Məhkəmə qərarları › İş №e-2(001)-3868/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3868/2023

04.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3868/2023 04.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq; müəyyənetdi: İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 3196,03 manat maddi zərərin və 52 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X6 Azərbaycan” QSC arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2015-ci il tarixli, 2(001)-14053/2015 saylı Məhkəmə Əmri çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC “X2” MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında"müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X2” MMCyə sifariş etmişdir. “X2 MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək Məhkəmə əmri üzrə ödənimlməmiş ümumilikdə 12 784.03 (on iki min yeddi yüz səksən dörd manat 03 qəpik) manat o cümlədən, xx.xx.2020-ci il tarixində - 1000 manat, xx.xx.2020-ci il tarixində - 1000 manat, xx.xx.2020-ci il tarixində - 1000 manat, xx.xx.2021-ci il tarixində - 1000 manat, xx.xx.2021ci il tarixində -1000 manat, xx.xx.2021-ci il tarixində - 7784.03 manat borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən ümumilikdə 12 784.03 (on ikimin yeddi yüz səksən dörd manat 03 qəpik) manat məbləğlərindəki vəsait “X2” MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən “X2” MMC -yə 3196.03 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X2” MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 25% həcmində yəni ümumilikdə 3196.03 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 5 və 6-cı bəndində «Borcvеrən»-in hüquq və vəzifələri Borcalanın hüquq və vəzifələri (öhdəlikləri)ndə qeyd edilmişdir ki :«Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş və onun tərəfindən iddiaya etiraz daxil olmuşdur. Cavabdeh etirazında bildirmişdir ki, onunla “X6 Azərbaycan” QSC arasında xx.xx.2014-cü ildə kredit müqaviləsi bağlanmışdır. Müəyyən müddətdən sonra onunla bank arasında narazılıq yaranmış və bank məhkəməyə müraciət etmişdir. xx.xx.2015-ci il tarixində məhkəmə xx.xx.2015-ci il tarixli 2(001)-14053/2015 saylı Əmr vermiş, əmr Binəqədi rayonu İcra Propasiya şöbəsinə yönəldilmişdir. xx.xx.2020- xx.xx.2021-ci il tarixləri müddətində o, banka 12784.03 manat ödəmiş və bunun müqabilində də icra şöbəsinə həmin məbləğin 7% miqdarını dövlət nəfinə ödəmək məqsədi ilə Orxan adlı icraçıya 850 manat pul ödəmişdir. Odur ki, bankın ona qarşı iddiası əsassızdır. Eyni zamanda qeyd etmək istəyir ki, onunla bank arasında müqavilə xx.xx.2014-cü il tarixində, “X3” MMC ilə xx.xx.2016-cı ildə müqavilə bağlanmışdır. Belə ki, həmin MMC-nin onun müqaviləsinə aidiyyəti yoxdur. Digər tətəfdən, bankın ona etirazı olsa idi, həmin dövr üçün o, banka göstərilən 3196.03 manat məbləği ödəyərdi nəinki 7000 manat məbləği icraya ödəyərdi. Bildirmək istəyir ki, mübahisə müddəti ərzində o, ancaq İcra və Propasiya şöbəsi ilə əlaqədə olmuş və məbləği tam ödəmişdir. Belə olmasa idi xx.xx.2021-ci il tarixindən bu müddətə qədər keçmiş 2 il 3 ay müddətində bu məbləğ yada düşməmiş və bununla əlaqədar onunla heç bir əlaqə saxlanılmamışdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, verilmiş iddia ərizəsi əsassız və qanundan kənar olmaqla, onu şantaj etmək məqsədi daşıyır. Odur ki, iddia ərizəsinə tam etiraz edir və məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: “X6 Azərbaycan” QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 213-05 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank borcalana 36 ay müddətində illik 18% dərəcəsi olmaqla 15.000 manat məbləğində pulu kredit verməyi, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürür. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)- 14053/2015 saylı məhkəmə əmrinin surətindən görünür ki, Cavabdeh “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc məbləği üzrə 13.717,69 manat, faiz borcu üzrə 1304,72 manat, cərimə borcu üzrə 239,22 manat, bildirişlərin göndərilməsi üzrə 2.5 manat və 20 manat dövlət rüsumu, cəmi 15284.13 manat məbləğində pul tutulmuşdur. “X1” MMC ilə “X6 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, bu müqavilə İstehlak kreditləri, avtomobil kreditləri, kredit kartları və /və ya İstehlak kreditləri, avtomobil kreditləri, kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci bəndinə əsasən bank, müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənilməsindən) cəmi 15% nisbətində hüquqi xidmət haqqı (vəkillik) xərci ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). (Büro tərəfindən icra sürəcində (məhkəməyə əvvə verilmiş) olan dosyelərlə bağlı icra nəzarəti başlandıqdan (iş dosyesi) (iş qovluğu təhvil alındıqdan) sonra olan dosyelər üzrə isə pul (bocların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və.s) yığılmasından (geri ödənişlərdən) cəmi 25% nisbətində hüquqi xidmət (vəkillik) haqqı(xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). “X6 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cüi il pretenziya bildirişinin surətindən görünür ki, ondan “X1” MMC-yə köçürülmüş 68,94 manat məbləğində xidmət haqqının 5 iş günü müddətində ödənilməsi xahiş edilmişdir. “X1” MMC göstərdiyi xidmətlərə görə “X6 Azərbaycan” QSC-yə təhvil verdiyi borc ödənişləri barədə təhvil aktların surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə 1000 manat (25% 250 manat), xx.xx.2020-ci il tarixdə 1000 manat (25% 250 manat), xx.xx.2020-ci il tarixdə 1000 manat (25% 250 manat), xx.xx.2021-ci il tarixdə 1000 manat (25% 250 manat), xx.xx.2021-ci il tarixdə 1000 manat (25% 250 manat), xx.xx.2021-ci il tarixdə 7.784,13 manat (25% 1946,03 manat) borc ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla bağlı iddiaçı bank ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-14053/2015 saylı məhkəmə əmri ilə ödənilməmiş borc kreditorun xeyrinə tutulmuşdur. Daha sonra iddiaçı bank “X1” MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini sonuncuya sifariş etmiş və bunun üçün bank tərəfindən 3196.03 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin məbləği cavabdehdən tutulmasını tələb edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 6.1.2-ci maddəsinə əsasən məhkəmə əmrləri icra sənədi sayılır. 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir; 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, məhkəmə əmri icrası məcburi olan akt olmaqla onu çıxarmış məhkəmə tərəfindən icraya yönəldilir və hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra məmuru tərəfindən həyata keçirilir. Qanunvericilikdə məhkəmə aktının məcburi icrası, o cümlədən tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndində qeyd olunmuş “icra tədbiqini həyata keçirmək” səlahiyyətləri hər hansı hüquqi şəxsə, o cümlədən iddiaçıya və “X1” MMC-yə verilməmişdir və onlar tərəfindən hər hansı məcburi icra hərəkətlərinin (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və s.) həyata keçirilməsi də qeyri-mümkündür. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə tələbkardan, yəni hazırki iş üzrə iddiaçıdan icra məmuru tərəfindən həyata keçirilən icra hərəkətləri ilə bağlı hər hansı ödənişin alınması nəzərdə tutulmamışdır, əksinə, həmin ödəniş borclu tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar