Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4484/2023 01.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların mənzildən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh özünə məxsus cehiz əşyalarını – 1) yataq dəsti (paltar dolabı, çarpayı, çarpayı masası, güzgülü şkaf), 2) mətbəx mebeli, 3) qonaq otağı mebeli (iki ədəd şkaf, bir ədəd güzgülü qorka), 4) bir ədəd stol, 5) altı ədəd stul, 6) uşaq çarpayısı, 7) divan, 8) televizor, 9) soyuducu, 10) paltaryuyan, 11) mətbəx ləvazimatları, 12) döşəklər, 13) yorğanlar, 14) yastıqlar, 15) iki ədəd xalça və 16) üç ədəd xalını iddiaçının mülkiyyətində olan mənzildə saxlamaqla iddiaçının mənzildən istifadə hüququna maneə törədir. Dəfələrlə cavabdehə əşyaların mənzildən çıxarılması barədə müraciət olunsa da, o bunu etməmişdir. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddiani qəbul etdiyini, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Bundan başqa bildirdi ki, əşyaların bir hissəsini mənzildən çıxarmış, lakin iddia ərizəsində qeyd olunan əşyaların həcmi böyük olduğundan onları aparmaq mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 3123-cü məhəllə, ev-, mənzil 1615, korpus-2, giriş-3 (yeni qaydalarla: AZ1116, ünvan 2 ünvanında yerləşən 58,70 kv.m sahəsi olan mənzil xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 3123-cü məhəllə, korpus-2, giriş-3, mənzil 1615 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir və bu hüquq ona xx.xx.2020-ci il tarixdə verilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3166/2023 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, X2 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə məxsus cehiz əşyalarının onun mülkiyyətində olan mənzildə olduğunu qeyd etməklə, həmin əşyaların çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh iddia ərizəsində göstərilənləri, yəni ona məxsus cehiz əşyalarının iddiaçının mülkiyyətində olan mənzildə olduğunu təsdiq etdi. Göründüyü kimi, Cavabdeh məxsus cehiz əşyalarının iddiaçının mülkiyyətində olan mənzildə olması işin mübahisələndirilməyən halını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqları və X5 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Sporronq və Lonnrotun İsveçə qarşı” işi üzrə qərarında mülkiyyət hüququnun müdafiəsində üç qaydanı qeyd edərək göstərmişdir ki, bu hüquq özündə mülkiyyətdən məhrum edilmənin və mülkiyyətə müdaxilənin yolverilməzliyini, mülkiyyətdən istifadə edilməsinə nəzarəti ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh məxsus əşyaların iddiaçının mülkiyyətində olan mənzildə olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla, əmlakından öz istədiyi kimi istifadə etmək imkanına maneələr yaradır. Azərbaycan Respublikasının MPM-nin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (iddiaçının dövlət rüsumunun cavabdehdən tutulmasına dair tələbi yoxdur). Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus cehiz əşyaları ((1) yataq dəsti (paltar dolabı, çarpayı, çarpayı masası, güzgülü şkaf(dolab)), 2) mətbəx mebeli, 3) qonaq otağı mebeli (iki ədəd şkaf, bir ədəd güzgülü qorka), 4) bir ədəd stol(masa), 5) altı ədəd stul(oturacaq), 6) uşaq çarpayısı, 7) divan, 8) televizor, 9) soyuducu, 10) paltaryuyan, 11) mətbəx ləvazimatları, 12) döşəklər, 13) yorğanlar, 14) yastıqlar, 15) iki ədəd xalça və 16) üç ədəd xalı) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 3123-cü məhəllə, ev-, mənzil 1615, korpus-2, giriş-3 (yeni qaydalarla: AZ1116, ünvan 2 ünvanından çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları ((1) yataq dəsti (paltar dolabı, çarpayı, çarpayı masası, güzgülü şkaf(dolab)), 2) mətbəx mebeli, 3) qonaq otağı mebeli (iki ədəd şkaf, bir ədəd güzgülü qorka), 4) bir ədəd stol(masa), 5) altı ədəd stul(oturacaq), 6) uşaq çarpayısı, 7) divan, 8) televizor, 9) soyuducu, 10) paltaryuyan, 11) mətbəx ləvazimatları, 12) döşəklər, 13) yorğanlar, 14) yastıqlar, 15) iki ədəd xalça və 16) üç ədəd xalı) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 3123-cü məhəllə, ev-, mənzil 1615, korpus-2, giriş-3 (yeni qaydalarla: AZ1116, ünvan 2 ünvanından çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-4484/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4484/2023
01.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver