ci il təvəllüdlü X12 X3 Proqramı üzrə DP1sinif ingilis bölməsinə qəbul edərək müvafiq təhsil verməyi, valideyn isə bu müqavilə ilə müəyyən edilmiş təhsillə bağlı nəzərdə tutulan təhsil haqqını məktəbə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndindən müəyyən olunur ki, illik təhsil haqqı 6000 manat təşkil edir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi T.İsmayılov adına 6№li məktəb-lisey tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1983№li arayışdan müəyyən olunur ki, xx.xx.2008-ci il təvəllüdlü X18 Bakı şəhəri Səbail rayonu T.İsmayılov adına 6 №li məktəbliseyin ingilis bölməsinin DP-1 sinfində ödənişli əsaslarla oxuyur. T.İsmayılov adına 6№li məktəb-liseyin xx.xx.2022-ci il tarixli 007010 saylı ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı təhsil alan X9 təhsil haqqına görə məktəbin hesabına 2000 manat ödəniş etmişdir. T.İsmayılov adına 6№li məktəb-liseyin xx.xx.2023-cü il tarixli 007372 saylı ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı təhsil alan X9 təhsil haqqına görə məktəbin hesabına 2000 manat ödəniş etmişdir. T.İsmayılov adına 6№li məktəb-liseyin xx.xx.2023-cü il tarixli 007608 saylı ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı təhsil alan X9 təhsil haqqına görə məktəbin hesabına 2000 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli 3-38-33/2-21241 saylı arayışından müəyyən olunur ki, xx.xx.2008-ci il təvəllüdlü X18 xx.xx.2022-ci il tarixdə dövlət sərhədinə daxil olmuş, xx.xx.2022-ci il tarixdə dövlət sərhəddindən çıxmış, xx.xx.2022-ci il tarixdə dövlət sərhədinə daxil olmuş, xx.xx.2022-ci il tarixdə dövlət sərhəddindən çıxmış, xx.xx.2023-cü il tarixdə dövlət sərhədinə daxil olmuş, xx.xx.2023-ci il tarixdə dövlət sərhəddindən çıxmış, xx.xx.2023-cü il tarixdə dövlət sərhəddinə daxil olmuşdur. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, xx.xx.1999-cu il tarixdən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışan İddiaçı hal-hazırda Hərbi-siyasi məsələlər idarəsində rəis vəzifəsini icra edir və 2023-cü ilin iyul ayında əmək haqqı üzrə ödəniş 1573,51 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2011-ci il təvəllüdlü X11 anaları Cavabdeh himayəsində saxlanılsalar da, xx.xx.2008-ci il təvəllüdlü X18 faktiki olaraq 2022-ci ildən etibarən atası İddiaçı himayəsində yaşayır və sonuncunun saxalanılması, təhsili ilə bağlı bütün xərclər atası tərəfindən qarşılanır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, xx.xx.2008-ci il təvəllüdlü X9 faktiki olaraq 2022-ci ilin sentyabr ayından etibarən atası İddiaçı himayəsində yaşaması, sonuncunun saxalanılması ilə bağlı bütün xərclərin atası tərəfindən qarşılanması araşdırma zamanı öz təsdiqini tapdığından ilk iddiaçının bu övladının saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4128/2020 saylı xx.xx.2020-ci il tarixli əmrinə əsasən, təyin olunmuş alimenti ödəməkdən azad edilməsinə dair iddia tələbi əsaslıdır, ona görə də ilk iddia ərizəsi bu hissədə təmin edilir. Məhkəmə eyni zamanda tərəflərin hər birinin himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını, tərəflərin hər birinin maddi vəziyyətini, icra sənədi üzrə yaranmış aliment borcunu hesablamaq və icra etmək vəzifəsinin həmin icra sənədini icra edən icra məmuruna aid olmasını, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı təyin olunmuş alimentin artırılmasına, qarşılıqlı iddia ərizəsində tələb olunan qaydada hesablanmasına əsas ola biləcək sübutlarını, eləcə də məhkəməyə müraciət edənədək geriyə aliment tələbi ilə bağlı tədbirlər görməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən qarşılıqlı iddia ərizəsi tam həcmdə, ilk iddia ərizəsi isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4128/2020 saylı xx.xx.2020-ci il tarixli əmrinə əsasən, tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı aliment öhdəliyinin icrasından azad edilməsinə dair hissədə təmin edilməməli, bu uşağın saxlanması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment Cavabdeh xeyrinə tutulmaqda davam etdirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi qismən təmin edilsin. İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4128/2020 saylı xx.xx.2020-ci il tarixli əmrinə əsasən təyin olunmuş alimenti ödəməkdən azad edilsin. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin üçdə biri miqdarında alimentin tutulub Cavabdeh ödənilməsinə, eyni zamanda xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər uşağa görə hər ay 600 manat sabit pul məbləği olmaqla ümumilikdə hər ay 1200 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh ödənilməsinə, 2020-ci ilin avqust ayından 2022-ci ilin iyun ayınadək 22 ay müddətində 4 uşağa görə hər ay ödənilmiş 538 manat aliment miqdarının Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu olan 220 manatdan az olması nəzərə alınaraq həmin müddət üçün hər ay cəmi 342 manat (880-538=342) aliment hesablanmaqla ümumilkdə 22 ay üçün (22x342=7524 manat) 7524 manat məbləğində alimentin İddiaçı tutulub Cavabdeh ödənilməsinə, 2022-ci il iyun ayından 2022-ci ilin noyabr ayınadək olan 5 ay müddətində rəsmi iş yeri olmadığını bəhanə edərək İddiaçı tərəfindən aliment ödənilmədiynə görə müvafiq aylar üzrə hər uşağa görə yaşayış minimumu 220 manat olmaqla 4 uşağa görə hər ay 880 manat hesablanaraq (5x880=4400) ümumilikdə 5 ay üçün 4400 manat məbləğində alimentin X2 xeyrinə tutulmasına dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar