Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-439/2024 03.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 oktyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin və 100 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər qeyri-rəsmi olaraq nikah münasibətlərində yaşamış və bu münasibətdən xx.xx.2022-ci il tarixdə Turan adlı övladları anadan olmuş, atalığın müəyyən edilməsi barədə şəhadətnaməyə əsasən atalıq müəyyən edilmişdir. Lakin sonradan cavabdeh övladına qarşı laqeyd yanaşmış, süni şəkildə dava salaraq münasibətləri pozmuş, övladına atalıq borcunu yerinə yetirməkdən boyun qaçırmışdır. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq, cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq 750 manat sabit pul məbləğində alimentin və Mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 100 manat pulun tutulmasını xahiş etmişdir. Cavabdeh Məmmədov X2 Günel Maarif qızına qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və xx.xx.2022-ci il təvəllüdlü Turanın bioloji atası olmadığı üçün bununla bağlı 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 382 nömrəli qeydin, həmin qeyd əsasında verilmiş “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin, 1 saylı Bakı “ASAN xidmət” X3 doğum kitabının 5361-ci səhifəsinin, AZ-İV № 808424 nömrəli doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-439/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Cavabdeh nümayəndəsi-vəkilinin ərizəsi əsasında Cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil iddia tələbinə etiraz edərək, tələbin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, 04 oktyabr 2022-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. - “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-in xx.xx.2024-cü il tarixli, 723/2023-MTBŞ saylı ekspert rəyinə əsasən, genetik test nəticəsində testə uğradılan güman olunan ata (F) ilə uşaq (C) arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh olunun ekspertizaya təqdim olunmuş X6 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-451/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq, məhkəmə qətnaməsi qəbul edilənədək, İddiaçı ödənilməsi qərara alınmışdır. Məhkəmə AR Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75, 76 və 78-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Həmçinin qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Lakin alimentin tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-451/2023 saylı, xx.xx.2023-cü il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadı olduğundan, alimentin tutulması xx.xx.2024-cü il tarixdən başlanılmalıdır. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Qanunvericilik alimentin təyin edilməsinin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşağın əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu (“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir) özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşaqların mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, uşağın saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment müəyyən edilməklə tutulması ədalətli olar. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməli, 04 oktyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh 04 oktyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-439/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-439/2024
03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver