Məhkəmə qərarları › İş №e-2(001)-5170/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5170/2022

25.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5170/2022 25.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia ərizəsində sadalanan 25 adda cehiz əmlakının və ya onun dəyərnin alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə Cavabdeh Haverdi oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra ünvan 1 ünvanına gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 adlı övladları vardır. Bildirir ki, ona məxsus cehiz əmlakı cavabdehin ünvanında ünvan 2şa edilmiş fərdi yaşayış evində qalmışdır. Ona məxsus olan və hazırda cavabdehin qeyri-qanuni sahibliyində qalan cehiz əmlakları aşağıdakılardır: 1) Yataq otağı mebeli-5000 manat, 2) qonaq otağı mebeli-5000 manat, 3) mətbəx mebeli-900 manat, 4) mərmər-350 manat, 5) 2 ədəd çılçıraq-650 manat, 6) qaz-210 manat, 7) aspirator-250 manat, 8) 3 ədəd xalça-800 manat, 9) 1 ədəd ütü-190 manat, 10) 1 ədəd mikrodalğalı soba-250 manat, 11) 1 ədəd paltaryuyan-700 manat, 12) 1 ədəd qabyuyan- 850 manat, 13) 1 ədəd soyuducu- 1200 manat, 14) 1 ədəd uşaq mebeli-400 manat, 15) qazanlar-200 manat, 16) 3 ədəd yorğan, 4 ədəd yastıq, 3 döşək-500 manat, 17) 1 ədəd mikser-90 manat, 18) 1 ədəd blendr-90 manat, 19) 1 ədəd tozsoran-180 manat, 20) 1 ədəd salat doğrayan-20 manat , 21) çərəz qabları-30 manat, 22) ədyal-35 manat, 23) tərəvəz şkafı-110 manat, 24) ütü masası-45 manat, 25) çəngəl dəsti-20 manat. Qeyd olunanlara əsasən cehiz əşyalarının onlar olmadıqda isə dəyərinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd edilən 25 adda cehiz əşyası mövcuddur və onun evində yerləşir, bu səbəbdən iddianı etiraf edir və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 3887/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü Qasımov Haqverdi üÜvi oğlu və xx.xx.2017-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü 14:00-dk anaları İddiaçı iştirakı ilə görüş verilməs qət edilmişdir.

6. Qətnamədə sadalanan iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2014-cü il tarixində nikaha daxil olmuşlar.

7. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. Cavabdeh ilə İddiaçı xx.xx.2014-cü il tarixində nikaha daxil olmuşlar. Tərəflər arasında nikah bağlandıqdan sonra iddiaçı ünvan 1 ünvanına gəlin köçmüşdür. Həmin ünvana özü ilə birlikdə cehiz əmlakını da gətirmişdir.

9. Hazırda iddiaçı 25 adda cehiz əmlakının qaytarılmasını, mümkün olmadıqda isə dəyərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.

10. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini etiraf etmiş və iddianı etiraf etməsi barədə yazılı ərizə təqdim etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

12. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

13. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

14. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

15. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

16. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;

19. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

22. Məhkəmə işin faktiki hallarını sadalanan normaların mahiyyəti baxımından qiymətləndirərək hesab edir ki, iddianın etiraf edilməsi qanuna uyğundur və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bu səbəbdən cavabdeh tərəfindən iddianın etiraf edilməsi qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Tətbiq edilən prosessual normalar:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

26. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

28. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya məxsus olan aşağıda qeyd edilən: 1) Yataq otağı mebeli-5000 manat, 2) qonaq otağı mebeli-5000 manat, 3) mətbəx mebeli-900 manat, 4) mərmər-350 manat, 5) 2 ədəd çılçıraq-650 manat, 6) qaz-210 manat, 7) aspirator-250 manat, 8) 3 ədəd xalça-800 manat, 9) 1 ədəd ütü-190 manat, 10) 1 ədəd mikrodalğalı soba-250 manat, 11) 1 ədəd paltaryuyan-700 manat, 12) 1 ədəd qabyuyan-850 manat, 13) 1 ədəd soyuducu- 1200 manat, 14) 1 ədəd uşaq mebeli- 400 manat, 15) qazanlar-200 manat, 16) 3 ədəd yorğan, 4 ədəd yastıq, 3 döşək-500 manat, 17) 1 ədəd mikser-90 manat, 18) 1 ədəd blendr-90 manat, 19) 1 ədəd tozsoran- 180 manat, 20) 1 ədəd salat doğrayan-20 manat , 21) çərəz qabları-30 manat, 22) ədyal- 35 manat, 23) tərəvəz şkafı-110 manat, 24) ütü masası-45 manat, 25) çəngəl dəsti-20 manat dəyərində cehiz əşyaları, həmin əşyalar mövcud olmadıqda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilməlidir.

29. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. İddiaçıya məxsus olan aşağıda qeyd edilən: 1) Yataq otağı mebeli-5000 manat, 2) qonaq otağı mebeli-5000 manat, 3) mətbəx mebeli-900 manat, 4) mərmər-350 manat, 5) 2 ədəd çılçıraq-650 manat, 6) qaz-210 manat, 7) aspirator-250 manat, 8) 3 ədəd xalça-800 manat, 9) 1 ədəd ütü-190 manat, 10) 1 ədəd mikrodalğalı soba-250 manat, 11) 1 ədəd paltaryuyan-700 manat, 12) 1 ədəd qabyuyan-850 manat, 13) 1 ədəd soyuducu- 1200 manat, 14) 1 ədəd uşaq mebeli-400 manat, 15) qazanlar-200 manat, 16) 3 ədəd yorğan, 4 ədəd yastıq, 3 döşək-500 manat, 17) 1 ədəd mikser-90 manat, 18) 1 ədəd blendr-90 manat, 19) 1 ədəd tozsoran-180 manat, 20) 1 ədəd salat doğrayan-20 manat , 21) çərəz qabları-30 manat, 22) ədyal-35 manat, 23) tərəvəz şkafı-110 manat, 24) ütü masası-45 manat, 25) çəngəl dəsti-20 manat dəyərində cehiz əşyaları, həmin əşyalar mövcud olmadıqda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar