Məhkəmə qərarları › İş №e-2(001)-4936/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4936/2022

13.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4936/2022 13.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 cəlb edilməklə) mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50.000 manat mənəvi ziyana görə kompensasiyanın və ödənilmiş 240 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 1(009)-211/2015 saylı hökmünə əsasən X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 04 avqust 2015-ci il tarixdən 05 avqust 2015ci il tarixədək həbsdə saxlanılmasını nəzərə alaraq, onun cəzası yüngülləşdirilmiş və üzərində qəti olaraq 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 5 il 2 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, X4 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə zalından həbs edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 16 noyabr 2015-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. İşin əsas halları ondan ibarətdir ki, X13 20 saylı marşrut xətti üzrə Cavabdeh MMC-də sürücü işləməklə, Cavabdeh MMC-yə məxsus avtobusla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan onun oğlu X5 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 24 iyul 2015-ci il tarixdə, saat 19:20 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan 20 saylı marşrut xətti üzrə işləyən “DAEWOO BS 090” avtobus markalı, **- TH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Bayraq meydanı istiqamətində, birinci hərəkət zolağı ilə 30-40 km/saat sürətlə hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini kobud surətdə pozaraq, sürücü sərnişinləri yalnız nəqliyyat vasitəsini tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə yalnız qapılar bağlandıqdan sonra başlamalı və onları tam dayanana kimi açmamalı, hərəkətin təhlükəsizliyini təmin etmək üçün avtobusu hərəkətə gətirməzdən əvvəl avtobusun qapılarını bağlamalı və hərəkət zamanı onları açmamalı olduğu halda, bunlara riayət etməmiş və idarə etdiyi 20 saylı marşrut xətti üzrə işləyən “DAEWOO BS 090” avtobus markalı, 10–TH-049 dövlət qeydiyyat nişanlı avtomaşının qabaq qapısını açıq vəziyyətdə idarə etdiyindən, avtobusun qabaq qapısının yanında ayaq üstə dayanmış sərnişin X14 avtobusdan yerə yolun birinci hərəkət zolağında yıxılmışdır. X4 ehtiyyatsızlıqdan törətdiyi cinayət əməli nəticəsində sərnişin X1 gicgah sümüyünnün kəllə əsasına keçən xətti sınığı, sol lambdaya bənzər tikişin sökülməsi (aralanması), başbeyin toxumasının sol alın-təpəgicgah-ənsə paylarının əzilməsi, sol alın-təpə-gicgah-ənsə payları nahiyyəsində subdural (sərtqişaaltı) hematoma və yumşaq qişa altına genişqansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, sol gicgah-ənsə nahiyyəsinin yumşaq toxumalarının dərialtı hemotoması, burun yəhərinin, sol gicgah-almacıq, sağ almacıq nahiyyələrinin, üst dodağın mərkəzinin sıyrıqları, subdural hemotomanın xaric edilməsi ilə nəticələnmiş sol alın-təpəgicgah-ənsə nahiyyəsinin sümük plastik trepanasiyası, sol dirsək və mil–bilək oynaqlarının, sol əl pəncəsinin arxa, sağ və sol diz oynaqlarının ön səthlərinin sıyrıqları, sağ daban və ayaqaltı nahiyyənin qançırı ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlərdən 27 iyul 2015-ci il tarixdə, saat 09:30-da Bakı Baş Səhiyyə İdarəsinin “X12” ölmüşdür. Qəza nəticəsində vəfat edən şəxs X14 onun yeganə oğlu idi. O, oxuduğu ali təhsil müəssisəsindən diplomunu aldıqdan 1 gün sonra gənc yaşında işinə məsuliyyətsiz şəxslərin qurbanı olmuş və çox faciəli surətdə vəfat etmişdir. Hökmdən açıq-aşkar göründüyü kimi, hadisənin baş verməsi cavabdehin sürücüsünün-əməkdaşının təqsiri ucbatından baş vermişdir. Həmçinin, hökmdən də gürünür ki, baş vermiş yol nəqliyyat hadisəsinin predmeti avtomaşın cavabdehin mülkiyyətində olmuşdur. Bundan başqa, hökmdən görünür ki, cavabdeh MMC-nin direktoru ilə X13 arasında əmək müqaviləsi bağlanmış, Söhrab İsayev sürücü vəzifəsinə qəbul edilmiş və ona hər ay 150 manat məbləğində əmək haqqı ödənilmişdir. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvəyə minmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 1(009)-211/2015 saylı hökmü ilə təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cavabdehin Bakı şəhərində sərnişindaşıma işi ilə məşğul olması, sosial şəbəkələrdə olunan reklamları maddi durumunun kifayət qədər yüksək olması iddianın tam təmin edilməsinə imkan verir. Bu baxımdan mərhum oğlunun faciəvi şəkildə ölməsindən bu günədək davam edən stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi ədalətli olar. Hesab edir ki, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdehin hüquqi şəxs olmaqla yüksək təhlükə mənbəyi sayılan nəqliyyat vasitələrilə sərnişin daşınması və təşkili ilə məşğul olarkən işlərinə məsuliyyətlə yanaşmamaları, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını, yəni ölümlə nəticələnməsini, onun keçirdiyi mənəvi iztirabların ağır və davamlılığını nəzərə almalıdır. Keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da, unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ömür boyu çəkəcəklər. İşin hallarına əsasən cavabdehlərin hüquqazidd hərəkəti nəticəsində onun mənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində yeganə oğlunun faciəvi şəkildə ölməsi onu çox sarsıtmışdır. Bu səbəbdən hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və qanunun tələbləri baxımından da buna hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Cavabdeh iddiaya yazılı etiraz göndərərək etirazını onunla əsaslandırmışdır ki, hadisəni törədən X13 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 1(009)-211/2015 saylı hökmünə əsasən avtobus nəqliyyat vasitəsini X13 qanunvericiliyin, o cümlədən onunla bağlanmış əmək müqaviləsi, vəzifə təlimatını pozmaqla idarə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, ...zərərvuranın əmək münasibətlərində olması halı Mülki Məcəllənin 1108-ci maddəsinin tətbiqini aradan qaldırmır və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə qanuni əsaslarla sahiblik edən şəxsin üzərinə düşür. Yəni, Mülki Məcəllənin 1108-ci maddəsində göstərilən mənbələrin fəaliyyəti ilə bağlı vurulmuş zərərin əvəzini ödəmək vəzifəsini, əmək müqaviləsinin olduğu halda da işəgötürən deyil, məhz qanuni sahiblik edən şəxs (hazırkı halda sürücü) daşımalıdır. Eyni zamanda qərarda qeyd olunur ki, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Sadalanan hüquq normalarından aydın olur ki, mülki hüquq pozuntusu (delikt) X4 günahı ucbatından baş verdiyi üçün vurulmuş zərər onun tərəfindən qarşılanmalıdır. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdeh MMC “Safa” adlı holdinqin tərkib hissəsidir, 300-ə yaxın avtobusu var və 9 marşrut xətti üzrə işləyir. Cavabdehin aylıq gəliri təqribən 1 milyon manat təşkil edir. Bu barədə məlumatı internet mənbələrdən də almaq mümkündür. İddiaçıya və onun həyat yoldaşına ödənilən sığorta ödənişi mənəvi zərərlə bağlı olmamışdır. İddiaçı hazırda o yaşda deyil ki, yenidən övlad dünyaya gətirsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddiaya etirazı müdafiə etdi və həmçinin bildirdi ki, cavabdeh MMC-nin maddi vəziyyəti iddianın təmin edilməsinə imkan vermir. Belə ki, MMC Dövlət tərəfindən ona ayrılan subsidiyaların hesabına fəaliyyət göstərir. Bundan başqa, cavabdeh və onun həyat yoldaşı artıq sığorta şirkəti tərəfindən ödəniş almışlar. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs baş vermiş yol-nəqliyyat hadisəsinə görə cəzasını çəkdiyini, hazırda xəstə olduğunu, iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 1(009)-211/2015 saylı hökmündən görünür ki, X13 24 iyul 2015-ci il tarixdə, saat 19:20 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan 20 saylı marşrut xətti üzrə işləyən “DAEWOO BS 090” avtobus markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Bayraq meydanı istiqamətində, birinci hərəkət zolağı ilə 30-40 km/saat sürətlə hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini kobud surətdə pozaraq avtomaşının qabaq qapısını açıq vəziyyətdə idarə etdiyindən, avtobusun qabaq qapısının yanında ayaq üstə dayanmış sərnişin X14 avtobusdan yerə yolun birinci hərəkət zolağında yıxılmışdır. X4 ehtiyyatsızlıqdan törətdiyi cinayət əməli nəticəsində sərnişin X14 aldığı xəsarətlərdən 27 iyul 2015-ci il tarixdə, saat 09:30-da Bakı Baş Səhiyyə İdarəsinin “X12” ölmüşdür. Həmin hökmdən həmçinin görünür ki, Cavabdeh ilə X13 arasında əmək müqaviləsi bağlanmış, Söhrab İsayev sürücü vəzifəsinə qəbul edilmişdir. Həmin hökmlə X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 5 il 2 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 344 nömrəli məktubundan göriünür ki, həmin məhkəmənin 16 noyabr 2015-ci il tarixli, 1(009)-211/2015 saylı hökmü 01 fevral qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir; Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən 18 oktyabr 2015-ci il tarixdə verilmiş AZ-İ 756277 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 27 iyul 2015-ci il tarixdə ölmüşdür; Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən 30 oktyabr 2012-ci il tarixdə verilmiş AZ- İİ 961495 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 24 sentyabr 1994-cü il təvəllüdlü X6 atası X11, anası İddiaçıdır; Bakı Sənaye-Pedaqoji Kolleci tərəfindən verilmiş 10 sentyabr 2014-cü il tarixli, AA050632 nömrəli diplomdan görünür ki, Dövlət Attestasiya Komissiyasının 17 iyun 2014cü il tarixli qərarı ilə X8 “Texnologiya müəllimliyi” ixtisası üzrə subbakalavr dərəcəsi verilmişdir; Tərtər rayon İcra Hakimiyyəti başçısının Hacıqərvənd kənd İnzibati ərazi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli, 413 nömrəli arayışdan görünür ki, İddiaçı Tərtər rayon Hacıqərvənd kəndində təsərrüfat qeydiyyatındadır və aşağıdakı tərkibdə ailə üzvləri var: həyat yoldaşı X11, qızları Günay və Aygül Həsənova, Suma və Nərmin Həsənzadə, vəfat etmiş oğlu Əli Həsənzadə. Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(075)-1581/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı “İcbari Sığorta Bürosu” X2 cavabdeh X9 qarşı 5.000 manat kompensasiya ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.030 manat məbləğin Büronun xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən həmçinin müəyyən olunur ki, “İcbari Sığorta Bürosu” X10 tərəfindən X4 törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X5 ölümü ilə bağlı onun ailə üzvləri X11 və İddiaçı hər birinə 2.500 manat məbləğində kompensasiya ödənilmişdir. 06 iyul 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görününr ki, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 240 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlə əmək münasibətlərində olan X13 əmək vəzifələrini icra edərkən törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının oğlu X14 27 iyul 2015-ci il tarixdə ölmüş, X13 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 1(009)-211/2015 saylı hökmü ilə məhkum edilmişdir. X5 ölümü ilə bağlı “İcbari Sığorta Bürosu” tərəfindən iddiaçıya 2.500 manat və onun ərinə 2.500 manat məbləğində kompensasiya ödənilmişdir. Eyni zamanda, X11 iddiaçının yeganə oğlu olmuş, bundan başqa onun dörd qız övladı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında göstərilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında göstərilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur... Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər...Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, 27 iyul 2015-ci il tarixdə ölmüş X14 iddiaçının yeganə oğlu olmuşdur. Bununla belə, o, iddiaçının tək övladı olmamış, iddiaçının daha dörd qız övladı vardır. Bundan başqa, iddiaçının oğlunun ölümü qəsdən yox, ehtiyatsızlıqdan törədilmiş cinayət əməli nəticəsində baş vermiş, iddiaçı və onun əri oğlunun ölümü ilə bağlı ümumilikdə 5.000 manat məbləğində kompensasiya almışlar. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının oğlunun ölümündən artıq yeddi il ötmüşdür və iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabın dərəcəsi bu müddət ərzində müəyyən dərəcədə yumşalmışdır. Məhkəmə iddiaçı tərəfindən tələb olunan mənəvi zərərə görə kompensasiyanın məbləği ilə bağlı bütün bu amilləri nəzərə alaraq və qanunvericiliyin yuxarıda göstərilən müddəalarını əsas tutaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdehndən dəymiş mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 144 manatı tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehndən dəymiş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 144 (bir yüz qırx dörd) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar