Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4731/2025 23.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X13 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, (Əhmədzadə) Nurlanə İmamverdi qızı ilə aralarında olan nikah kağız üzərində qaldığından, onun pozulması üçün məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4199/2019 saylı qətnaməsinə əsasən, aralarında olan nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X8 anasının himayəsinə verilımiş və övladının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ondan 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 355/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, ərizənin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4199/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Tanrıverdi oğlundan Cavabdeh xeyrinə tutulan alimentin məbləği hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddiaçı X7 ilə 27 noyabr 2024-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və nikahlarınıı 7 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 3237 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikah münasibətlərindən xx.xx.2023-cü il tarixli X9 və xx.xx.2024-cü il tarixli X5 adlı iki övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra qayğıları və öhdəliyi artmışdır. Belə ki, Bazar Store MMC-də anbardar vəzifəsində işləyir və 709 manat məbləğində əmək haqqı alır. Həyat yoldaşı X7 isə övladları körpə olduğundan, işləmək iqtidarında deyil. Aldığı əmək haqqı ilə həm birinci nikahdan olan övladı xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 160 manat məbləğində aliment ödəyir, həm də hazırkı nikahdan olan övladlarının bir fərd kimi böyüyüb boya-başa çatması üçün onların qayğılarına qalır. Ona görə də cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında iddianı təsdiq etdi. Cavabdeh iddiaya yazılı etiraz təqdim etdi, izahatında bildirdi ki, X3 bronxial astma kimi xroniki xəstəliklərdən əziyyət çəkdiyini və müalicə aldığını bildirmiş, bununla yanaşı rəsm və rəqslə məşğul olduğunu, hazırlıqlara getdiyini, hazırdakı alimentin hazırlıqlarını belə tam ödəmədiyini bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4199/2019 saylı qətnaməsinə əsasən, aralarında olan nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X8 anasının himayəsinə verilımiş və övladının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ondan 160 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-355/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, ərizənin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4199/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Tanrıverdi oğlundan Cavabdeh xeyrinə tutulan alimentin məbləği hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində indeksasiya olunması qərara alınmışdır. xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi rayon icra hakimiyyətinin sərəncamına əsasən X2 adının dəyişdirilməsinə və doğum haqqında şəhadətnamənin ad qrafasında “Nuray” yazılmasına icazə verilməsi qərara alınmışdır. xx.xx.2015-ci il tarixli uroloji mərkəzinin tibbi arayışına əsasən, X1 cinsiyyət dodaqlarının bitişməsi diaqnozu qoyulmuşdur. xx.xx.2017-ci il tarixli NS Estetik Klinikasınin arayışına əsasən, X6 bronxial astma diaqnozu qoyulmuşdur. xx.xx.2018-ci il tarixli 3 saylı X16 Dispanserinin arayışına əsasən, X4 Enterebrus vemvicularis tapılmışdır. Verilən resept və tibbi arayışlardan görünür ki, X6 bronxial astma xəstəlikləri diaqnozu qoyulmuşdur. AZEMİS sistemdən çıxarışdan müəyyən olnur ki, İddiaçı Tanrıverdi oğlunun xx.xx.2023-cü il təvəllüdlü X9 və xx.xx.2024-cü il təvəllüdlü X5 adlı iki övladları var. AZEMİS sistemdən çıxarışdan müəyyən olnur ki, "xxxx" MMC-də anbardar işləyir və aylıq əmək haqqı 800 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat, uşaqların saxlanılması üçün minimum məbləğ isə 246 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin Məhkəmə gəldiyi nəticəni təktərəfli qiymətləndirməməli, iddiaçının da cavabdehin də mövqeyini diqqətdən qaçırmamalıdır. İşin faktiki hallarından məlum olur ki, iddiaçı ikinci dəfə ailə qurub və himayəsində iki azyaşlı uşağı var. Təbii ki, məhkəmə cavabdeh ilə bir nikahdan anadan olmuş uşaqların mənafeyini nəzərə aldığı kimi iddiaçının ikinci nikahından da dünyaya gəlmiş azyaşlı uşaqlarının da mövcud ola biləcək maddi xərclərini, tələbatlarını nəzərə almalıdır. Bundan əlavə elektron sistemdən müəyyən edilir ki, iddiaçının rəsmi qazancı 800 manat təşkil edir, cavabdeh də həmçinin daxili işlər orqanlarında xidmət göstərdiyini və aylıq 743 manat əmək haqqı aldığını bildirir. Ailə qanunvericiliyi uşağın saxlanmasını hər iki valideynin borcu olmasını və onun saxlanılmasında hər ikisinin eyni dərəcədə məsuliyyət daşımasını müəyyən etmişdir. Belə olan halda isə uşağın saxlanılması öhdəliyi ilə biz yalnız atanı yükləməklə onun ailə və maddi vəziyyətini nəzərə almaya bilmərik. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı Tanrıverdi oğlundan sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,63 misli həddində aliment tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda məhkəmə xərcləri mediasiya sessiyasında ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğdən ibarətdir. Məhkəmə işin diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-355/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində alimentin məbləği dəyişdirilərək azaldılsın və hər ay İddiaçı Tanrıverdi oğlundan sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,63 misli həddində aliment tutularaq Cavabdeh ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-4731/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4731/2025
23.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver