Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-512/2024 28.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz sahibliyində olan ona məxsus 1 ədəd 750 əyar ağ qızıldan hazırlanmış 4,19 qram çəkidə olan briliyant qaşlı üzük (baqet) - dəyəri 1742 manat, 1 cüt 750 əyar sarı qızıldan hazırlanmış 4,25 qram çəkidə olan sırğa dəyəri - 500 (beş yüz) manat, 1 ədəd sarı qızıldan hazırlanmış 1,11 qram çəkidə olan zəncir boyunbağı kulonla (kulonun çəkisi 2.23 qram, əyar-750) - dəyəri 500 (beş yüz) manat, 1 ədəd 750 əyar ağ qızıldan hazırlanmış ümumi çəkisi-18,53 qram briliyant qaşlı komplekt (komplektə daxildir: sırğa, briliyant qaşlarla, üzük, kulonlu boyunbağı briliyant qaşlarla, bilərzik briliyant qaşlarla) - 4000 manat olan qızıl zinət əşyaları və ya həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyərinin və 87,42 manat dövət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 27 fevral 2024-cü il tarixdə iddiadan imtina edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızıl-zinyət əşyalarını təhvil-təslim aktı əsasında qəbul etdiyi, Cavabdeh qarşı qızıl-zinyət əşyaları barədə tələb və iddiasının olmadığını, gələcəkdə də olmayacağını və hüquqi nəticələrinin ona məlum olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi(vəkili) Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülki iş üzrə ödədiyi 87,42(səksən yeddi qırx iki) manat dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı ödənilməsinə və digər məhkəmə xərclərinin cavabdehə aid edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 cavabdeh tərəfindən iddia tələbində qeyd edilən qızılların iddiaçıya qaytarıldığını bildirərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdirr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiadan imtina edilmə barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina edilmə qəbul edilməli, iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1 və 52.5-ci maddələrinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddia tələbindən imtina edilməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmişdir, iddiaçının öz iddia tələbindən imtina edilməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçının öz iddia tələbindən imtina edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçının iddiadan imtina etməsinin məhkəmə tərəfindən qəbul edildiyini nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması” tələbi barədə mülki işin icraatına xitam verilməli və tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1. və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 88 (səksən səkkiz) manat məbləğində dövlət rüsumu (xx.xx.2023-cü il tarixli ********** №-li qəbz) iddiaçıya qaytarılmalıdır. Həmçinin iş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən qiymətləndirilmə xidmətinin göstərilməsinin dəyəri 300 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 122.2-ci maddəsinə əsasən, iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyi üçün iddiaçı tərəfindən iddia tələbindən imtina edildiyinə görə, mülki iş üzrə keçirilmiş qiymətləndirmə ekspertizasının dəyəri olan 300(üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 122, 261- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması” tələbi barədə mülki iş üzrə iddiaçının iddiadan imtina etməsi qəbul edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 88 (səksən səkkiz) manat məbləğində dövlət rüsumu (xx.xx.2023-cü il tarixli ********** №-li qəbz) iddiaçıya qaytarılsın. "xxxx" MMC tərəfindən keçirilmiş ekspertizanın dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq adı çəkilən MMC-nin hesabına (hesab: VÖEN **********, hesab nömrəsi AZ12PAHA40060AZNHC**********,müxbir bank "xxxx" ASC, “S.W.İ.F.T. PAHAAZ22 kod:505141, Bankın VÖEN-i **********) köçürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-512/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-512/2024
28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver