Məhkəmə qərarları › İş №e-2(001)-3781/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3781/2022

20.05.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3781/2022 20.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, kreditor Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin Borclu qarşı “pul tələbi”nə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək, 396 manat pulun Borclu Sülyman qızından tutularaq Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ödənilməsi barədə məhkəmə əmrinin çıarılmasını xahiş etmişdir. Məhkəmə əmri barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 277.1. Məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; - 278.4-cü maddəsinə əsasən Ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur; Məhkəmə İnformasiya Sistemi (AZE MİS) vasitəsilə əldə edilən məlumatlardan görünür ki, Borclu qeydiyyatda olduğu ünvan ünvan 1nvericiliyin imperativ tələbindən də aydın olduğu kimi iddia cavabdehin onun rəsmi qeydə alındığı yerin məhkəməsinə təqdim olunmalıdır. Hazırki halda kreditor məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə borclunun qeydiyyatda olduğu rayon üzrə Suraxanı Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəticədə kreditor MPMnin 35-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarını pozmuşdur. Beləliklə, kreditorun ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, yuxarıda göstərilən əsaslara görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, kreditora nöqsanlar aradan qaldırıldıqdan sonra cavabdehin rəsmi qeydiyyata alındığı ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1, 149, 152.1,152.2, 152.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Kreditor Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin Borclu qarşı “pul tələbi”nə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Kreditora izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra, əmr icraatı qaydasında yenidən müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar