Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3734/2024 09.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “valideynin əlavə xərclərin ödənilməsinə cəlb olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “valideynin əlavə xərclərin ödənilməsinə cəlb olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2434/2014 saylı, 31 mart 2014-cü il tarixli icra vərəqəsinə əsasən borclu Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X1 verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh – Cavabdeh qarşı “sabit pul məbləğində tutulmuş alimentin məbləğinin artırılması tələbinə dair” iddiası təmin olunmuş, cavabdeh - Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X3 verilməsi qət edilmişdir. Anası, yəni X7 06 avqust 2020-ci il tarixdə vəfat etmişdir. Anasının ölümündən sonra Quba rayon İcra Hakimiyyəti Başçısının 03 nömrəli, 11 yanvar 2021-ci il tarixli sərəncamı ilə xalası, yəni X8 onun üzərində himayəçi təyin edilmişdir. O, anasının vəfatından sonrakı müddətdən hal-hazıra kimi xalasının, yəni X4 himayəsində yaşayır. Şəhla Mahmudova heç bir yerdə işləmir, gəliri yoxdur, onlar maddi ehtiyac içində yoxsulluq səviyyəsindən də aşağı səviyyədə yaşayırlar. O, yəni İddiaçı 2023-cü il tarixdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş və teatr sənəti fakultəsinin aktyor sənəti ixtisasının əyani şöbəsinin bakalavr səviyyəsinin 1-ci təhsil ilində təhsil alır. Tam maddi təminatsızdır, atası 18 yaşına çatdığından ona aliment ödəmir və məhkəmə qətnaməsindən kənar ona maddi köməklik göstərmir. O, isə əyani təhsil aldığından işləyə bilmir. Buna görə də, o, hesab edir ki, mövcud qanunvericiliyin tələblərinə görə əyani təhsilini başa vurana kimi cavabdeh ona hər ay sabit pul məbləğində pul ödəməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əyani təhsilini başa çatdırana kimi əlavə xərclərin ödənilməsinə cəlb olunaraq ondan hər ay sabit pul məbləğində maddi yardımın tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, məhkəməyə “iddia tələbinin dəqiqləşdirılməsi” barədə ərizə təqdim edərək, İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əyani şöbəsinin bakalavr səviyyəsini bitirənə kimi cavabdeh – Cavabdeh hər ay sabit pul məbləğində 235 manat pul vəsaitinin tutularaq iddiaçıya, yəni İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmiş, həmçinin tələb olunan məbləğdə maddi yardım göstərməyə imkanının olmadığını, övladı ilə aralarında münasibətlərin kəskin şəkildə pisləşdiyini əsas gətirməklə, ona qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı Cavabdeh yeni ailə qurduğunu, iki azyaşlı övladının olmasına baxmayaraq, hazırki iş üzrə İddiaçı onunla birlikdə yaşamasına etiraz etmədiyini bildirməklə yanaşı, bu barədə övladına təklif etsə də, sonuncu bununla razılaşmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 715768 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X5r. İş materiallarında olan Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 235315 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmişdir. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti başçısının 11 yanvar 2021-ci il tarixli, 03 nömrəli sərəncamından görünür ki, Quba rayonu, Zərqava kənd sakini X9 xx xxxxxx 2005-ci il təvəllüdlü İddiaçı üzərində himayəçi təyin edilmişdir. İş materiallarında olan Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 113089 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Quba rayonunda vəfat etmişdir. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə 01 may 2024-cü il tarixli, MŞB/13/2024-00429 nömrəli arayışdan görünür ki, 01 may 2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli, T-035 nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin aktyor sənəti ixtisasının əyani şöbəsinin bakalavriat səviyyəsinin İ təhsil ilində təhsil alır. İş materiallarında olan AA4955205 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan AA5911494 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan “X20 Company” MMC tərəfindən verilmiş 27 may 2024-cü il tarixli, 0xx/xx/2024 nömrəli iş yerinə dair arayışdan görünür ki, Cavabdeh “X20 Company” MMC-də “sürücü” vəzifəsində işləməklə, aylıq əmək haqqısı vergilər və tutulmalar daxil olmaqla 744.62 manat təşkil edir. İş materiallarında olan İddiaçı ilə cavabdeh M.Yusifli arasında olan “whatsapp” yazışmalarından məlum olur ki, tərəflər arasında “whatsapp” mesajlaşma mübadilə sistemində yazışmalar həyata keçirilmiş, həmin yazışmalarda cavabdeh M.Yusifli İddiaçı gəlib onun yanında qalmasını təklif etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “flash kart”da olan səs yazılarından məlum olur ki, İddiaçı atası, Cavabdeh nalayiq ifadələr işlədərək, onun təklifini rədd edərək, artıq ailəsinin, evinin və şəraitinin olduğunu və heç kimə ehtiyacının olmadığını bildirərək, atasının 21 yaşına kimi ona aliment ödəməli olduğunu bildirmişdir. İş materiallarında olan cavabdeh tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğini İddiaçı ödəmişdir. İddiaçı 18 yaşı tamam olduğundan aliment ödəmək məcburiyyətində deyil, o, düşünür ki, alimentin ödənilməsi onun hüquqlarını pozacaqdır. Bununla yanaşı, o, 28 aprel 2017-ci il tarixdə ailə qurmuşdur və himayəsində iki övladı vardır. Hazırki iş üzrə iddiaçı ilə araları yaxşı deyil, münasibətlərinin yaxşı olması üçün çalışsa da, İddiaçı onun kobud danışır və ona qarşı nalayiq sözlərdən istifadə edir. Onun əmək haqqısı 744.62 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi). Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanıb, mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əyani şöbəsinin bakalavr səviyyəsini bitirənə kimi cavabdeh – Cavabdeh hər ay sabit pul məbləğində 235 manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, iddiaçının əmək qabiliyyətli olmaması, ağır xəstə olması və sair hallarla bağlı, yəni valideynin əlavə xərclərə cəlb olunması üçün ailə qanunvericiliyində nəzərdə tutulmuş əsasların mövcud olması təsdiq edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “valideynin əlavə xərclərin ödənilməsinə cəlb olunması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-3734/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3734/2024
09.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver