Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4868/2024 12.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların atanın himayəsində saxlanması və aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların atanın himayəsində saxlanması və aliment arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Vüqar qızı ilə ilə aralarında xx.xx.2018-ci il tarixində bağlanmış nikahın ləğv edilməsi, nikah pozulduqdan sonra birgə nikahdan olan övladları xx.xx.2019-cu il təvəllüdlü qızları X1 və xx.xx.2021-ci il təvəllüdlü oğulları X5 oğlunun onun, yəni atanın himayəsində saxlanması, birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü qızları X1 və xx.xx.2021-ci il təvəllüdlü oğulları X5 oğlunun yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanması üçün aybaay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat alimentin Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 4868/2024 saylı qərardadı ilə göstərilən iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq bildirmişdir ki, o, 2(001)-4836/2024 saylı mülki iş üzrə nikahın pozulması, uşağın yanında qalması və alimentin tutulması barədə iddia ərizəsini xx.xx.2024-cü il tarixdə məhkəməyə vermişdir. Sonradan ona məlum olmuşdur ki, eyni mahiyyət və predmetlə olan iddia ərizəsi ilə onun iddia ərizəsi üzrə cavabdeh olan İddiaçı da məhkəməyə müraciət etmişdir ondan sonra. Odur ki, hazırki mülki işin bir icraatda 2(001)-4836/2024 saylı iş ilə birləşdirilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək, təmin olunmasını məhkəmən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh vəsatəti müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməli, hazırki mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın yanında qalması və aliment” tələbinə dair 2(001)-4836/2024 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Belə ki, təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və onunla cavabdeh İddiaçı arasında 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 1460 nömrə ilə qeyd edilmiş nikahlarının pozulması, birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 atası, cavabdeh İddiaçı alınaraq onun himayəsində verilməsi və onun yanında qalması, onların, yəni birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Binəqədi Rayon Məhkəməsinin 2(001)-4836/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi icraata götürülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil vəsatətin təmin olunmasına etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Göründüyü kimi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında biri-biri ilə əlaqəli eyni növlü iki mülki iş vardır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-4836/2024 saylı iş xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılması məqsədəmüvafiq hesab edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların atanın himayəsində saxlanması və aliment” tələbinə dair e-2(001)-4868/2024 nömrəli mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın yanında qalması və aliment” tələbinə dair 2(001)-4836/2024 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə 2(001)-4836/2024 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-4868/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4868/2024
12.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver