Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4661/2025 24.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ziyan tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi Məhkəmə iclas katibi Kazmov Bəxtiyar Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3143 (üç min üz qırx üç) manat maddi ziyan, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 51,43 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Ravon Nexia R3 Minik” markalı, **- SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Mülkiyyətçi tərəfindən “Ravon Nexia R3 Minik” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024cü il tarixdə avtoservisə gətirilmişdir. Baxış keçirilən zaman avtomobildə zədə və nöqsanlar müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Aktda avtomobildə olan nöqsanlar sadalanmışdır. Qeyd olunan nöqsanlar barədə Cavabdeh yerində avtomobilə baxış zamanı məlumat verilmiş, lakin o, servisə gəlməkdən, müayinədə iştirak etməkdən, avtomobilə vurduğu ziyanı ödəməkdən və aktı imzalamaqdan imtina etmişdir. Aktda bu barədə qeyd aparılmışdır. Eyni zamanda bildirilir ki, cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsi ilə məktubla xx.xx.2025-ci ildə göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən xx.xx.2024-cü ildə tərtib edilmiş qüsur aktına əsasən avtomaşının bərpası üçün 3143 (üç min yüz qırx üç) manat tələb olunmuşdur. Qüsur aktına əsasən ehtiyat hissələrinin cəmi məbləği 1893 (bir min səkkiz yüz doxsan üç) manat, usta xidməti 1250 (bir min iki yüzəlli) manat təşkil etmişdir. Bu barədə şifahi məlumat verilsə də Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı öz avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından xx.xx.2024-cü il tarixdə avtomobilin təmirinə görə 3143 (üç min yüz qırx üç) manat ödəmişdir. Bundan sonra avtomobil təmir olunmuşdur. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməkdən boyun qaçırmışdır. Cavabdeh maddi ziyanın alınması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, avtomobili mülkiyyətçiyə cavabdeh özü təhvil vermişdir. Bu barədə akt tərtib edilmiş, lakin cavabdeh tərəfindən imzalanmamışdır. Cavabdehdən ziyanla bağlı polis protokolunun olub-olmaması soruşulduqda ziyanın özü tərəfindən vurulduğu qeyd edilmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh oğlu məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdehlə aparılan telefon danışığı zamanı ölkə xaricində olduğunu bildirmişdir. Bu fakt “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi ilə öz təsdiqini tapır.
Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
5. İddiaçı mülkiyyət hüququ ilə özünəməxsus “Ravon Nexia R3 Minik” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Mülkiyyətçi tərəfindən “Ravon Nexia R3 Minik” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024cü il tarixdə zədəli vəziyyətdə təhvil alınsa da cavabdeh təhvil aktını imzalamamışdır.
6. Avtomobil RS avtoservisdə qiymətləndirilmiş və ehtiyat hissələrinin qiyməti 1893 manat, təmir-bərpa işlərinin dəyəri 1250 manat olmaqla, 3143 manat müəyyən edilmiş və xx.xx.2024-cü il tarixində avtomobilə çəkilən xərc ödənilmişdir.
7. İddiaçı avtomobilə dəymiş 3143 manat məbləğində ziyanın ödənilməsini tələb edir.
8. Dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-dən mütəxəssis rəyi alınmış və xx.xx.2025-ci il tarixli Hesabatdan görünür ki, “Ravon Nexia R3 Minik” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində dəyişdirilməli olan hissələrinin və görüləcək işlər üçün xidmətin orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində yuvarlaq hesabla 2500 manat müəyyən edilmişdir. Ekspertizanın qiyməti 350 manatdır.
Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
9. Əvvəla hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
10. İşin müəyyən edilmiş faktiki hallarından məlum olur ki, iddia tələbinin qanuni əsası delikt nəticəsində vurulmuş zərərin ödənilməsidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
12. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
13. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
14. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
15. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
16. 1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
17. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
18. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
19. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, Cavabdeh hüquqa zidd əməli nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Həmin avtomobil sonuncu dəfə etibarnamə ilə Cavabdeh istifadəsində olmuşdur. Yəni işin halları ilə zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması sübut edilmişdir.
20. İşin mübahisələndirilən halı zərərin məbləği ilə bağlı olmuş və mötəbər sübut kimi qəbul edilən mütəxəsiss rəyi ilə vurulmuş zərərin həcmi müəyyən edilmişdir. Mütəxəssis rəyinə görə “Ravon Nexia R3 Minik” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində dəyişdirilməli olan hissələrinin və görüləcək işlər üçün xidmətin orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində yuvarlaq hesabla 2500 manat müəyyən edilmişdir.
21. Beləliklə, məhkəmə mütəxəssis rəyinə mötəbər sübut kimi qiymət verərək, hesab edir ki, cavabdehdən 2500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Tətbiq edilən prosessual normalar:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
23. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
25. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir;
26. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
27. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
28. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi qismində 2500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51,43 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
29. Mütəxəssisə ödənilməli olan 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (benefisiarın adı: Hüquqçu MMC, benefisiarın VÖEN-i:**********, hesab nömrəsi: AZ12PAHA40060AZNHC**********, müxbir bank: "xxxx" ASC, SWİFT: PAHAAZ22, bank kodu: 505141, valyuta: AZN, bank VÖEN-i: **********) ödənilməlidir.
30. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 2500 (iki min beş yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51,43 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssisə ödənilməli olan 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (benefisiarın adı: Hüquqçu MMC, benefisiarın VÖEN-i:**********, hesab nömrəsi: AZ12PAHA40060AZNHC**********, müxbir bank: "xxxx" ASC, SWİFT: PAHAAZ22, bank kodu: 505141, valyuta: AZN, bank VÖEN-i: **********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
X1