Məhkəmə qərarları › İş №e-2(001)-416/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-416/2025

05.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-416/2025 05.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Vaqif qızına qarşı “aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X8 adlı övladları dünyaya gəlmişdir. Hal-hazırda uşaqlar iddiaçının yanında yaşayır, 11 nömrəli uşaq poliklinikasında qeydiyyatdadırlar və Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı 75 ünvanında yerləşən 299 №li məktəb-liseydə təhsilalırlar. Qeyd edirəm ki, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 münasibətdə valideyinlik vəzifələrini yerinə yetirmir, heç vaxt uşaqlarla maraqlanmamış və onların təlimtərbiyəsi ilə məşğul olmamışdır. Cavabdeh uşaqlarına analıq etməmişdir, onların saxlanılmasında, tərbiyəsində, sağlamlığında, psixi, fiziki və mənəvi inkişafında bugünədək iştirak etməmişdir və onun valideyn olması yalnız doğum haqqında şəhadətnamədə ana qrafasında adının olmasından ibarətdir. Bundan əlavə, bildirirəm ki, bugünədək uşaqların bütün təminatı iddiaçı tərəfindən qarşılanmışdır və hal-hazırda da bütün xərclər, o cümlədən müalicə, müayinə, geyim, təhsil, qida, istirahət və s. zəruri xərclər də iddiaçı tərəfindən ödənilir. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə əsasən uşaqların maddi cəhətdən təmin olunması, onların gündəlik təlabatınının ödənilməsi, sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişmələri üçün cavabdehdə məsuliyyət daşıyır, həmçinin uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək cavabdehin də valideynlik borcudur. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, hazırda 300 manat əmək haqqı üçün “Oba” Market mağazasında satıcı işləyir və kirayədə yaşayır. Uşaqlar yanında olanda özü onlara baxmışdır. Lakin iddiaçı 8-9 aydır ki, uşaqları ondan oğurlayıb. İddiaçı ilə 2022-ci ildə ayrılmışlar və hazırda uşaqlar ona qarşı öyrədiliblər. İddiaçı onu başqa şəxslə tutmayıb, heç bu barədə sübutu belə yoxdur. Belə bir hal varsa, sübut etməlidir. Uşaqların öz yanında saxlanılmasını istəyir. Tələb edilən həcmdə isə aliment ödəmək imkanı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 108490 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixində Bakı şəhərində doğulmuşdur. X2, anası Cavabdehdır.

7. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİİ seriyalı, 415321 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixində Bakı şəhərində doğulmuşdur. X2, anası Cavabdehdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 11/703 №-li ekspert rəyindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5 hal-hazırda ataları İddiaçı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələri azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anaları Cavabdeh bağlılıqları müəyyən olunmur. X1 və X5 psixikası və davranışlarında valideynlərinə qarşı olan münasibətləri ilə bağlı və hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı, kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Rəyin tədqiqat hissəsində göstərilir:

9. Müayinə olunan xx.xx.2014-cü il təvəllüdlü X8 psixoloji ekspertiza zamanı bildirir: “bir bacım var, məndən böyükdür. 5-də oxuyuram, Bacım 6-da oxuyur. Atamla qalırıq. İki il olar anam bizimlə qalmır. Bilmirəm harada yaşayır. Atamla dəqiq bilmirem niyə ayrılıblar. Dava etdiler, anam getdi. Anam bizə baxa bilmirdi. Anam işə gedirdi, evde yemək olmurdu. Anam atasıgilə getdi, sonra dedi uşaqlarımı istəyirəm. Atam dedi baxa biləcəksən? Çoxdandır atamla qalırıq. Anamla qalırdıq, atama dedik gəlsin bizi aparsın, anamiz bizə baxa bilmirdi. Atam gəldi bizi apardı. Atam bizə yaxşı baxır. Anam isdən gec gelirdi, yatırdı. Biz yemeksiz qalırdıq. Sonra biz atamıza yazdıq ki, gəlsin bizi aparsin. Atam gəldi bizi apardı. Anamız bizə analıq etməyib. Atamız deyir ki, ne olursa olsun, o sizin ananızdır." (psixoloji söhbet-müsahibə xx.xx.2024-cü il). Psixoloji tədqiqatın nəticələrinə görə X5 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur, Yusif Sultanovun əqli inkişafı aldığı təhsilinə və əhatə olunduğu sosial mikromühitə uyğun olmaqla, o, psixi cəhətdən normal inkişaf etmişdir. Yusif Sultanovun nitqi aydındır. Yusif Sultanov öz fikirlərini başqalarina catdırmaq üçün yaşına görə kifayət qədər lüğət ehtiyatına malikdir. Yusif Sultanovun sensor-perseptiv (duyğu və qavrayış) prosesləri, hafizəsi və ixtiyarı yaddasaxlaması normal inkişaf etməklə, idrak (psixi) proseslərinin inkişafında normadan kənaraçıxma halları üzə çıxmır.

10. Psixoloji ekspertiza zamanı müayinə olunan xx.xx.2013-cü il təvəllüdlü X6 qeyd edir ki: "...bir qardaşım var. Atamızla qalırıq. 6-da oxuyuram. Bir yerdə galanda anamla atam çox dava edirdilər. Anam evdə dava edib, bizi götürüb getdi atasıgilə. Bir il orada qaldıq, Atam yanımıza gəlirdi, paltar-yemək gətirirdi. Baba deyirdi ki, çıxın gedin sizə baxa bilmirəm. Anam atam üçün pis sözlər deyirdi, əsəbləşirdi. Atamız indi bizə yaxşı baxır. Anam deyir uşaqlarımı görmək istəyirəm, ama gedirik, bizə deyir ki, çıxın gedin burdan. Anamız üçün heç birimiz darıxmırıq, atamla qalmaq yaxşıdır, atam bizə yaxşı baxır.. (psixoloji söhbət-müsahibə - xx.xx.2024-cü il). Eksperimental-psixoloji tədqiqatın nəticələrinə görə X3 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Səmayə Sultanovanın əqli inkişafı aldığı təhsilinə və əhatə olunduğu sosial mikromühitə uyğun olmaqla, o, psixi cəhətdən normal inkişaf etmişdir. Səmayə Sultanovanın nitqi aydındır və o, kifayət qədər lüğət ehtiyatına malikdir. Səmayə Sultanova öz fikirlərini başqalarına çatdıra bilir. Səmayə Sultanovanın sensor-perseptiv (duyğu və qavrayış) prosesləri, hafizəsi və ixtiyarı yaddasaxlaması normal inkişaf etməklə, idrak (psixi) proseslərinin inkişafında normadan kənaraçıxma halları üzə çıxmır.

11. Eksperimental psixoloji müayinənin nəticələri göstərir ki, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 hal-hazırda ataları İddiaçı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anaları Cavabdeh bağlılıqları müəyyən olunmur. Uşaqlar - X3 və X5 psixikası və davranışlarında valideynlərinə qarşı olan münasibətləri ilə bağlı və hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur.

12. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəydən görünür ki, komissiya uşaqların fikirlərini, işin araşdırılan halları ilə onların hansı valideynin yanında qalmalaır ilə bağlı fikrilərinin nəzərə alınmadan digər valideynin himayəsinə verilmələri üçün uşaqların maraqlarına zidd olan halların müəyyən edilməməsini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci, 58-ci, və 60-ci maddələrini nəzərə alaraq, yetkinlik yaşına çatmayanlar xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 ataları İddiaçı yanında qalmalarını məqsədə müvafiq hesab etmişdir.

13. Komissiya rəyində göstərir: xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 ilə maraqlı şəxslərin iştirakı ilə aparılan söhbət zamanı onlar bildirmişlər ki, analarının yanında tam qayğı ilə əhatə olunmamışlar, ana babaları onları incitmişdir, ataları onlara analarından daha yaxşı baxır, qayğılarına qalır, söhbət edir, lazım olanları alır, bəzən tənbeh edir, lakin döymür. Atalarının yanında yaşamaq onlara rahat və maraqlıdır. Atalaırnı daha çox istəyirlər. Buna görə də, atalarının himayəsində yaşamaq istəyirlər.

14. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilən xx.xx.2025-ci il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, Cavabdeh yaşayış ünvanına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, ev iki mərtəbəlidir. Cavabdeh həmin evin ikinci mərtəbəsindəki otaqlardan birində yaşayır. Yaşadığı sahə bir otaqdan, 15 kv.m sahədən ibarətdir. Mətbəx, hamam, sanitar qovşaq isə ümumi istifadədədir. Evdə təmir işləri aşağı səviyyədədir. Sanitargigiyenik qaydalara əməl olunmamışdır. Ev məişət və mebel avadanlıqları ilə natamam təmin olunmuşdur. Evdə uşaqların asuda vaxt keçirməsi və rahat yaşaması üçün şərait mövcud deyildir. Həmin evdə uşaqların yaşaması, onların həyatı və sağlamlığı üçün məqsədəmüvafiq deyildir.

15. “Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

16. İddiaçı ilə Cavabdeh Vaqif qızı arasında faktiki nikah münasibətləri olmuş və həmin nikahdan xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 doğulmuşlar. Uşaqlar faktiki olaraq atalarının himayəsindədirlər.

17. İddiaçı uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, 400 manat aliment tələb edir.

18. Cavabdeh uşaqların öz himayəsində saxlanılmasını tələb edərək, uşaqların ona qarşı öyrədildiklərini bildirdiyindən, mübahisənin obyektiv həlli üçün iş üzrə məhkəməpsixoloji ekspertizası təyin edilmiş, həmdə qəyyumluq və himayəçilik komissiyasından rəy tələb edilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 11/703 №-li ekspert rəyi ilə xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5 hal-hazırda ataları İddiaçı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələri azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anaları Cavabdeh bağlılıqları müəyyən olunmamışdır. Həmçinin uşaqların psixikası və davranışlarında valideynlərinə qarşı olan münasibətləri ilə bağlı və hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı, kənar psixoloji təsir əlamətləri müəyyən olunmamışdır.

20. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəydən ilə komissiya uşaqların fikirlərini, işin araşdırılan halları ilə onların hansı valideynin yanında qalmalaır ilə bağlı fikrilərinin nəzərə alınmadan digər valideynin himayəsinə verilmələri üçün uşaqların maraqlarına zidd olan halların müəyyən edilməməsini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci, 58-ci, və 60-ci maddələrini nəzərə alaraq, yetkinlik yaşına çatmayanlar xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 ataları İddiaçı yanında qalmalarını məqsədə müvafiq hesab etmişdir.

21. Həm komissiyada, həm də ekspertiza tədiqatında iştirak edən uşaqlar analarının yanında tam qayğı ilə əhatə olunmadıqlarını, atalarının onlara analarından daha yaxşı baxdığını, atalarını daha çox istədiklərini bildirmişlər.

22. Azemis” Elektron Məhkəmə sistemindən cavabdehin gəlir məlumatlarının sorğulanması nəticəsində onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satıcı kimi işlədiyi və aylıq 400 manat əmək haqqı aldığı müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

23. Məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ərizəsində yalnız alimentin tutulmasını tələb etsə də, əslində iddianın mahiyyəti faktiki vəziyyətə uyğun uşaqların yaşayış yerinin müəyyən edilməsi və bu əsasla cavabdehdən alimentin tutulması təşkil edir.

24. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

25. 48-ci maddəsinə əsasən Bu Məcəllənin 44—45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar.

26. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

27. 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.

28. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.

29. Yetkinlik yaşına çatmayan uşaqların yaşlarını, maraqlarını, mənafelərini, onların fikirlərini, cavabdehin uşaqların yaşayış yerini mübahisələndirsə də, keçən müddət ərzində uşaqların mübahisəsiz olaraq iddiaçının yanında yaşamalarını, komissiya və ekspert rəylərini nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin faktiki nikahlarından doğulan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 ataları İddiaçı yanında qalmaları müəyyən edilməlidir.

30. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

31. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

32. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

33. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

34. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

35. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

36. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

37. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynlərin borcu olduğundan, uşaq yanında olan valideynin uşağın saxlanılmasında iştirak etməyən digər valideyindən aliment tələb etməsi əsaslıdır.

39. Belə ki, Ailə Məcəlləsi alimentin miqdarının müəyyən edilməsini aliment ödəməli olan şəxsin qazancı və digər gəlirləri ilə əlaqələndirsə də(Ailə Məcəlləsi 76), müntəzəm və kifayət qədər qazancı və ya ümumiyyətlə qazancı və sair gəliri olmayan valideynlərə münasibətdə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu müəyyən mənada alimentin minimal meyarı kimi qəbul edilir. Belə ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir prinsipi məhkəmə təcrübəsində formalaşmışdır. Qanunda isə 2024-cü ilə görə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir.

40. Məhkəmə hər iki valideynin uşaqlarını saxlamağa borclu olduğunu, minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasının zəruriliyini, uşaqların əvvəlki təminatının səviyyəsinin maksimal saxlanılmalı olmasını, uşaqların yaşı ilə bağlı xərclərinin həcmini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay hər uşaq üçün 200 manat məbləğində müəyyən edilməlidir.

41. Bundan əlavə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

42. Eyni zamanda həmin Plenum qərarında qeyd edilmişdir ki, Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir.

43. Yuxarıda göstərilən hüquqi mövqeyə görə məhkəmə hesab edir ki, sabit pul məbləğində təyin edilən aliment məbləği ölkə üzrə həmin il üçün müəyyən edilən minimum əmək haqqı (2024-cü il üçün 345 manat təşkil edir) məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Belə olduğu halda, tutulmalı olan 200 manat aliment məbləği 2024-cü il üçün müəyyən edilən minimum əmək haqqının 0,58 (0,579) mislini təşkil edir.

44. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.

45. Odur ki, uşaqların saxlanılması üçün alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Tətbiq edilən prosessual normalar:

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

47. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

48. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

49. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;

50. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;

51. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

52. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir.

53. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Nəticə:

54. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 ataları İddiaçı yanında qalmaları müəyyən edilməli, xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimumum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

55. Həmçinin dövlət rüsumunun çatışmayan hissəsində 18 (iddianın qiyməti 68- 50 mediasiyada ödənilən vəsait) manat məbləğində vəsait Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməldir.

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 ataları İddiaçı yanında qalmaları müəyyən edilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2013cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimumum əmək haqqının 0,58 (sıfır tam, yüzdə əlli səkkiz) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun çatışmayan hissəsində 18(on səkkiz) manat məbləğində vəsait Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar