Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-366/2023 16.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulmasına və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı nikahın pozulmasına və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. İddiaçı cavabdehlə bir müddət mehriban yaşasa da, daha sonra aralarındakı münasibət pozulmuşdur. Halhazırda faktiki olaraq tərəflər birlikdə yaşamır, onların ailə nikah mansibətlərinin bərpası mümkün deyildir. Tərəflərin birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X3 orta məktəbdə təhsil aldığı üçün onun maddi xərclərini qarşılamaq iddiaçı üçün çətindir. Həmçinin, onun ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı vardır. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini iddiaçı təkbaşına təmin edə bilməz. Tərəflər birgə nikah dövründə xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri Binəqədi rayonu X6 küçəsi 11/35 saylı evin 54 saylı mənzilini əldə etmiş, mənzil Cavabdeh adına rəsmiləşdirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********22 nömrəli məktubuna əsasən Bakı şəhəri Binəqədi rayonu X6 küçəsi 11/35 saylı evin 54 saylı mənzilinin xx.xx.2019-cu il tarixli 4Ə-1909 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçərək hazırda mülkiyyətində olduğu bildirmişdir. Ona görə də tərəflərin nikahının pozulmasına, birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X2 anasının yanında saxlanmasına, uşağın saxlanması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulmasına, tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Binəqədi rayonu X6 küçəsi 11/35 saylı evin 54 saylı mənzilinə iddiaçının 1/2 hissədə payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İ № 703630 saylı nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə X4 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 846 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. 1 saylı Bakı Asan xidmət qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İİİ № 405016 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 4409 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, 193024Ə001909 nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasən Bakı şəhəri Binəqədi rayonu X6 küçəsi 11/35 saylı evin 54 saylı mənzil üzərində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə Cavabdeh hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda da mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2.-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. İddiaçı ilə Cavabdeh barışmaq üçün 3 ay vaxt verilmiş, lakin həmin müddət ərzində tərəflər barışmamışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1.-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2.-ci maddəsinə əsasən, Ailə Məcəlləsinin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli, 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Məhkəmə qeyd edir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ərarvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. (AM-nin 32.1, 32.2, 32.3, 36.2, 36.3) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, verilmiş vaxt ərzində tərəflərin ailə nikah münasibətləri bərpa olunmadığından, iddiaçı nikahının pozulmasını təkid etdiyindən, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan uşağın anası ilə yaşaması yetkinlik yaşına çatmayanın mənafeyinə uyğun olduğundan, ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etdiyindən, bu zaman isə əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyəti ümumi əmlak üzərində onların hər birinin payı müəyyənləşdirilməklə paylı mülkiyyətə keçdiyindən, iddia ərizəsi təmin edilərək tərəflər arasında bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan uşaq anasının yanında saxlanmalı, hər ay uşağın saxlanması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment iddiaçının xeyrinə tutulmalı, qətnamə alimentlə bağlı hissədə dərhal icraya yönəldilməli, tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Binəqədi rayonu X6 küçəsi 11/35 saylı evin 54 saylı mənzilinə tərəflərin hər birinin 1/2 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu bərabər hissələrdə tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində bağlanmış 846 saylı nikah qeydi ləğv edilsin. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılsın. xx.xx.2022-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Bakı şəhəri Binəqədi rayonu X6 küçəsi 11/35 saylı evin 54 saylı mənzilində İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə olmaqla payları müəyyən edilsin. Cavabdeh məhkəmə xərclərinə görə 50 manat İddiaçı xeyrinə tutulsun. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-366/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-366/2023
16.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver