Məhkəmə qərarları › İş №e-2(001)-4727/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4727/2025

26.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4727/2025 26.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment məbləğinin azaldılması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-315/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və İddiaçı yetkinlik yaşına çatmayan X1 və X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarına uyğun olaraq hər uşaq üçün 246 manat olmaqla cəmi 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 06 noyabr 2012-ci il tarixdə Əliyeva Nuray və X3 doğulmuşdur. Bir müddət keçdikdən sonra xasiyyətləri uyğun gəlmədiyindən aralarında bağlanmış nikah pozulmuşdur. Belə ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı Ələdin oğluna qarşı nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8935/2012 saylı, 05 noyabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə 05 nömrəli aktla rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan olan olan xx.xx.2012-ci il təvəllüdlü X4 və X2 anası İslamova (Əliyeva) Gültər Seyran qızının yanında saxlanılması, xx.xx.2012-ci il təvəllüdlü X1 və X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh İddiaçı hər iki uşaq çün aylıq qazancının və ya gəlirinin sabit pul, 100 (yüz) manat, ümumilikdə 200 manat məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-13526/2017 saylı qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2012-ci il tarixli, 2(001)-8935/2012 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilərək, 06 noyabr 2012-ci il tarixdə doğulmuş X1 və X2 hər birinin 18 yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 136,60 manat olmaqla, ümumilikdə 273,20 manat sabit pul məbləğində aliment tutularaq İslamova (Əliyeva) Gültər Seyran qızına ödənilməsi qət edilmişdir. İddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-13526/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin (bir uşaq üçün 136,60 manat olmaqla, iki uşaq üçün 273,20 manat) indeksasiya edilərək, cavabdehlə birgə nikahlarından olan, 06 noyabr 2012-ci il tarixdə doğulmuş X1 və X2 hər birinin 18 yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh İddiaçı 2025-ci ilə münasibətdə hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində (bir uşaq üçün 246, iki uşaq üçün isə, 492 manat), sonrakı artımlar nəzərə alınmaqla, sabit pul məbləğində alimentin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-315/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2012-ci il təvəllüdlü X1 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (136,6 : 116 = 1.17) 1.17 misli həddində indeksasiyası qəbul olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin miqdarı ölkədə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli ilə - təcrübəyə əsasən 0.615 misli ilə müəyyən olunmalıdır. Halhazırda minimum əməkhaqqı 400 manat təşkil etdiyindən, bir uşaq üçün alimentin qanuni hesablaması 400 × 0.615 = 246 manat təşkil etməlidir. Lakin məhkəmə qərardadda 1.17 misli tətbiq etməklə bir uşaq üçün 468 manat, iki uşaq üçün isə 936 manat aliment məbləği təyin etmişdir. Müəyyən edilmiş aliment məbləği ədalətsiz dərəcədə yüksəkdir və iddiaçının hazırki maddi həyat şəraitinə uyğun gəlmir. Hal-hazırda iddiaçı işləmir, rəsmi iş yeri və gəliri yoxdur, dövlət orqanında işsiz kimi qeydiyyatdadır. Üstəlik yeni ailəsində iki azyaşlı övladı da vardır və eyni zamanda yaşlı valideynlərinin qayğısına qalır. Səhhətində problemlər var və ağır məişət şəraitində yaşayır. Belə bir vəziyyətdə aylıq 936 manat kimi yüksək aliment öhdəliyini yerinə yetirmək imkanlarını aşır və onun üçün qeyri-mümkün bir maliyyə yükü təşkil edir. Qeyd olunanlardan görünür ki, İddiaçı sabit pul məbləğində 936 manat alimentin ödənilməsi imkanı yoxdur və hesab edir ki, 06 yanvar 2012-ci il tarixdə doğulmuş X1 və X2 hər birinin 18 yaşına çatana qədər saxlanmaları üçün müəyyən edilmiş alimentin məbləği azaldılmalıdır. Cavabdeh tərəfindən alimentin azaldılması üçün Mediasiya təşkilatına müraciət edilmişdir. Proses xx.xx.2025-ci il tarixdə keçirilmiş və Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında da məhz bu məsələlərə aydınlıq gətirilmişdir. Həmin Plenum qərarında göstərilir ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əməkhaqqının müvafiq misli həddində müəyyən etməlidirlər; əks halda, yəni qətnamədə konkret məbləğ göstərilibsə, sonradan alimentin indeksasiyası məhz MPM-in 232-ci maddəsi üzrə icraatda məhkəmə qərardadı çıxarılmaqla həyata keçirilməlidir. Plenum qərarına əsasən alimentin indeksasiyası aparılarkən qanunvericilikdə yeganə meyar kimi ölkə üzrə minimum əməkhaqqı məbləğinin artımı nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsində göstərilən tələbi müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahdan 2 övladları dünyaya gəlib. Bir müddət sonra tərəflər arasında xasiyyətləri uyğun olmadığından nikahları məhkəmə qaydasında pozulmuş və uşaqların saxlanılması üçün aliment təyin edilmişdir. Lakin cavabdeh bir müddət sonra alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və alimentin məbləği artırılaraq 2017-ci il tarixli Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən hər uşaq üçün 136 manat məbləğində aliment təyin edilib. Daha sonra isə cavabdeh indeksasiya ilə məhkəməyə müraciət etmiş və aliment məbləği indeksasiya olunaraq yüksək məbləğdə təyin olunmuşdur. Nəticə etibarilə bir uşaq üçün 468 manat aliment məbləği təşkil edir. Bu məbləğin iddaçı tərəfindən ödənilməsi qeyri-mümkündür. İddiaçı rayonda yaşayır və işsizdir. Sözügedən uşaqlardan başqa iddiaçının hazırkı nikahından da 2 azyaşlı övladı vardır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etməyək bildirmişdir ki, qanunvericiliyə əsasən tərəflərin maddi vəziyyətində hər hansı dəyişiklik olarsa bu zaman aliment miqdarı azaldıla bilər. İddiaçının işsiz olması bildirilsə də onun ana, ata və əlavə olaraq hazırkı ailəsini maddi cəhətdən təmin etdiyi bildirilir. İddiaçının maddi imkanının yaxşı olmasını bildirirək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Mülki işin materialları:

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-315/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-13526/2017 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (136,6 : 116 = 1.17) 1.17 misli həddində indeksasiya olunması qərara alınmışdır.

6. Nikah və doğum haqqında şəhadətnamələrdən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 anadan olmuşdur.

7. e-Sosial portalının məşğulluq haqqında arayışına əsasən İddiaçı xx.xx.2025-ci il tarixində “işsiz” statusu kimi qeydiyyatdadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi::

8. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

9. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

10. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir.

11. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

12. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment məbləğinin ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

15. İşin materiallarından aydın olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçı yeni ailə həyatı qurmuş və hazırda həmin nikahdan iki ovladı var.

16. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir.

17. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

18. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

19. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

20. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

22. Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

23. Bundan əlavə qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi.

24. Məhkəmə hesab edir ki, iddiaçının dəlilləri əsaslı olduğundan aliment məbləği azalılmalıdır.

25. İş materiallarından görünür ki, Cavabdeh (nümayəndəsi-vəkili) iddiaçının tutulan aliment məbləğinin azaldılması tələbi ilə razı deyil və alimentin tutulma məbləğinin dəyişdirilməsinə etiraz edir.

26. Bundan başqa iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlə olan iki uşaqdan başqa daha iki uşağının, ümumilikdə himayəsində 4 uşağının, eləcə də işsiz olmasını qeyd edərək iddiasının təmin olmasını xahiş etmişdir.

27. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

28. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli qərarına əsasən:

29. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

30. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna əsasən bir uşağın saxlanılması üçün aliment məbləği 246 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlir ki, minimum əmək haqqının 1.17 misli həddində indeksasiya olunmuş alimentin məbləği həddən artıq yüksəkdir və ödənilməsi iddiaçının imkanı xaricindədir.

37. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırda iddiaçıdan tutulan aliment məbləği (bir uşaq üçün 468 manat olmaqla, cəmi 936 manat) ölkə üzrə təyin olunmuş minimum aliment məbləğindən (246 manat) və minimum əmək haqqı məbləğindən (400 manat) çox olduğundan, həmçinin iddiaçının ailə vəziyyəti, himayəsində digər nikahdan iki azyaşlı uşağının olması və işsizliyi nəzərə alınaraq iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-315/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-13526/2017 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.17 misli həddində indeksasiya olunmuş məbləği azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,64 misli həddində müəyyən edilməli, alimentin azaldılmış məbləğdə tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-315/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-13526/2017 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.17 misli həddində indeksasiya olunmuş məbləği azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,64 misli həddində müəyyən edilsin. Alimentin azaldılmış məbləğdə tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar