Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3981/2021 21.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, kreditor “X1 Kredit Təşkilatı” MMC-nin Borclu qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Kreditor “X1 Kredit Təşkilatı” MMC Borclu qarşı ərizə ilə müraciət edərək, Borclu “X1 Kredit Təşkilatı” MMC-nin xeyrinə 558,92 manat məbləğində əsas, 381,19 manat məbləğində faiz, 110 manat məbləğində dəbbə, cəmi 1050,11 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş üzrə daxil olmuş sənədləri araşdıraraq hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər; 279.2-ci və 279.2.1-ci maddələrinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir; 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.2ci maddəsində məhkəmə əmrinin çıxarılması mümkün hesab edilən tələblərin dairəsi konkret olaraq göstərilmiş, eyni zamanda həmin məcəllənin 276.2.2-ci maddəsində kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri barədə tələblər üzrə məhkəmə əmrinin verilməsi istisna edilmişdir. Kreditor isə hazırda borcludan xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tutulmasını tələb edir. Bu səbəbdən ərizənin icraata qəbulundan imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor “X1 Kredit Təşkilatı” MMC-nin Borclu qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hazırki qərardad kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(001)-3981/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3981/2021
21.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver