Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3780/2022 19.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, Kreditor Bakı şəhəri Binəqədi rayonunun Binəqədi Bələdiyyəsinin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: Kreditor Bakı şəhəri Binəqədi rayonunun Binəqədi Bələdiyyəsi Borclu qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ərazi aidiyyətinə riayət edilmədən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Belə ki, ərizədən, habelə “Azemis” X1 əldə edilmiş məlumatdan görünür ki, borclu Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 46A ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə borclu Binəqədi rayonunda rəsmi qeydiyyatda olmadığından, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalı, kreditora hazırki tələbi ilə borclunun rəsmi qeydə alındığı yer üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 35, 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: Kreditor Bakı şəhəri Binəqədi rayonunun Binəqədi Bələdiyyəsinin Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsi ona əlavə olunmuş sənədlərlə geri qaytarılsın. Kreditora izah edilsin ki, o, hazırki tələbi ilə borclunun rəsmi qeydə alındığı yer üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-3780/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3780/2022
19.05.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver