Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3925/2024 13.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” (açar sözlər: aliment, tutulma qaydası) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-129/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin rəsmi gəlirlərinin və qazancının 1/3 hissəsi miqdarında alimentin, mediasiya xidmət haqqı kimi ödənilmiş 50 manat məbləğində xərcin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında olan nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-927/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(001)-129/2023 saylı qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 ananın yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 350 manat olmaqla, ümumilikdə 700 manat sabit aliment məbləğinin Cavabdeh tutulması qət edilmişdir. Günü-gündən uşaqların xərcləri artdığı üçün təyin olunmuş aliment məbləği onların maddi ehtiyaclarını qətiyyən qarşılamır. Odur ki, aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Həmçinin Cavabdeh rəsmi iş yeri var. O, "xxxx" MMC-də işləyir. Yüksək məbləğdə əmək haqqı alır. Cavabdehə məxsus olan, istər əmək müqaviləsini istərsə də əmək haqqısını məhkəmə müəyyən edə bilər. Qanunvericiliyin tələbi üzrə mübahisənin həlli üçün ilkin mediasiya sessiyasına müraciət edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediasiya arayışı işə əlavə edilmişdir. II. Tərəflərin mövqeləri: İddiaçı məhkəməyə elektron kabinetn vasitəsi ilə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Cavabdehlə münaqişəli münasibətləri olduğundan məhkəmə iclaslarında iştirak etməməklə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddia ərizəsində göstərilən əmək haqqının 1/3 hissəsinin tutulması uşaqların saxlanılması üçün dəyərindən artıq məbləğ olduğunu düşünür. Qanunvericiliyə əsasən tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa alimentin miqdarı dəyişilə bilər. Lakin belə bir vəziyyət mövcud deyildir. Özünün səhhəti ilə əlaqədar yaranan ciddi problemlərə görə müalicə alır və buna görə maddi vəziyyətinin yaxşılaşmasından söhbət gedə bilməz. Əlavə olaraq qardaşı, yataq xəstəsi atası və yaşlı anası himayəsindədir, valideynlərinin yeganə qazanc yeri olduğu üçün onların saxlanması da onun məsuliyyətindədir. Hesab edir ki, tərəfindən iddiaçıya ödənilən aliment məbləği hazırkı dövrdə övladlarının bütün tələbatlarını qarşılaya biləcək miqdardadır. Tərəfindən ödənilən aliment övladlarının saxlanması, maddi və digər zəruri ehtiyac və tələbatlarının qarşılanması üçün yox, başqa məqsədlər üçün istifadə edilir. İddiaçı hazırda Lənkəran Dövlət Universitetinin 30 dekabr 2023-cü il tarixli, 2/534 nömrəli məktubuna əsasən magistr pilləsində ödənişli əsaslarla təhsil alır. Belə olan halda iddiaçının alimentin artırılması ilə bağlı tələbindəki məqsədi şübhə doğurur. Hesab edir ki, iddiaçı aliment miqdarı ilə razılaşmayaraq onu əsassız mübahisələndirir. İddiaçı uşaqları maddi cəhətdən ehtiyaclarını qarşılamaq üçün alimentin miqdarının artırılmasını tələb etdiyini bildirsə də, nəinki maddi həmçinin uşaqların təhsil, sağlamlıq, mənəvi ehtiyaclarının da qayğısına qalmır. O, uşaqları ilə sonuncu dəfə 2022-ci ildə görüşüb vaxt keçirə bilib. Uşaqlar çox əylənmiş, hər şeydən məmnun qalmış, lakin niyəsə sonralar heç bir səbəb olmadan onunla görüşmək istəməmişlər. Hazırda nəinki ataları ilə, hətta nənəbaba ilə belə görüşmək istəmirlər. Dəfələrlə uşaqlarını görmək və onların qayğısına qalmaq istədiyini bildirsə də iddiaçı uşaqlarını görməyinə mane olmuş və uşaqlara psixoloji təsir göstərmişdir. Hətta daha öncə də, iddiaçı uşaqları ilə görüşməyinə mane olduğu üçün iddia ərizəsi ilə məhkəmə müraicət etmişvə bu barə Binəqədi Rayon Məhkəməsinin 2(001)-2312/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ona uşaqlarla sərbəst və maneəsiz görüş hüququ verilmiş, lakin iddiaçı tərəfində qətnaməyə əməl olunmadığı üçün Qaradağ Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 3(002)-651/2022 nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən cərimə olunmuşdur. Uşaqlarını ara-ara çətinliklə qısa müddətlik görsə də, 2024-cü ilin fevral ayından bu günə qədər görməmişdir. Hətta xəstə olduqlarından xəbər tutub narahat olaraq baş çəkmək istədikdə nə uşaqlarını görməyinə şərait yaradılmış, nə də uşaqları üçün aldığı ərzaqlar onlara çatdırılmışdır. Həmçinin maraqlandıqda məlum olmuşdur ki, sığorta tərəfindən qarşılandığı halda uşaqlar xəstə olduqlarında xəstəxanaya belə aparılmayıb və bu haqda məlumat verilməyib. Belə olan halda, uşaqlarla bağlı hansı qayğıdan söhbət gedə bilər? Nikah dövründə uşaqlarının hər ikisi Avropa liseyində təhsil aldıqları halda, nikah pozulduqdan sonra razılığı və məlumatı olmadan uşaqlar həmin liseydən çıxarılaraq məcburi köçkün məktəbində oxumağa başlamışlar. Halbuki, balaca oğlu daha əvvəl məktəbdə problemlər yaşamış və yeni mühitə uyğunlaşmaqda çətinlik çəkmişdir. Onun üçün həmin liseydə oxumağa davam etmək ən doğrusu idi, lakin iddiaçı tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə İddiaçı dəfələrdə əsassız iddialarla ondan şikayətlər vermiş, lakin qeyd etdiyi kimi əsassız olduqları üçün heç biri təmin edilməmişdir. Hesab edir ki, hazırkı iddia ərizəsi də əsassızdır və uşaqların mənafeyi nəzərə alındığı üçün müraciət olunmamışdır. O, alimentin artırılmasının uşaqların mənafeyi üçün tələb olunduğuna inanmadığı üçün etiraz edir. Lakin uşaqları özü saxlayıb onların hər bir xərcini ödəməyə və onlara ehtiyacları olan qayğını göstərməyə hazırdır. Uşaqlarımı saxlamaqdan, onlarla maraqlanmaqdan və onların ehtiyaclarını qarşılamaqdan çəkinmir. Bunun qarşılığında da heç bir tələbi yoxdur. Sonda məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməməsini xahiş etdi. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - AZ-İİ seriyalı 344924 nömrəli doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X5 Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. - AZ-İİİ seriyalı 189066 nömrəli doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. - Bakı şəhəri 2(001)-129/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 ananın yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 350 manat olmaqla, ümumilikdə 700 manat sabit aliment məbləğinin Cavabdeh tutulması qət edilmişdir. -Paşa Sığorta ASC tərəfindən X2 müraciətinə cavab olaraq CSS 6644 nömrəli xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, R.Şərifzadənin soröusu əsasında araşdırılma aparılmışvə müvafiq sənədlər təqdim edilmişdir. -“Azemis” Eelektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə cavabdehin gəlirləri barədə sorğu verilmiş və məlum olmuşdur ki, X4 "xxxx" MMC-də aylıq əmək haqqı 7619 manat olmaqla baş mühəndis vəzifəsində işləyir. -cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli “Avrasiya Hospital”ı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh hipofiz vəzin mikroadenoması, prolaktinoma, haşimoto tiroiditi, osteoporoz, L5 certebra korpusunda anevrizmatik sümük kistası, L4-L5 fəqərəarası diskdə diffuz qabarma, hiss dəstəsinin sağ ayaqcığının natamam blokadası, prostat vəzin adenoması, onikibarmaq bağırsağın peptik xoraları, refluks ezofagit, hiatal yırtıq diaqnozları ilə müayinə edilmişdir. -cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı Avropa Liseyinin 647 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X5 Bakı Avropa Liseyində 2015-ci il 15 sentyabrdan 2022-ci il 20 oktyabr tarixədək təhsil almışdır. -cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı Avropa Liseyinin 648 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X3 Bakı Avropa Liseyində 2019-cu il 15 sentyabrdan 2022-ci il 20 oktyabr tarixədək təhsil almışdır. - cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Dirili Qurbanı adına Soltanlı kənd Tam Orta Məktəbin 40 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X3 məktəbin İV sinfində təhsil alır. - cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Dirili Qurbanı adına Soltanlı kənd Tam Orta Məktəbin 39 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X5 məktəbin Vİİİ sinfində təhsil alır. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 76.1 və 76.1.2-ci maddələrinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə-bir hissəsi miqdarında aliment tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə ilk öncə onu qeyd edir ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında 8.1-ci bəndində qeyd edilir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). 8.3.-cu bəndə qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.6-cı bəndində göstərilmişdir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Hazırkı işin materiallarından göründüyü kimi, cavabdehin rəsmi işlədiyi yer mövcuddur, qazancı (gəliri) müntəzəmdir, əmək haqqını natura və ya xarici valyutada almır. Belə olan halda cavabdehdən alimentin məhz sabit pul məbləğində tutulması üçün məhkəmə hər hansı qanuni əsas görmür. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, alimentin cavabdehin aylıq qazancından müəyyən hissələrdə deyil, sabit pul məbləğində tutulmasına yalnız iddiaçının (aliment alanın) razılığı ilə yol verilir. Hazırki halda iddiaçı alimentin cavabdehin aylıq qazancından tutulmasını tələb edir. Məhkəmə cavabdehin etirazında irəli sürdüyü hallarla bağlı qeyd edir ki, həm etiraz da, həm də məhkəmə iclasında cavabdeh verdiyi izahatında bir daha təsdiq edir ki, iddiaçı və cavabdeh arasında nikah münasibətlərinin mövcud olduğu müddətdə, yəni cavabdehin aylıq gəlirləri nəticəsində uşaqların məsrəfləri və maddi tələbatlarının ödənilməsi nəticəsində uşaqlar daha əlverişli və yüksək təminatda saxlanılmışdır. Cavabdeh etirazının əsası kimi 650 manat alimentin iddiaçının təhsil xərcinin ödənilməsinə sərf edildiyini irəli sürməsinə baxmayaraq izahatında uşaqların əlavə idman məşgələləri ilə məşğul olduğunu etiraf etmiş, nəticədə 1800 manat təhsil xərcinin məhz aliment məbləği hesabına ödənilməsini, həmçinin aliment miqdarının onun aylıq qazancının hissəsindən ödənildiyi halda mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2016cı il tarixli Qərarında da göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi, ailə vəziyyəti və diqqətəlayiq digər hallarını nəzərə almalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Elşolts Almaniyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə tərəflərin maraqları arasında ədalətli tarazlığı gözləyərək və uşaqların maraqlarını əsas götürərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-129/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilməli və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 30476 manat təşkil etdiyinə və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 181,43 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-129/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilməli olan 181.43 (yüz səksən bir manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-3925/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3925/2024
13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver