Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-387/2025 17.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-n’ qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair (açar sözlər: maddi zərər, podrat müqaviləsi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh oğlundan 26.327.40 qəp (iyirmi altı min üç yüz iyirmi yeddi manat qırx qəpik) tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli podrat müqaviləsinə əsasən, podratçı fiziki şəxs Cavabdeh ilə sifarişçinin İddiaçı arasında ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 62 kv.m. mənzilin təmir işlərin görülməsi və təmir işlərin xx.xx.2024-cü il tarixdə təhvil verilməsinə dair tərəflər arasında ümumilikdə 26.000 manat, ilkin olaraq 7800 manat ödəmək şərti ilə müqavilə bağlanmışdır. Təmir müddətində 24.200 manat pul ödənilmişdir, eyni zamanda bu müddətdə əlavə olaraq dəhlizin genişləndirilməsi üçün 800 manat, əlavə olaraq kafellər üçün 280 manat və təmir gecikdiyinə görə iddiaçı kirayədə qaldığı üçün Cavabdeh təklifi ilə kirayə haqqı əlavə olaraq 2 ay ərzində hissə-hissə öz iştirakı ilə əvvəlcə 1300 manat, sonra isə 500 manat verməklə ümumilikdə Cavabdeh 27.080 manat pul ödəmişdir. Lakin sonuncunun öz işinə məsuliyyətsiz yanaşıb, müqavilə öhdəliklərinə əməl etməyərək, evin standart təmir qaydalarına uyğun olmayaraq müəyyən hissələrini təmir edib, yararsız hala salaraq xx.xx.2024-cü il tarixdə təmir edilən evi sahibinə xəbər vermədən məsuliyyətsizcəsinə tərk etmiş və müqavilə öhdəliklərini pozmuşdur. Bu faktla əlaqədar iddiaçı pulunun aldanılaraq mənimsənilməsinə dair Bakı şəhər Baş polis İdarəsinə müraciət etmiş və daha sonra Yasamal Rayon Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsində mərhələli araşdırmalar aparılmışdır. Onu da qeyd etmək istəyir ki, mənzilinin ümumi sahəsi 62 kv olduğu halda Cavabdeh iddiaçıya yalan söyləyərək 72 kv olduğunu bildirmişdir. Beləliklə ekspert mütəxəssisin iştirakı ilə təmir olunan mənzildə podratçı Cavabdeh xərclədiyi təmir xərcləri və sifarişçi təmirin səhflərini yenidən bərpa etməs üçün xərclədiyi pul miqdarı hesablanmışdır. Mütəxəssis ekspertin rəyinə əsasən Cavabdeh 7675,50 manat təmirə pul xərcləmişdir. Sifarişçi mənzilin natamam yararsız qalmış bərpa təmirinə 6.922,90 manat pul xərcləmişdir. Sifarişçinin podratçıya verdiyi cəmi 27.080 manat puldan podratçının təmirə xərclədiyi 7675,50 manat çıxaraq yerdə qalan 19.404.50 manat və yararsız etdiyi təmirin bərpa işlərinə xərclənən 6922,90 manat pulu isə əlavə olaraq iddiaçı müvəkkili İddiaçı Cavabdeh tələb edir. Bundan əlavə İddiaçı Mirsahib usta təmir işlərini yarımçıq qoyaraq pulunu da alıb getməsisəbəbindən işləri 7 ay müddətdir ki psixi sarsıntı keçirmişdir. Buna görə də Cavabdeh İddiaçı vurduğu ümumi 26.327.40 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə ümumi tələb 26.327,40 manat təşkil edir. İddiaçı Cavabdeh 26.327,40 manat maddi zərərini tələb edir. Yaranmış zərurətlə bağlı məhkəməyə təqdim olunması üçün “natamam təmirə çəkilmiş xərcin və səhvliklərinin aradan qaldırılması üçün tələb olunanan xərcin tələb edilməsi haqqında” AESC-nin №SY07-15/24 qiymətləndirmə ekspert rəyi keçirilmişdir.
İİ. Tərəflərin mövqeləri:
Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildir ki, xx.xx.2023cü ildə ünvan 2 ünvanını almışdır. Həmin mənzili sosial şəbəkədə evlərin təmiri ilə məşğul olduğunu deyən Cavabdeh adlı şəxslə evin təmir etməsi üçün telefon vasitəsi ilə əlaqə saxlayıb danışmışdır. xx.xx.2023-cü il tarixdə təmir olunacaq evə qonşuların iştirakı ilə baxmışlar və həmin gün Mirsahib evi 26000 manata təmir edib, 1 ay 15 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixdə ona təmirli halda təhvil verəcəyini vəd etmişdir. Eyni zamanda sosial şəbəkədə Cavabdeh qeyd etdiyi kimi kreditlə briqada şəklində əvvəllər fəaliyyət göstərməyini soruşduqda o, təsdiqləmiş, lakin kreditin toplanması çətinliklər yaratdığına görə kreditlə deyil, nağd şəkildə təmir etdiyini bidirərərək onun etibarını qazanaraq inam yaratmışdır. O, xx.xx.2023-cü il tarixdə Yasamal rayonu C.Cabbarlı küçəsində yerləşən Cavabdeh bildirdiyi ofisə gələrək orada evin təmiri işlərinin görülməsi barədə hər iki tərəfdən müqavilə öhdəlikləri ilə tanış olaraq müqavilə bağlayıb, 7000 manat ilkin ödəniş vermiş, ümumilikdə 3 dəfə 30 %, təmirin sonunda isə 10 % ödənməli idi. xx.xx.2023-cü ildə Cavabdeh təmirə başlamış, lakin buna baxmayaraq 5 gündən sonra 10 dekabr tarixdə yenidən 5000 manat pul istəmiş və İddiaçı evinin yanında Cavabdeh pulu vermişdir. Qısa müddətdən sonra yəni xx.xx.2023-cü il tarixdə Mirsahib yenidən iddiaçıdan pul istəmiş və ona təmir olunan binada 4000 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə Mirsahıb yenə də zəng edərək ondan yenə pul istəmiş və təmir gedən evdə ona 2000 manat pul vermişdir. Sonra xx.xx.2024-cü il tarixdə Cavabdeh yenə ondan pul istəmiş və yenə təmir olunan evdə ona 4000 marat pul vermişdir. Həmin tarixədək o, Mirsahibə 22000 manat pul vermişdir. Bundan sonra ona hissə-hissə olmaqla ayrı-ayrı vaxtlarda 2200 manat pul vermişdir. Sonuncu 200 manat pulu Mirsahibə yaşadığı ünvan 3 ünvanında fəhlə və ustaların yanında Mirsahibin özünə vermişdir. Bu vaxta qədər verilən pulun miqdarı 24.200 manat olmuşdur. Təmir müddətində yenə də əlavə olaraq 280 manat da səhv alınmış köhnə model kafellərin dəyişdirilməsi üçün və əlavə 800 manat da dəhlizin genişləndirilməsi üçün vermişdir, halbuki o, dəhlizin genişləndirilməsi normal qaydalara əsasən ümumi təmir işinə daxil olmalı idi. İddiaçı kirayədə qaldığı üçün Cavabdeh təklifi ilə kirayədə haqqı əlavə olaraq 2 ay ərzində hissə-hissə öz iştirakı ilə əvvəlcə 1300 manat, sonra isə 500 manat verməklə ümumilikdə Cavabdeh 27.080 manat pul ödəmişdir, lakin xx.xx.2024-cü il tarixdə Cavabdeh evdə təmir işlərini yarımçıq və yararsız vəziyyətdə qoyub xəbərsiz çıxıb getmişdir. İddiaçı qeyd edir ki bütün təmir briqadaları ümumi qaydalara uyğun olaraq təmir paketləri təqdim etdiyi halda Cavabdeh təmir paketi təklif etməmiş və təmir briqadası qaydaları pozmuşdur. Cavabdeh təmir işlərini vaxtında və qaydasında aparmamış, bununla əlaqədar iddiaçı evin təmiri gec getdiyini deyib dəfələrlə narazılıq etmişdir. M. Qurbanov isə narahat olmayıb mənzili vaxtında ona təhvil verəcəyini söyləmişdir. M. Qurbanov müqavilə bağlanan zaman briqada ilə işlədiyini bildirdiyi halda sonra o, ustaları tanımadığını və onlarla ilk dəfə işlədiyini bildirmişdir. Hətta idiaçı İddiaçı Cavabdeh briqadada dizayner olmasının və evin istəyə uyğun eskizinin təqdim edilməli olduğunu tələb edərək narazılığını bildirmişdir. İddiaçı M.Qurbnovdan şübhələnmiş və hətta ona işin gedişi ilə əlaqər zəng etmiş və əsəbdən ağlayaraq gəlib təmiri bitirməsini xahiş etdiyi zaman anası telefonu götürərək iddiaçını sakitləşdirməyə çalışaraq oğlunun gəlib işi tez bitirməyi tapşıracağını söz vermişdir. Müqaviləyə əsasən 21 yanvar 2024-cü il tarixdə ev təhvil verilmədiyi zaman iddiaçının evin kirayəsi haqqında narazılıq etdiyi zaman iddiaçı Cavabdeh ona qalan 2000 manat puldan kirayə haqqının ödənilməsini təklif etmişdir və qalan pul tam olaraq kirayəyə ödənmişdir. Həmin vaxt təmir müddətini əvvəlcə 15 gün, sonra 10 gün, 15 gün və s. günlər uzadaraq vaxt qazanmış təmiri nəticədə bitirməmişdir. M. Qurbanov 24.000 manatı ondan alanda və iddiçının 2000 manat pulu mənzili təhvil verən zaman ona ödəyəcəyini dedikdən sonra Cavabdeh onun zənglərinə cavab verməmiş, irada cavab olaraq “sənin hər zənginə cavab vermək öhdəliyim yoxdur” və “evə də səninlə görüşə qəsdən gəlmirəm” demişdir. Təmir qaydasını pozaraq divarda yaranmış qaldırmamış və iddiaçı Cavabdehla əlaqə saxlaya bilmədiyinə görə özü məcbur olub material almış və ustaya əlavə 40 manat şəxsi ödəmə etmişdir. Cavabdeh son zamanlar onunla əlaqəni kəsmiş, telefon zənglərinə cavab verməmiş və iddiaçı məcbur qalaraq ustalar vasitəsilə əlaqə yaratmışdır və bacısı Nümayəndə müraciət edərək Cavabdehla əlaqə yaratmağı xahiş etmişdir. İddiaçının bacısı Nümayəndə cavabdehlə görüşdüyü zaman sonuncu “səhfimi boynuma alıram, kaş ki, Rəna xanım sizi əvvəldən gəlib səhvlərimi mənə deyərdiniz mən də düzəldərdim” demişdir. Eyni zamanda həmin vaxt iddiaçı Vüqar adlı sahə müvəkkilinə müraciət edərək şikayət etmiş və Cavabdeh təmirlə bağlı şifahi xəbərdarlıq etməyi xahiş etmişdir. Sahə müvəkkili də öz növbəsində Cavabdeh müqavilə öhdəliklərinin pozulması və təmiri tez bir zamanda bitirməsi barədə xəbərdarlıq etmişdir. Sahə müvəkkilinin xəbərdarlığından sonra Cavabdeh fevralın sonunda İddiaçı və onun bacısı Nümayəndə ilə görüşə mənzilə müdür kimi təqdim etdiyi Cavid adlı şəxslə birlikdə gəlmişdir və Cavid adlı onlardan Cavabdeh polisə şikayət etməməyi xahiş etmiş, tezliklə təmiri onun da iştirakı ilə bitirib təhfil verəcəklərini bildirmişdir. Eyni zamanda müdür kimi təqdim edilən Cavid iddiaçıya və iddiaçının bacısı Nümayəndə rayonda olduğunu və işlərinə başı qarışdığını və Cavabdeh bu mənzildə etdiyi təmirin ləng getdiyindən xəbərsiz olduğunu bildirmişdir. Müdür kimi təqdim edilən Cavid adlı şəxs iddiaçının yanında təmir olunmuş divarlardan narazılıq edərək əyrilik olduğunu bildirmiş, dəhliz və mətbəx divarındakı əyri və qabarıq yığılmış alçipan sahəsini sökdürmüşdür. Hətta qonaq otağı divarındakı qabarıq hissəni qaşıtdırmış və sabahı gün həmin sahənin öz hesabına bahalı Akdeniz şpaklyövka ilə suvatdırdığını Cavabdeh isə ucuz materialdan istifadə etdiyini iddiaçıya söyləmişdir. İddiaçı qeyd edir ki, Cavabdeh müqavilədə göstərilən materiallardan təmirdə istifadə etməmişdir. Məsələn paduqa müqavilədə gips göstərildiyi hala sintetik materiladan istifadə etmişdir, eyni zamanda suvaq materialları də daxil olmaqla eyin qaydada istifadə edilmişdir. İddiaçı dəfələrlə Cavabdeh onu “instaqram” sosial şəbəkəsində təqdim etdiyi kimi və iddiaçıya söylədiyi kimi “təmir briqadası” olmadığını və onu aldadaraq pulunu mənimsədiyini bildirmişdir. Hətta iddiaçı Cavabdeh 10000 manat pulundan geri qayatrmasını və təmiri iddiaçının özü məcbur olaraq davam etdirəcəyini təklif etmişdir. Cavabdeh isə “mənim pulum yoxdur” demişdir. Cavabdeh onu aldatmışdır, müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, mənzili təmirli şəkildə təhvil verməmişdir. Dəymiş ziyanla bağlı onun tərəfindən qiymətləndirmə şirkətinə müraciət edilsə də, cavabdehin vəsatəti ilə məhkəmə tərəfindən yenidən keçirilməsi qərara alındı. Lakin məhkəmə tərəfindən dəvət edilən qiymətləndirici mütəxəssis cavabdehin dediklərini birə-bir eyni şəkildə hesabata əlavə edib, saxtalaşdırılıb. Orada qeyd edlən təmir işləri onun vəsaiti əsasında sonradan həyata keçirilib. Məhkəmədən iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddiaçının izahatına məzmunca uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, bacısının cavabdehlə təmir barədə razılığa gəlməsi və ödənişlərlə bağlı əvvəlcədən məlumatlı olmasa da, sonradan bu barədə məlumatlı olmuş və həmin evə getmiş, təmir işləri ilə yerində tanış olan zaman təmirin keyfiyyətli həyata keçirilmədiyini görmüşdür. İlk dəfə evə gedən zaman cavabdeh həmin ünvanda olmamış, mənzildə usta kimi iki nəfər olmuşdur. Dərhal cavabdehlə əlaqə saxlamış və cavabdeh gəlmiş, divarda, təmirdə olan qüsurları və əyriliyi özü cavabdehə bildirmiş, cavabdeh dərhal aradan qaldıracağına vəd verməklə onunla razılaşmışdır. Daha sonra mənzildə olan lepkanın keyfiyyətsizliyini, elə mənzildə özləri tərəfindən qəlib vasitəsi ilə çıxarıldığını görmüş və iradını bildirmişdir. Cavabdeh lepka ilə bağlı onunla razılaşmış, şəkillər atmış və seçim etdikdən sonra telefonlara cavab verməmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbin qəbul etməyərək bildirmişdir ki, iddiaçının tələbində qeyd edilən məbləğdə pulu almış, həmin məbləğdən 2000 manat iddiaçı tərəfindən ona ödənilməmiş qalmışdır. Onunla iddaçı arasında müqavilə bağlanmış, müqavilə əsasında görməli olduğu işlər yerinə yetirilmişdir. Lakin iddiaçının hər dəfə fərqli formada təmir istəməsi nəticəsində əldə etmək istədiyi gəlirdən məhrum olmuş, nəticədə sonuncu dəfə artıq divar kağızlarının sökülməsi tələbi başlandıqda özü tərəfindən polisə şikayət edilməklə mənzildən çıxıb getmişdir. İddiaçı öz artıq istəkləri nəticəsində təmiri tamamlamağa imkan verməmişdir. O, iddiaçıdan aldığı məbləğləri bütünlüklə evin təmir və material xərclərinə çəkmiş, bu barədə özündə kitabçada qeydiyyat aparsa da, həmin kitabçanı itirdiyindən məhkəməyə təqsim edə bilməmişdir. Məhkəməyə təqdim edilmiş rəydə bazar qiymətləri nəzərdə tutulmamışdır. 18 metr haşiyə (plintuz) yazılmışdır. Lakin ora 75 m istifadə olunmuşdur. Bundan əlavə ora sərf olunan sementin qiyməti 5 manat dəyərləndirilmişdir. Lakin sonuncu dəfə 5 manat qiymət bəlkə də 3 il əvvəl olmuşdur. Divarların kv.m 3 m-dən hesablanmışdır. Lakin bir divarın hündürlüyü 4.2m-dir. 4.2m olan divara ən qədər sement qum gedir onların hamısını eksepert hesablamalı idi. Asma tavan etmək üçün məcbur 4.7m hündürlüyü olan tavanı 4.2m hündürlüyə düşürməli olmuşlar. Bu barədə iddiaçının da məlumatı olmuşdur. Hazırda iddiaçıya 3000 manat məbləğində pul verməyə razıdır. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil2 məhkəməyə verdiyi izahatında bildirdi ki, iddia qanunsuz və əsassızdır, həmçinin məhkəmənin cəlb etdiyi qiymətləndirmə şirkəti tərəfindən verilmiş hesabat ilə də razıdır. Cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəlik yerinə yetirilib, iddiaçı əlavə təmir işləri tələb etdiyindən və cavabdeh də zərərə uğradığından nəticədə təhvil verilmə mümkün olmamışdır. Divarda qeyd edilən əyrilik cavabdeh tərəfindən aradan qaldırılıb. Sonradan iddiaçının özünün seçimi ilə evdə əlavə təmir işləri gördürməsi və bütünlüklə edilmiş təmir işlərinin dəyişdirilməsi cavabdehin ziyanına hesab edilə bilməz. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, o, həmin evə ilk dəfə fevral ayında Rəna xanımın xahişi ilə getmişdir. O zaman evdə iki fəhlə işləyirdi: biri tavanı düzəldirdi, digəri isə divarı hamarlayırdı. Baxış zamanı divarda qabarıqlılar olduğu aşak edilmişdir. O fəhlələr bildirmişdir ki, ev sahibi bu qabarıqlıqları görsə, narazlıq edəcək və işi qəbul etməyəcək. Daha sonra o, evdə elektrik xətlərrini çəkildiyini, lakin bu işlərin düzgün aparılmadığını müəyyən etmişdir. Həmçinin ustaların qəliblərlə vasitəsi ilə lepkaları hazırladığı müəyyən etmiş və həmin lepkaları divar hazır olmadan vurlamasını düzgün olmadığını bildirsədə ona ev yiyəsi ilə razılşadıqlarını bildirmişlər. Bundan əlavə o evin bəzi yerlərində alçipan vurulmadığını da müəyyən etmiş. Bu barədə Rəna xanıma məlumat vermiş və evə gəlib şəxsən baxmasını məsləh görmüşdür. Daha sonra Rəna xanım evə gəldi və görülən işlərlə tanış olub işlərin keyfiyyətindən narazı qaldığını və divarın sökülərək yenidən düzəldilməsini bildirmişdir. Fəhlələr evin divarını yarımıçıq düzəltdiyindən o ustaya fəhlələrin onun aldatdığını və ozünə yeni usta gətirməsini məsləhət bildirmiş, lakin usta buna ciddi yanaşmadır. Eyni zamanda hazır lepkaların satışda olduğunu və onlardan istifadə etməsini daha düzgün olacağını bildirmişdir. Tərəflər arasında mübahisə yarandıqdan sonra ustalar evin açarını qoyub işə yarımçıq vəziyyətdə tərk etmişlər. Daha sonra Rəna xanımın yeni ustaları dəvət etdiyini və təmiri davam etdiyin bildirmişdir. Yeni ustalar evdə suyu açan zaman su borusunun partladığın və qonşu mənzilə su axıdılmışdır. Qonşu dərhal etirazını qəti şəkildə bildirmişdir. Sonradan məlu olmuşdur ki, boruda tıxanma olmuş və bu səbəbdən hadisə baş vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Qocayev Hicran Telman oğlu ifadəsində göstərmişdir ki, o iddiaçının sifarişi ilə gəlib həmin evdə təmir işlərini görmüşdür. O, evin istilik sisteminin qoşulmasını təmin etmişdir. Təmir zamanı sistemi yoxlamaq üçün susy açmışdır. Bir müddət sonra qonşu bildirmişdir ki, onların evinə su sızır. Bunun üzərinə yaranmış problemi aradan qaldrımaq üçün boru sistemini təmir etmişdir. Həmin stoyakın üzərini kalçuk turba ilə bağlandığnı müəyyən etmiş və evdə olan bütün boruları yoxlamaq məqsədilə yenidən boru xəttini çəkmişdir. Evdə elektrik naqillərin və paduqları arxasında olan gizli işıqların sallandığını bildirmişdir. Divarlara üzlük vurmaq məqsədilə divarı sökmüş, sanitar qovşağının metalxını və istipol sistemi üçün çəkilmiş boruların sökərək yenidən çəkmişdir. Bütün bu işləri həm iddiaçının xahişi, bəzən də yaranmış zərurət tələb etdiyini bildirmişdir. O, həmçininev qaz sistemini çəkmişdir. Qonşudan gələn su sistemini tamamlamaq üçün əlavə işlər görmüşdür. İsti pol və digər işləri tam şəkildə görmüşdür. Materialları alınmasını ev sahibi xanım təmin etmişdir. O isə ümumlikdə 8000 manat məbləğində haqq almışdır. Bunun 1500 maantı santexnik işlərinə, 2000 manat isti pola qalan digər məbləğlə isə girə görülmüş işlərini əmək haqqı kimi almışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, o cavabdeh yaxınıdır. Mirsahib ona yaxınlşaraq belə bir probleminin olduğunu bildirmişdir. Mirsahib mübahisəni aradan qaldırmaq üçün onu ora öz böyüyü kimi təqdim etməsini xahiş etmişdir. O da buna etiraz etməmişdir. Bildiyinə görə tərəflər arasınd sadə təmir müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçının tələbi ilə o, cavabdehə həmin divarın sökülüb yenidən düzəltməsini bildirmişdir. Həmin zərurətdə aradan qalxmışdır. Daha sonra iddiaçının başqa tələbləri olmuşdur. O həmin evdə divardan başqa nöqsan görməmişdir. O həmin işdə mübahiəsini aradan qaldırmaq məqsədilə özünü cavadbehin böyüyü kimi təqdim etmişdir. Tərəflər arasında olan mübahisəni aradan qaldırımaq istəsə də, buna nail olmamış Mətanət xanımla danışıqlar mümükün olmadıqdan sonra bacısı Rəna xanım danışmışlar. Rəna xanımla danışıqlar olsa da, iddiaçı tərəfin tələbləri və etirazları bitmədyini bildirmişdir. Məhkəmə iclasında mütəxəssis qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, o, iddiaçının müraciəti əsasında mənzilə baxış keçirdən zaman təmirlə tanış olmuşdur. Həmin təmir natamam təmir olmuşdur. Mənzildə bir çox qüsurlar müəyyən etmişdir. Həmin qusurlar araddan qaldırılmışdır. İddiaçı tərəfdən zəruri olan məlumatlar toplamış və qiymətlədirməni keçirtmişdir. Divarlarda əyrilik olduğunu müşahidə etmiş. Bundan əlavə boruların partlaması və metlaqların vurulmasında olan əyriliklər müəyyən olunmuşdur. Qiymətləndirməni iddiaçının onlara təqdim etdiyi video görüntüyə əsasən təqdim etdiyini bildirmişdir. Həmin ev yaşamaq üçün tam hazır olmadığını qeyd etmişdir.
İİİ. İşin faktiki halları:
İş materiallarına əlavə olunmuş: - xx.xx.2023-cü il tarixli podrat müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 91, 36 saylı mənzilin təmiri ilə bağlı razılığa gəlmişlər. Təmirli mənzilin təhvil verilmə müddəti xx.xx.2024-cü il göstərilmişdir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən İstifadə ediləcək tikinti materialları 1. 1. Divarlar mayak: Ağdağ və ya Giper 2. Üzləmə və kosmetika işləri: Akdeniz 3. Tavan Alçipan ( fiqur və ya sadə): Gilan 4. Tavanlar emusiya ilə boyanır: Sobsan və ya Penguin: 5. Divarlar boya və ya divar kağızı: 45 AZN-də ( istəyə uyğun): 6. Divarlara lepka çərçivə və boya FAB plus 7. Tavana paduqa: Gips: 8. Laminat: 20 AZN-dək 9. Plintus: Plastik, resunka ( istəyə uyğun) 10.Hamam, dəhliz və mətbəx ( İtaliya boruları ) 11.Unitaz: 200 AZN 12.Sanuzel aksesuarları birlikdə: 13.Sanuzel izolyasiya olunur: 14.Hamam: Asma tavan: 15.Kafel-metlax: 20 AZN 16.Elektrik işləri tam təhvil: Türkiyə istehsalı: 17.Spotlar: 10 AZN 18.Santexnika işləri tam təhvil verilir: Türkiyə istehsalı 19.Daxili qapılar: 250-AZN-dən: 20.Kombi hədiyyə 21.Duş kabin hədiyyə 22.Seyf qapı hədiyyə. Müqavilənin 3.1-ci bəndinə əsasən Müqavilə üzrə işlərin və xidmətin ümumi dəyəri 26000 manat, ilkin olaraq ümumi məbləğin 30%, yəni 7800 manat ödənilir. Ümumi məbləğin qalan hissəsi isə 45 gün ərzində ödənilməlidir. - Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidmətinin xx.xx.2024-cü il tarixli hesabatının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 91, 36 saylı mənzilin təmirinə 7675,5 manat xərc çəkilmiş, təmirin səhvliklərinin aradan qaldırılması üçün tələb olunan məbləğ 6922,9 manat təşkil edir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-387/2025 saylı qərardadı ilə mülki iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və qiymətləndirmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. - xx.xx.2025-ci il tarixli, 0233 saylı hesabatdan aşağıdakılar görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 91, 36 saylı mənzilin təmir xərci xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək təxminən 24636,43 manat təşkil edir.
İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:
Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 762.2-ci maddəsinə müvafiq olaraq, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Mülki Məcəllənin 773-cü maddəsinə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Mülki Məcəllənin 775-ci maddəsinə əsasən, əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsi üsullarının müəyyən edilməsi ilə əlaqədar münasibətlər MM-nin 1115-ci maddəsi ilə tənzimlərnir. Qanun zərərin əvəzinin ödənilməsinin iki üsulunu nəzərdə tutur və müəyyənləşdirir: Zərərin əvəzini naturada ödəmək; Vurulmuş zərərin əvəzini pulla ödəmək (zərərin kompensasiya edilməsi və ya zərərin əvəzini tam ödəmə) Beləliklə, vurulmuş zərərin əvəzinin ödənilməsi üçün vurulmuş zərərin nəticələrini aradan qaldıraraq və zərərçəkmişin məruz qaldığı itkinin bərpası üçün lazım olan məbləğ müəyyənləşdirilir və zərərçəkmişə ödənilir. Vurulmuş zərərin əvəzinin ödənilməsi üsullarını tətbiq edərkən məhkəmə işin hallarını nəzərə almalıdır.Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə podrat müqaviləsi bağlanılmış və müqavilə əsasında sifarişçi və podratçı hər biri üzərinə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə götürülmüş öhdəlik, yəni dəyərin ödənilməsi tam şəkildə həyata keçirilsə də, podratçı tərəfindən işlərin vaxtında görülməsi ilə bağlı öhdəlik yerinə yetirilməmiş, təmir işləri lazımınca tamamalnamışdır. Nəticədə iddiaçı yaranmış vəziyyətin aradan qaldırlması ilə bağlı yenidən mənzili təmir etdirməyə məcbur olmuşdur. Bu hal məhkəmə tərəfində işin araşdırılan mübahisəsiz ahldır. Cavabdeh sonradan həyata keçirilmiş təmir işlərinin onun mənzilin təmirinin qüsursuz təhvil versə də, iddiaçının seçimi ilə bağlı olmasını əsaslandırmağa çalısa da, təqdim edilmiş foto və video görüntülər, həmçinin məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə podratçının müqavilə üzrə keyfiyyətli olaraq işin təhvil verilməsi öz təsdiqini tapmamış, qüsurlü təmir nəticəsində evin boru sistemində yararan qüsurlar nəticəsində əlavə təmir işlərininkommunal sistem, evin divarları ilə bağlı yenidən təmir və digər təmir işlərinin görülməsi öz təsdiqini tapmışdır. Məhkəmə iddiaçının dəymiş ziyan tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tələbində sonradan mənzilə 26327 manat xərc çəkilməsini əsas gətirməklə həmin məbləğin tutulmasını xahiş etsə də, həqiüətən həmin məbləğdə xərcin çəkilməsini təqdim edilmiş sənədlərlə və məhkəmə araşdırması zamanı da sübut edə bilmədiyindən və sonradan qüsurların aradan qaldrılmasında iştirak edən usta 8000 manat xərc çəkilməsi ilə bağlı izahatı mötəbər sübut kimi qəbul edilməklə həmin məbləğin tutulması ağlabatan hesab edilir. Məhkəmə cavabdehin və onun nümayəndəsinin müqavilədə qeyd olunan və tərəflərin razılaşdırdığı təmir işlərinin tam qüsursuz yerinə yetirilməsi barədə dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı təmin edilməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. ... Öhdəlik hüququnda isə müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir”. Eyni zamanda cavabdehin arqumentlərinə münasibətdə təkrarən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydalarının 3.2-ci bəndinə əsasən, yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh 8000 (səkkiz min) manat və 100 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
V. Nəticə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh 8000 (səkkiz min) manat və 100 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Elnarə Vəliyeva