Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4223/2021 26.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil Tafiq oğlu iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2952/2018 saylı 05.10.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 02.10.2009-cu il təvəllüdlü X6 və 14.09.2012-ci il təvəllüdlü X7 iddiaçının yanında saxlanılmışdır. Cavabdeh də birgə nikahlarından olan uşaqların maddi təminatı ilə bağlı xərclərdə iştirak etməlidir. İddiaçının və cavabdehin gəlirləri barədə onun məlumatı yoxdur. Ona görə də Cavabdeh 02.10.2009cu il təvəllüdlü X3 və 14.09.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.10.2018-ci il tarixli qətnaməsi ilə onunla İddiaçı arasında olan nikah pozulmuş, birgə nikahlarından olan 02.10.2009-cu il təvəllüdlü X6 və 14.09.2012-ci il təvəllüdlü X7 atalarının yanında saxlanılmışdır. Nikah pozulduqdan sonra uşaqların atalarının yanında saxlanmasının səbəbi İddiaçı maddi imkanın yaxşı olması olmuşdur. Belə ki, iddiaçı Azərbaycan Lizinq Şirkəti MMC-nin baş direktoru vəzifəsində işləməklə 4600 manat əmək haqqı alır. O, Melorasiya-2010 MMC-də anbardar vəzifəsində çalışmaqla aylıq əmək haqqı 125 manat təşkil edir. İddiaçının birgə nikahlarından olan uşaqlarını saxlamaq üçün kifayət qədər gəlirə malik olsa da, o, iddia ərizəsini qismən qəbul edir hər ay iki uşağa görə cəmi 125 manat aliment ödəməyə razıdır. Ona görə də iddia ərizəsinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2952/2018 saylı 05.10.2018-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 18.03.2008-ci il tarixdə bağlanmış, nikah qeydlər kitabında 431 nömrəsi ilə Bakı nikah evində qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 02.10.2009-cu il təvəllüdlü X6 və 14.09.2012-ci il təvəllüdlü X5 atası İddiaçı himayəsində saxlanılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı uşaqların ananın yanında qalması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. 1 saylı Asan xidmət mərkəzi tərəfindən 21.04.2014-cü il tarixdə verilmiş AZE seriyalı 12460009 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan 02.10.2009-cu il tarixdə Bakı şəhərində doğulmuş Bəkir İbrahimlinin atası İddiaçı, anası Cavabdehdır. 1 saylı Asan xidmət mərkəzi tərəfindən 21.04.2014-cü il tarixdə verilmiş AZE seriyalı 12460036 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan 14.09.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş Ayşə İbrahimlinin atası İddiaçı, anası Cavabdehdır. Azərbaycan Respublikası ƏƏSMN-nin X2 Sisteminin 26.05.2021-ci il tarixli iş yerinə dair arayışdan müəyyən olunur ki, İbrahimova X4-2010 MMC-də anbardar vəzifəsində işləməklə aylıq əmək haqqı 125 manat təşkil edir. Elektron sistemin əmək müqaviləsi məlumatından müəyyən olunur ki, İddiaçı Azərbaycan Lizinq Şirkəti MMC-də baş direktor vəzifəsində işləməklə əmək haqqı 4660 manat təşkil edir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin vəya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, övladlarını maddi cəhətdən təmin etmək üçün kifayət qədər qazanca malik olan iddiaçının cavabdehin gəlirləri barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə 02.10.2009-cu il təvəllüdlü X3 və 14.09.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 62,50 manat olmaqla cəmi 125 manat aliment iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. 29.04.2021-ci il tarixdən hesablanmaqla 02.10.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 62,50 manat aliment İddiaçı xeyrinə tutulsun. 29.04.2021-ci il tarixdən hesablanmaqla 14.09.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 62,50 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-4223/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4223/2021
26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver