Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3858/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment və təhsil xərcində iştirak” tələbinə dair (açar sözlər: aliment, təhsil xərcində iştirak) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və təhsil xərcində iştirak” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “aliment və təhsil xərcində iştirak” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün aylıq 800 (səkkiz yüz) manat, cəmi 1600 (min altı yüz) manat, həmçinin qızı X1 təhsil haqqının yarısı qədər, yəni illik ödənişin (9004 manat) yarısının – 4502 (dörd min beş yüz iki) manatın hər ay üzrə 375 manat olmaqla, həmçinin mediasiya təşkilatına ödədiyi mediasiya xərci olan 60 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci ildə nikah münasibətləri rəsmiləşdirilmişdir. Rəsmi nikahda olduqları dövr ərzində xx.xx.2008-ci il tarixdə X5, xx.xx.2012-ci ildə isə, X6 dünyaya gəlmişdir. Uşaqlar doğulduqdan sonra da cavabdehlə birgə uzun müddət evli qalmış və münasibət normal olmuşdur. Lakin bir müddət sonra, 2020-ci ildən etibarən cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən və bərabər yaşamaları artıq qeyri-mümkün olduğundan məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(009)-181/2022 nömrəli qətnamə ilə nikahları pozulmuş, birgə nikahdan olan uşaqlarıxx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 onun yanında qalması qət edilmişdir. Lakin aliment mübahisə predmeti olmadığından təyin olunmamışdır. Bir müddət ataları uşaqları ilə maraqlanmış, lakin son zamanlarda cavabdeh heç bir şəkildə övladları ilə maraqlanmamış, onların yaşaması üçün lazım olan xərclərin heç birini qarşılamamışdır. Yetkinlik yaşına çatmamış övladlarının təhsili davam edir. Cavabdeh da razılığı ilə 12 yaşlı qızı X6 "xxxx" özəl məktəbində rus dili bölməsi üzrə 7-ci sinifdə təhsil alır. Belə ki, "xxxx" Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış təhsil xidmətinin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli, 5210 nömrəli müqaviləsinə 0001/24 nömrəli xx.xx.2024cü il tarixli əlavənin sürətindən və ödəniş hesabından çıxarışın sürətindən görünür ki, illik təhsil haqqı məbləği 9004.00 (doqquz min dörd) manat təşkil edir. Bundan başqa, böyük övladı İlham Nağdəliyev də ödənişli təhsil müəssisəsində təhsilini bitirmişdir. O, bu il Türkiyə Respublikasının ali təhsil müəssisələrindən birinə ödənişli əsaslarla qəbul olub. Belə ki, SAT imtahanlarından yüksək bal topladığından bir neçə ali təhsil müəssisəsi onun qəbul olunması ilə bağlı geri dönüş etmişdir və hazırda seçim etməkdədir. Qeyd olunan haldan da görünür ki, İlham Nağdəliyevin təhsilini davam etdirməsi kifayət qədər xərc tələb edir və həmin xərcləri o, təkbaşına ödəyə bilmir. Uşaqların saxlanılması və təhsil xərcləri gündən-günə artdığı üçün artıq təkbaşına bu xərcləri qarşılaya bilmir. xx.xx.2025-ci il tarixdə Mediasiya sessiyasından keçmiş, lakin razılığa gələ bilmədiyindən X3 sonra Prosesinin davam etdirə bilməməsi barədə” Arayış təqdim edilmişdir. Bir valideyn kimi övladının saxlanılması xərclərini qarşılamaq cavabdehin də vəzifəsidir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur, həmçinin pensiya alır. Yəni onun kifayət qədər gəliri vardır. Bu səbəbdən, tərəfindən Cavabdeh övladları X5 və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçün aylıq 800 (səkkiz yüz) manat, cəmi 1600 (min altı yüz) manat, həmçinin qızı X1 təhsil haqqının yarısı qədər, yəni illik ödənişin (9004 manat) yarısının – 4502 (dörd min beş yüz iki) manatın hər ay üzrə 375 manat olmaqla tutularaq ona ödənilməsi barədə iddia tələbini qanuni və əsaslı hesab edir. Hal-hazırda maddi cəhətdən yetkinlik yaşına çatmayan övladlarına baxmaqda çətinlik çəkir, onlara baxa bilməyi üçün aliment ödənilməsinə ehtiyacım var. Buna görə də hesab edirə ki, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün aylıq 800 (səkkiz yüz) manat, cəmi 1600 (min altı yüz) manat, həmçinin qızı X1 təhsil haqqının yarısı qədər, yəni illik ödənişin (9004 manat) yarısının – 4502 (dörd min beş yüz iki) manatın hər ay üzrə 375 manat olmaqla Cavabdeh tutularaq onaödənilməsi barədə qətnamənin qəbul edilməsi zərurəti vardır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iddia tələbini tam həcmdə qəbul etdiyini bildirərək təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - AZ-İİ seriyalı, 228425 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X5 Bakı şəhərində doğulmuşdur, anası İddiaçı, atası isə Cavabdehdur. -AZ-İİ seriyalı, 228425 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X6 Bakı şəhərində doğulmuşdur, anası İddiaçı, atası isə Cavabdehdur. - İddiaçı ilə "xxxx" Təhsil Kompleksi QSC arasında bağlanmış xx.xx.2024-cü il tarixli təhsil xidməti haqqında tapşırıq müqaviləsi və həmin müqaviləyə xx.xx.2024-cü il tarixli əlavədən görünür ki, X7 illik təhsil haqqı 8900 manat olmaqla 7-ci cinif rus bölməsi üzrə orta təhsil olmaqla tədrisə qəbul edilmişdir. -"xxxx" Təhsil Kompleksi QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 65 nömrəli hesabdan çıxarışdan görünür ki, X4 təhsil haqqı üçün 2024-2025 tədris ili üzrə ümumilikdə 9004 manat ödəniş ödənilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək və cavabdehin iddianı etiraf etməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq, ... cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli qərarına əsasən: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı tələbində birgə nikahdan olan uşaqlarğın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 800 manat sabit pul məbləğində alimentin tutulması xahiş əldə edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarına əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşaqların mənafeyini, tərəflərin aliment məbləği ilə bağlı razılığını, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin hər uşaq üçün 2 misli həddində aliment müəyyən edilməklə tutulması ədalətli olar. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinin tam etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün əsas mövcud deyil, etiraf təsdiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və uşağın mənafeyini əsas götürərək belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin hər uşaq üçün 2 misli həddində aliment və xx.xx.2012-ci il təvəllüdlü X1 9004 manat təhsil haqqının yarısı– 4502 manat məbləğində pul hər ay 375 manat olmaqla tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 19200 manat təşkil etdiyinə və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 147,6 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş vəsaitin əvəzi kimi 60 manat və iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin hər ay 2 misli həddində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 9004 manat təhsil haqqının yarısı– 4502 manat məbləğində pul hər ay 375 manat olmaqla tutularaq İddiaçı ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Cavabdeh 147,6 (yüz qırx yeddi manat altmış qəpik) manat məbləğində pul tutularaq dövlət rüsumu dövlət büdcəsinə ödənilsin. 60 (altmış) manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-3858/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3858/2025
25.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver