Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4434/2022 05.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC), Cavabdeh2nə (MMC) və Cavabdeh3 Nizamhikmət oğluna qarşı subroqasiya qaydasında pul tələbi barədə işə 05 avqust 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: «"xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər "xxxx" MMC, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada 1028,55 (bir min iyirmi səkkiz manat, 55 qəpik) məbləğində sığorta ödənişi, 30,28 (otuz manat iyirmi səkkiz qəpik) məbləğində dövlət rüsumu, cəmi 1058,83 (bir min əlli səkkiz manat, 83 qəpik) manat məbləğində pulun cavabdehdən tutulub onun hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən küçəsində "xxxx" MMC-nin mülkiyyətində olan “DAEWOO BS090 Avtobus” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 MMC tərəfindən təqdim edilmiş 351 saylı yol vərəqəsinə əsasən Cavabdeh3 tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtokasko qaydaları ilə sığortalanmış “Mazda 6 minik” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyət itəsinə ziyan dəymişdir. AR DİN Bakı Şəhər BPİ DYPİ-nin xx.xx.2021-ci il tarixli müvafiq arayışına, İXP ******* saylı inzibati xəta haqqında protokola və TP ******* saylı inzibati tənbeh haqqında qərara əsasən Cavabdeh3 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və barəsində AR İXM-nin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətani törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, www.isb.az saytından çıxarışdan göründüyü kimi, Cavabdeh3 tərəfindən idarə edilən “DAEWOO BS090 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - yol vərəqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh3 yol vərəqəsi Cavabdeh2 MMC tərəfindən verilmişdir. - reyestrdən çıxarış sənədinin surətindən müəyyən olunur ki, “DAEWOO BS090 Avtobus” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. - “Mazda 6 minik” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin ********** saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, həmin nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-cü il tarixindək sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi üzrə azadolma məbləği 100,00 (bir yüz) manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Mazda 6 minik” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1128,55 (bir min yüz iyirmi səkkiz manat, əlli beş qəpik) manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli, 285/21 saylı sığorta aktına və xx.xx.2021-ci il tarixli, №İT0001578 saylı Ödəniş tapşırığına əsasən, 1028,55 (bir min iyirmi səkkiz manat, 55 qəpik) manat məbləğində sığorta ödənişi (sığorta şəhadətnaməsində razılaşdırılmış 100 manat azadolma məbləği çıxılmaqla) sığorta şəhadətnaməsi üzrə sığortalı avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına ödənilmişdir. - xx.xx.2022-ci il tarixli, BS-S-22/0293 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1028,55 (bir min iyirmi səkkiz manat, 55 qəpik) məbləğində ödənilmiş sığorta ödənişinin 5 gün müddətində Cavabdeh3 tərəfindən geri ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1028,55 (bir min iyirmi səkkiz manat, 55 qəpik) məbləğində sığorta ödənişinin məbləğini cavabdehlərdən tələb etməkdə haqlıdır. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30,28 manat məbləğində pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: "xxxx" Sığorta Şirkəti ASC-nin iddiası təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh2ndən və Cavabdeh3 Nizamhikmət oğlundan müştərək qaydada 1028,55 manat pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30,28 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh2ndən və Cavabdeh3 Nizamhikmət oğlundan müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4434/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4434/2022
05.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver