Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4090/2025 10.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Mehdizadə Hüseyn Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onunla Cavabdeh birgə nikahından doğulmuş və himəyəmdə olan uşaq xx.xx.2025-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər onun saxlanılması üçün hər ay 350 manat sabit pul məbləğində alimentin və birgə nikahdan doğulmuş uşaq 3 yaşına çatana qədər mənə görə hər ay 150 manat sabit pul məbləğində alimentin və ödənilmiş mediasiya xərcinin əvəzi olan 60 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 13 aprel 2024-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2025-ci il təvəllüdlü X4 adında uşaqları var. Nikahda olduqları ilk dövrlərdə Cavabdeh ilə qarşılıqlı münasibətləri normal olsa da, sonradan birbiri ilə yola getmədikləri üçün Cavabdeh ilə ayrı yaşayırlar, nikahları faktiki olaraq pozulmuşdur və birgə təsərrüfatları yoxdur. X2 himayəsindədir. Cavabdeh kifayət qədər gəlirləri olsa da, uşaq ilə maraqlanmır, uşağın maddi problemlərinə laqeyd yanaşır, valideynlik vəzifələrini yerinə yetirmir. O, cavabdehə dəfələrlə bu barədə iradlarını və uşağın saxlanılmasındakı çətinlikləri bildirsə də, cavabdeh uşağa maddi dəstək olmur və həla minimal zəruri xərclərdən belə boyun qaçırır. Bildirir ki, uşaq fiziki inkişaf dövründədir, belə dövrdə yaxşı qidalanması da, daim artan fiziki ölçülərinə uyğun geyimlərlə təmin olunması da şərtdir. Xüsusilə qeyd edir ki, uşağın qidalanması və geyim təchizatı zəif olduğundan tez-tez xəstələnir və müalicəsi üçün əlavə məsrəflər yaranır. Nəticədə bir ana kimi uşağın mənəvi qayğılarına yetərincə qalsa da, maddi qayğılarının öhdəsindən təkbaşına gələ bilmir. Hesab edir ki, uşağın və onun diqqətəlayiq mənafeyi nəzərə alınaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağın və uşaq doğulduğu gündən 3 il ərzində onun da xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşağa və oa görə məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Odur ki, Cavabdeh uşağı Suada İsmayılova yetkinlik yaşına çatana qədər uşağa görə hər ay 350 manat və uşaq 3 yaşına çatana qədər işləmək imkanım olmadığı üçün ona görə hər ay 150 manat sabit pul məbləğində aliment ödənilməsini istəyir.. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun olaraq izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında isə iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, cavdeh ”Şam–X9 Kompani” MMC-də işləyir və yüksək məbləğdə əmək haqqı alır. “Elektron Məhkəmə” İnformasiya sistemindən görünən əmək haqqı formal olaraq görünən məbləğdir. Məlum məsələdir ki, bölmə rəhbərləri əlavə bonuslar alır. Xanım iddia verilən dövrdə işləmirdi, maddi çətinliklərə görə analıq məzuniyyətindən qayıtmaq məcburiyyətində qalmışdır. Cavabehin anası məktəb direktorudur. Bundan əlavə 3 evi var və oradan kirayə haqqı əldə edir. Lakin həmin əmlaklar öz adına deyil. Maddi imkanları isə olduqca yaxşıdır.
5. Məhkəmə iclasında iştirak edən cavabeh iddiaya etirazın dəlillərinə uyğun izahat vermiş və iddianı qismən qəbul etmişdir.
6. Cavabdeh iddiaya yazılı etirazında göstərir: İlk öncə bildirir ki, iddiaçı ilə onun ailə münasibətləri cəmi 2 ay davam etmişdir. Daha sonra isə iddiaçı ondan faktiki olaraq ayrılmışdır. Faktiki olaraq ayrılsalar da, hamilə olması səbəbindən ondan rəsmi boşanmaqdan imtina etmişdir. Hətta onun hamilə olmasını faktiki ayrıldıqdan və özü məhkəməyə nikahın pozulması barədə iddia verdikdə bilmişdir. O, xx.xx.2021-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də Şəbəkə satış departamentində Bölmə müdiri vəzifəsində çalışır və aylıq əmək haqqı 700 manat təşkil edir. Vergilər tutulduqdan sonra isə 626,50 manat maaş alır. Əlavə olaraq bildirir ki, iddiaçı özü hazırda Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 314 saylı orta məktəbdə müəllim (ingilis dili) vəzifəsində çalışır. Uşaq doğulandan sonra 3 aylıq analıq məzuniyyətindən qayıtmaqla fəaliyyətini davam etdirir. Ailəli olduqları zaman onun əmək haqqı 1000 manat olmuşdur. Belə ki, o özü bu barədə ona qarşı “cehiz əmlakı, qızıl zinət əşyaları və pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ona məlumat vermişdir. Hazırda onun əmək haqqı müəllimlər üçün keçirilmiş sertifikasiya imtahanında yüksək bal topladığı üçün 1400 manat təşkil edir. Qeyd etmək istəyir ki, gələcəkdə övladı 1 yaşına çatdıqdan sonra rəsmi şəkildə boşanaraq, yenidən ailə qurmaq niyyətindədir. Qeyd olunanları nəzərə alaraq, əmək haqqının ¼ hissəsində alimentin tutulmasına razıdır. İddia tələbini qalan hissədə qəbul etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbsi tərəfindən verilmiş AZ-T seriyalı, 065614 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 xx.xx.2024-cü il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada İsmayılova soyadı verilmişdir.
8. 1 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən AZ-V seriyalı, 092981 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixində Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
9. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00281 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixində keçirilən mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh iştirak etməmiş, 50 manat mediasiya xərci və 10 manat poçt xərci İddiaçı tərəfindən ödənilmişdir.
10. "xxxx" MMC-dən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixindən "xxxx" MMC-də Şəbəkə satış departamentində Bölmə Müdiri vəzifəsində çalışır, aylıq əmək haqqı 700 manatdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
11. Tərəflərin rəsmi nikahından xx.xx.2025-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Hazırda tərəflərin nikahları pozulmasa da, faktiki olaraq ayrı yaşayırlar, uşaq isə iddiaçının himayəsindədir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
13. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
14. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
15. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
16. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
17. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.
18. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
20. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
21. Sadalanan normalardan və hüquqi təcrübədən aydın olduğu kimi aliment öhdəlikləri aliment ödəməli olan şəxsin qazancı ilə ölçülsə də, aliment ödəməli olan və rəsmi gəlir yeri olmayan və ya az olan əmək qabiliyyətli valideyn uşağı saxlamaq vəzifəsindən azad edilmir. Bu məqamda ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu alimentin müəyyən edilməsi zamanı müəyyən mənada meyar kimi qəbul edilir.Bu səbəbdən də məhkəmə hesab edir ki, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi digər valideynin ən azından yaşayış minimumu həddində aliment ödəmək öhdəliyini şərtləndirir.
22. Məhkəmə valideynlərin uşağı saxlamağa borclu olduğunu, uşağın qanunvericilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, uşağın mənafeyinin üstünlüyünü, cavabdehin yaşayış minimumu həddində aliment ödəməyə imkan verən qazancının olmasını, onun etirazının iddianı yaşayış minimumundan az miqdarda aliment təyin edilməsinə əsas verməməsini, o cümlədən cavabdehin yaşayış minimumundan artıq məbləğdə aliment ödəmək iqtidarında olması ilə bağlı iddiaçının sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu həddində, hər ay üçün 246 manat məbləğində müəyyən edilməlidir.
23. Bundan əlavə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
24. Eyni zamanda həmin Plenum qərarında qeyd edilmişdir ki, Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir.
25. Yuxarıda göstərilən hüquqi mövqeyə görə məhkəmə hesab edir ki, sabit pul məbləğində təyin edilən aliment məbləği ölkə üzrə həmin il üçün müəyyən edilən minimum əmək haqqı (2025-ci il üçün 400 manat təşkil edir) məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Belə olduğu halda, tutulmalı olan 246 manat aliment məbləği 2025-cü il üçün müəyyən edilən minimum əmək haqqının 0.615 mislini təşkil edir.
26. Həmçinin məhkəmə hesab edir ki, aliment məbləği xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.
27. İddia tələbinin uşaq 3 yaşına çatanadək ana üçün ödənilməli olan aliment məbləğinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:
28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
29. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.
30. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər.
31. 86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.
32. Məhkəmə əvvəla qeyd edir ki, uşaq 3 yaşına çatanadək arvada ödənilməli olan aliment öhdəliyinin bir sıra xüsusiyyətləri vardır. Birincisi, ər zəruri vəsaitə malik olmalıdır, ikincisi ərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır, üçüncüsü tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmalıdır.
33. Odur ki, Ailə Məcəlləsi arvada maddi cəhətdən kömək etməli olan ərdən ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində aliment ödəməyi tələb etmək hüququ versə də, bu hüququn reallaşmasını hüquqi nəticə etibarı ilə keçmiş ərin maddi imkanından, ödəniş qabiliyyətindən, başqa sözlə gəlirlərindən asılı etmişdir. Belə ki, yuxarıda qeyd olunan maddədənin məzmunundan da göründüyü kimi, bu aliment istisnasız və qeyri şərtsiz olaraq yalnız buna zəruri vəsaitə malik olan keçmiş ərdən tələb edilə bilər. Bu baxımdan iddiaçı cavabdehin bu alimenti ödəmək üçün zəruri vəsaitə malik olmasını sübut etməli idi. Lakin bununla bağlı sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da(Azemis elektron informasiya sistemindən sorğulanmış əmlak məlumatları) ərin arvada maddi cəhətdən kömək etməyə imkan verən zəruri vəsaitə malik olduğu müəyyən edilməmişdir.Belə ki, cavabdehin əmək haqqının məbləği 700 manatdır və tutulmalardan sonra ən çox onun xalis gəliri 600 manat təşkil edir, həmin məbləğdən uşağın saxlanması üçün alimentin tutulduğu nəzərə alındıqda, onun arvada aliment ödəmək üçün zəruri vəsait malik olmadığı məlum olur. Bununla belə, iddiaçı tərəf cavabdehin əlavə müavinətlər də aldığını iddia etsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. Tətbiq edilən prosessual normalar:
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
36. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
37. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;
38. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
39. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir.
40. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
41. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
42. Odur ki, Cavabdeh 05 may 2025-ci il tarixində saat keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etmədiyindən 60 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq, İddiaçı Zakir qızına ödənilməlidir. Nəticə:
43. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimumum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutulmalı, həmçinin mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimumum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutulsun. Mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev