Məhkəmə qərarları › İş №e-2(001)-3977/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3977/2022

17.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3977/2022 17.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 30 noyabr 2010-cu il tarixdə Cəbrayıl Rayon Qeydiyyat Şöbəsində 431 nömrəli qeydlə rəsmiləşdirilən nikahın pozulması, həmin nikahdan doğulmuş 09 mart 2013-cü il təvəllüdlü X3 onun yanımda qalması, yetkinlik yaşına çatmayan X1 üçün o, yetkinlik yaşına çatana qədər hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 30 noyabr 2010-cu il tarixdə Cəbrayıl Rayon Qeydiyyat Şöbəsində 431 nömrəli qeydi ilə rəsmiləşən nikahla cavabdeh - Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahdan uşaqları – xx.xx.2013-cü il təvəllüdlü X4 anadan olmuşdur. Nikahın ləğvi barədə ərizə verməyinin səbəbi xasiyyətlərinin tutmaması, bu səbəbdən birgə yaşamaqlarının mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aralarında münasibətlər kəskinləşmişdir. Xasiyyətlərinin tutmaması səbəbindən ailə münasibətləri dağılmışdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Artıq illərdir ki, nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. Uşağının onun yanımda qalması onun gələcəyi, sağlamlığı, təhsili, inkişafı və tərbiyəsi üçün daha məqsədəmüvafiqdir. Uşağın ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Uşağının maddi ehtiyaclarının ödənilməsi üçün hesab edir ki, uşağın və onun diqqətəlayiq mənafeyi nəzərə alınaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağın saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşağın saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh nikahın pozulmasına razı olmadığını, lakin nikah pozulacağı təqdirdə birgə nikahdan olan uşağın ananın yanında qalmasına və əmək haqqının 4/1 miqdarında aliment ödəməyə razı olduğunu bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 630463 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 30 noyabr 2010-cu il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 431 nömrə ilə akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada “Nəbiyeva” soyadı verilmişdir; Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 084965 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09 may 2013-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır; Bakı 5 saylı Mediasiya Təşkilatının 25 aprel 2022-ci il tarixli arayışından görünür ki, Nəbiyeva X2 Ramil İsa oğluna qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş və bunun üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir; 27 may 2022-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün məhkəmənin hesabına 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələbinə görə ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən verilmiş 3 ay vaxt ərzində tərəflər arasında barışıq olmadığından və iddiaçı nikahın pozulmasında təkid etdiyindən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2 və 22.2.1-ci maddələrinin tələblərinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını müəyyən etməlidir. Məhkəmə uşağın yaşını və mənafeyini, habelə tərəflər arasında bununla bağlı mübahisə olmadığını nəzərə alaraq hesab edir ki, nikah pozulandan sonra tərəflərin birgə nikahından doğulmuş 09 may 2013-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalması müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə ailə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və cavabdehin tələb olunan alimenti ödəməyə razılığını nəzərə alaraq hesab edir ki, iddia tələbi alimentin ödənilməsi hissəsində də təmin edilməli, cavabdehdən 27 may 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 09 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 30 noyabr 2010-cu il tarixdə Cəbrayıl rayon qeydiyyat şöbəsində 431 nömrə ilə qeydə alınmış nikah pozulmalı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 09 may 2013-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalması müəyyən edilməli, Cavabdeh 27 may 2022-ci il tarixdən başlayaraq 09 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 30 noyabr 2010-cu il tarixdə Cəbrayıl rayon qeydiyyat şöbəsində 431 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 09 may 2013-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalması müəyyən edilsin. Cavabdeh 27 may 2022-ci il tarixdən başlayaraq 09 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar