Məhkəmə qərarları › İş №e-2(001)-4923/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4923/2024

10.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4923/2024 10.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə (açar sözlər: aliment) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı nümayəndəsi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti:

1. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, tərəflərin birgə nikahından olan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X1 üçün 24 fevral 2023-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 235 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Daha sonra ilk iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşməsinə dair məhkəməyə ərizə ünvanlayaraq, tərəflərin birgə nikahından olan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay 235 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3411/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı əsasında X4 X2 üçün tutulan alimentin 50% miqdarını X9 yetkinlik yaşına çatanadək onun adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Z.Əhmədzadə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-121/2023 saylı iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsi (hakim İlkin Əliyev) ilə Cavabdeh ilə İddiaçı arasında 27 iyun 2010-cu il tarixdə Səadət sarayında (Bakı Nikah evində) 1481 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2011-ci il təvəllüdlü X5 atası İddiaçı, xx.xx.2013-cü il təvəllüdlü X6 anası Cavabdeh yanında qalması qət edilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3411/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-121/2023 saylı, 24 fevral 2023-cü il tarixli qətnaməsi qismən, yəni xx.xx.2013-cü il təvəllüdlü X7 münasibətdə alimentin tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 iyun 2022-ci ildən başlayaraq İddiaçı hər ay sabit pul məbləğində 500 (beş yüz) manat aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qərara alınmışdır. Hesab edirik ki, tərəflərin birgə nikahından olan uşaqlardan biri xx.xx.2011-ci il təvəllüdlü X5 atası İddiaçı yanında yaşadığından həmin uşağın saxlanılması üçün Cavabdeh hər ay 235 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmalıdır. Həmçinin, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikaha xitam verilməsinə dair 2(001)-121/2023 saylı iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olarkən iddiaçı onunla qalacaq uşaq üçün cavabdehdən alimentin tutulmasını tələb etmiş, lakin məhkəmə bu məsələyə heç bir münasibət bildirməmişdir.

4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 76.1.1-ci maddəsinə görə, 1 uşağa görə qazancın və (və ya) başqa gəlirlərin dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadları ilə Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən qarşılıqlı iddia tələbi baxılmamaış saxlanılmış, həmçinin ilk iddia tələbinə “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3411/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı əsasında X4 X2 üçün tutulan alimentin 50% miqdarını X9 yetkinlik yaşına çatanadək onun adına açılmış bank hesabına köçürülməsi barədə hissəsində icraata xitam verilmişdir.

İİ. Tərəflərin mövqeləri:

Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və ilk iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdeh yanvar ayından ayrı yaşayır. İddiaçı Zaur Əhmədzadə bir ata olaraq uşaqların bütün xərclərində iştirak edir, ananın himayəsində saxlanmış uşaq üçün 500 manat aliment ödəməli olduğu halda, ata hər iki uşağın ödənişli əsaslarla təhsil aldıqları məktəbdə təhsil haqqını tam ödəmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə Cavabdeh iddia tələbinə etiraz edəərk bildirdi ki, iddiaçının kifayət qədər gəlirləri var və aliment məbləğinə ehtiyacı yoxdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini və təxirə salınmasını xahiş etsə də, ərizəsində üzürlü səbəblər barədə məlumat vermədiyindən və bu barədə sübutlar təqdim erdilmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə ilk iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3411/2023 saylı. xx.xx.2023-cü il tarixli qətnaməsinini surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-121/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci ildən başlayaraq cavabdeh İddiaçı hər ay sabit pul məbləğində 500 manat alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4923/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ilk iddia üzrə “Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3411/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı əsasında X4 X2 üçün tutulan alimentin 50% miqdarını X9 yetkinlik yaşına çatanadək onun adına açılmış bank hesabına köçürülməsi” tələbinə xitam verilməsi, ilk iddia üzrə iddiaçıya Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3411/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının icrası qaydasında eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4923/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. -Azemis Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh aylıq əmək haqqı 400 manat olmaqla iron İnşaat MMC-də mühasib kimi çalışır. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ilk iddia üzrə iddiaçının nümayəndəsinin iddianın təmin edilməsi barədə barədə fikrini, məhkəmə iclasında verdikləri izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 75.5-ci maddəsinə görə, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ... alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması ... tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.5-ci bəndinə görə sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olubolmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi) “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentlə bağlı qeyd edir ki, iddiaçı və cavabdeh rəsmi gəlirlərə sahibdir, birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü Ömər Əhmədzadə atanın, xx.xx.2013-cü il təvəllüdlü Suad Əhmədzadə isə ananın himayəsində saxlanmışdır. Tərəflər arasında olan mübahisə ilə bağlı məhkəmə çəkişməsi müddətində ana Cavabdeh gəlirlərə malik olmamıış, hazırki halda isə onun əmək fəaliyyəti ilə məşğul olmaqla rəsmi gəlirlərə malik olduğu müəyyən edilmişdir. Bundan başqa ananın himayəsində saxlanmış Suad Əhmədzadənin təhsil xərcləri ata tərəfindən qarşılanmaqdadır. Məhkəmə xüsusi ilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamaq hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə qeyd edir ki, cavabdeh bir ana kimi övladının qayğısına qalmalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanmasını tələb etməsini və həmin tarixdən alimentin tutulmasını Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olarkən iddiaçı onunla qalacaq uşaq üçün cavabdehdən alimentin tutulmasını tələb etməsi, lakin məhkəmə bu məsələyə heç bir münasibət bildirməməsi ilə izah etsə də, məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisəyə baxılan zaman cavabdeh gəlirlərə malik olmadığından uşağın yanında saxlanılan atanın alimement tələbi təmin edilməmi, bu barədə müvafiq məhkəmə qərarlarında əsaslandırma öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə uşağın mənafeyini əsas götürərək belə qənaətə gəlir ki, ilk iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. V. Nəticə:

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İlk iddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş mediasiya xərci ilk iddia üzrə iddiaçıya aid edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar