Məhkəmə qərarları › İş №e-2(001)-4614/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4614/2023

15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4614/2023 15.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair və iddiaçı Cavabdeh İddiaçı qarşı “əlavə xərclərin ödənilməsi və alimentin miqdarının artırılması” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 4433/2022 saylı qətnaməsinə əsasən təyin olunmuş birgə nikahdan doğulmuş xx.xx.2018ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin azaldırlaraq ondan hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə yaşadıqları dövrdə tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 dünyaya gəlmişlər. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4433/2022 saylı qətnaməsinə əsasən, onunla cavabdeh arasında xx.xx.2016-cı il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğuımuş xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli Əmək müqaviləsi bildirişində onun xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən “Kərpic və ya daş qalaqlarını bağlayan fəhlə” kimi aylıq əmək haqqının məbləği 350 manat olduğu qeyd olunmuşdur. İddiaçı Cavabdeh İddiaçı qarşı “əlavə xərclərin ödənilməsi və alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4433/2022 saylı qətnaməsinə əsasən tutulmuş alimentin miqdarını artıraraq xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən bir uşaq üçün hər ay 220 manat, toplam 440 manat alimentin, həmçinin autizm xəstəliyindən əziyyət çəkən qızını xx.xx.2020-ci il təvəllüdlü X2 müalicə xərcləri üçün hər ay 550 manat məbləğində əlavə xərclərin, ümumilikdə hər ay 940 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4433/2022 saylı qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, cavabdehdən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin qeyd edir ki, övladlarını tək böyüdür, heç yerdə işləmir. Cavabdehin verdiyi alimentdən başqa uşaqlarının tələbatını ödəmək üçün başqa gəlir yeri yoxdur. Belə ki, cavabdeh tərəfindən alimentin vaxtı-vaxtında ödənilməsi də təmin edilmir. Həmçinin qeyd edir ki, övladlarından biri autizm xəstəsidir. Bildirir ki, uşaqların saxlanması üçün təyin olunmuş alimentin miqdarı bu günki gün üçün çox azdır. O, onların ehtiyaclarını ödəyə bilmir. Bu səbəbdən də, autizm xəstəliyindən əziyyət çəkən övladının saxlanması üçün əlavə olaraq hər ay 500 manat və məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq bir uşaq üçün 220 manat təyin edilməsini məqsədə müvafiq hesab edir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 6183/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “əlavə xərclərin ödənilməsi və alimentin miqdarının artırılması” tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş iddia ərizəsi üzrə mülki iş hazırki mülki işlə bir icraatda birləşdirilmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək, iddianın təmin olunmasını və Cavabdeh iddiasını rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkmədə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iddianı müdafiə edərək, iddianın təmin olunmasını və İddiaçı iddiasının rədd edilməsini məhkəmədən xahiş etdi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh iddiası qismən təmin, İddiaçı iddiası isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İV seriyalı 116483 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 atası İddiaçı, anası Cavabdehdır. AZ-İV seriyalı 496799 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 atası İddiaçı, anası Cavabdehdır. Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin heç bir razılığa gəlməmişlər. Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı uşaqla ünsiyyət, alimentin azaldılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4433/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Həsənova (Ələsgərova) Gültən Elşad qızı arasında xx.xx.2016-cı il tarixdə Göyçay rayon Aşağı Qaraməryam İcra nümayəndəliyi qeydiyyat şöbəsində akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. "xxxx" Psixologiya və X9 MMC-nin arayışından görünür ki, X4 adına xx.xx.2023-cü il tarixində Mərkəzə Psixopedaqoji məşğələ üçün müraciət edilmiş və məşğələlərə başlanılmışdır. xx.xx.2023-cü il tarixinədək seansları davam etmiş, aylıq 180 manat olmaqla üç aylıq ödəniş olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə anası ilə birlikdə mərkəzə müayinə üçün müraciət edib.Həkimpsixiatr tərəfindən müayinə olunub. Diaqnoz: Uşaq autizmi, Kanner sindromu F84.0. “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ 21 nömrəli Uşaq Poliklinikasının xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 xx.xx.2020-ci il tarixində 21 nömrəli Uşaq poliklinikasının qeydiyyatındadır. X2 21 nömrəli Uşaq poliklinikasında hər hansı bir xəstəliklə bağlı müayinə və müalicəsi qeydə alınmamışdır. "xxxx" Psixologiya və X9 MMC-nin arayışından görünür ki, xx.xx.2023-cü il tarixində X4 mərkəzə gətirilmiş, həkim təyinatı ilə psixoloji və loqopedik konsultasiya edilməsi istənilmişdir. Ümumi müayinədən sonra, həftədə üç gün, 40 dəqiqə müddətlə, aylıq ödənişi 180 manat olmaqla, loqopedik seanslara yazılmışdır. Həmin tarixdən seanslar davamlı olaraq keçirilmişdir. Hal-hazırda da davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4433/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması haqqında Binəqədi Rayon Məhkəməsinin 2(001)-4433/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 1 ildən çox müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Həmçinin məhkəmə hesab edir ki, iddia əlavə xərc hissəsində qismən təmin edilməlidir. Belə ki, "xxxx" Psixologiya və X9 MMC-nin arayışından görünür ki, xx.xx.2023-cü il tarixində X4 mərkəzə gətirilmiş, həkim təyinatı ilə psixoloji və loqopedik konsultasiya edilməsi istənilmişdir. Ümumi müayinədən sonra, həftədə üç gün, 40 dəqiqə müddətlə, aylıq ödənişi 180 manat olmaqla, loqopedik seanslara yazılmışdır. Həmin tarixdən seanslar davamlı olaraq keçirilmişdir və hal-hazırda da davam edir. Uşaqların saxlanılması, onların maddi tələbatlarının təmin edilməsi hər iki valideynin vəzifəsi olduğundan məhkəmə hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X2 loqopedik seanslarının aylıq ödənişinin 90 manatı İddiaçı alınaraq Cavabdeh ödənilməlidir. Məhkəmə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası barədə onu vurğulamağı lazım bilir ki, uşaqların saxlanılması, onların maddi tələbatlarının təmin edilməsi hər iki valideynin vəzifəsidir. Hazırda tərəflərin birgə nikahlarından olan uşaqları Cavabdeh himayəsində olduğundan onların bütün qayğıları, təlim-tərbiyəsi ilə məşğul olmaq yükü hazırda cavabdehin üzərindədir. Belə olan halda məhkəmə hesab edir ki, uşaqların maddi tələbatlarının ödənilməsi yükünü tək cavabdehin üzərinə qoyulması əsassız olmaqla yanaşı həmçinin ədalətsizdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddiası rədd edilməlidir. Beləliklə, məhkəmə, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası rədd edilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “əlavə xərclərin ödənilməsi və alimentin miqdarının artırılması” tələbinə dair iddiası iddia qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4433/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməli və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, xx.xx.2020-ci il təvəllüdlü X2 loqopedik seanslarının aylıq ödənişinin 90 manatı İddiaçı alınaraq Cavabdeh ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı iddiası rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “əlavə xərclərin ödənilməsi və alimentin miqdarının artırılması” tələbinə dair iddiası qismən təmin olunsun. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4433/2022 saylı, xx.xx.2022-ci saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilsin. xx.xx.2020-ci il təvəllüdlü X2 loqopedik seanslarının aylıq ödənişinin 90 (doxsan) manatı cavabdeh İddiaçı alınaraq iddiaçıya Cavabdeh ödənilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar