Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4796/2024 05.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 22 aprel 2024-cü il tarixdə saat 22:08-də bacısı Çimnaz Rzayevanın bank hesabına öz kart hesabından pul göndərərkən, kartın sonuncu iki rəqəmini səhv yazaraq 787 manat məbləğində pulu Cavabdeh kart hesabına göndərmişdir. Bundan sonra həmin hesab nömrəsi üzrə axtarış edəndə ona məlum olmuşdur ki, o, 787 manat pulu yanlışlıqla Cavabdeh hesabına ödəmişdir. Bu barədə o, Tovuz rayon Polis Şöbəsinə, "xxxx" ASC-yə və "xxxx" KB ASC-yə müraciətlər etmişdir. Onun müraciəti əsasında Tovuz rayon Polis Şöbəsinin əməkdaşları Cavabdeh ilə əlaqə saxladıqda sonuncu bildirmişdir ki, atası qoca və yaşlı olduğundan harasa gedib, pulu qaytara bilməyəcəkdir. Bundan sonra onlar bildirmişlər ki, həmin məbləğin üstündən 70-80 manat götürsün taksi ilə onlara göndərsinlər. Cavabdeh əvvəlcə bununla razılaşsa da, sonradan telefonunu söndürərək, pulu qaytarmaqdan imtina etmişdir. Hazırda cavabdehlə əlaqə saxlamaq mümkün deyildir. Cavabdeh ona qarşı maddi hüquq pozuntusu törətmişdir. Cavabdehin bu qanunazidd əməlləri nəticəsində ona maddi ziyan vurulmaqla yanaşı, o, mənəvi sarsıntı da keçirmişdir. O, hesab edir ki, Cavabdeh 787 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq ona ödənilməlidir. Digər tərəfdən o, qeyd etmişdir ki, maddi imkanı ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, mülki işə onun iştirakı olmadan baxılıb Cavabdeh 787 manatın və dövlət rüsumu hesabına ödədiyi 30 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə onun iştirakı olmadan baxılaraq iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, X1 məxsus 416973******8862 nömrəli kart hesabından xx.xx.2024-cü il tarixdə 787.88 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********6 nömrəli qəbzdən görünür ki, 416973******8862 nömrəli kart hesabından 409809******2135 nömrəli kart hesabına 787 manat ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, X2 "xxxx" ASC-nin müştərisi olmaqla yanaşı, ona həmin bank tərəfindən “BirBank Cashback Plus” kartı (kartın nömrəsi: “416973******8862”) verilmişdir. 23 aprel 2024-cü il tarixdə həmin hesabdan aparılmış əməliyyat nəticəsində 787 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən məhkəməyə ünvanlanmış 17 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, 409809******2135 nömrəli kart xx xxx 1969-cü il təvəllüdlü Cavabdeh (FİN:xxxxxxx) məxsusdur. İş materiallarında olan Tovuz Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 24 aprel 2024-cü il tarixli məktubdan görünür ki, onun 23 aprel 2024-cü il tarixdə Tovuz RPŞnə etmiş olduğu müraciətinə həmin şöbə tərəfindən baxılmış və müraciətində cinayət və inzibati xəta tərkibi aşkar edilmədiyindən ona aidiyyəti üzrə banka müraciət etməsi məsələhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. (maddə 439.4) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (maddə 1091.2) Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. (maddə 1092.3) Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. (maddə 1093.1) Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, mülki işin materialları ilə təsdiq edilir ki, İddiaçı məxsus 416973******8862 nömrəli kart hesabından xx.xx.2024-cü il tarixdə səhvən Cavabdeh məxsus 409809******2135 nömrəli kart hesabına 787 manat məbləğində pul vəsaiti köçürülmüş, lakin cavabdeh tərəfindən həmin məbləğ hazırki günədək iddiaçıya geri qaytarılmamışdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 787 (yeddi yüz səksən yeddi) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-4796/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4796/2024
05.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver