Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5204/2024 06.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində qalması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında Bakı şəhər Səadət Sarayında AZ-İİ №526604 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmış nikahın pozulması, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2024-cü il təvəllüdlü X3 anasının himayəsinə verilməsi və uşağın saxlanılması üçün hər ay əmək haqqının və digər əlavə gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin cavabdehdən tutulması barədə və iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən cehizlərin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-5204/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması, aliment və cehiz əmlakların və sənədlərin geri qaytarılması” tələbinə dair 2(001)-5204/2024 nömrəli mülki iş üzrə “cehiz əşyaların qaytarılması” barədə iddia tələbi ayrıca icraata ayrılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bildirir ki, xx.xx.2022-ci il tarixində İddiaçı ilə Cavabdeh Bakı şəhər Səadət Sarayında AZ-İİ №526604 saylı reyestr nömrəsi ilə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2024-cü il təvəllüdlü X9 dünyaya gəlmişdir. Evləndikləri zaman münasibətləri yaxşı olsa da, son zamanlar aralarında olan ailə münasibətləri korlanmağa başlamış və belə problemlər getdikcə daha da gərginləşmişdir. Zaman keçdikcə mübahisələr get-gedə pisləsmiş, nəticədə son dövrlər bir ailə kimi yaşayış tərzi dözümsüz olduğundan qəti şəkildə boşanmaq qərarına gəlmişdirlər. xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessisiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00742 saylı arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər aralarında barışma ehtimalı yoxdur. Odur ki, nikahın pozulmasını, uşağın ananın himayəsində saxlanılmasını və uşağın saxlanılması üçün aliment təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nikahın pozulmasına, uşağın ananın himayəsində saxlanılmasına və ondan uşağın saxlanılması üçün aliment tutulmasına etiraz etmədiyini bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Mülki iş materiallarında olan: Səadət sarayı (Bakı Nikah Evi) tərəfindən verilmiş X2 surətindən görünür ki, Cavabdeh ilə X11 arasında 24 sentyabr 2022-ci il tarixdə nikah bağlanmış və həmin nikah 1392 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. İşin hallarından görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bununla yanaşı hər iki tərəf nikahın pozulmasına israrlı olduğundan məhkəmə onlara barışıq üçün əlavə vaxt verilməsinin də nəticəsiz olacağı qənaətindədir. Buna görə də, məhkəmə mülki iş materiallarını tədqiq edərək, hər bir tərəfin fikrini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 20.1, 21.1, 22 və 75-ci maddələrinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmalı, tərəflərin birgə nikahlarından olan xx.xx.2024-cü il təvəllüdlü X9 anası İddiaçı yanında qalması müəyyən edilməli və xx.xx.2024-cü il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə-bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməli və alimentin tutulmasının əvvəli 02 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbləri baxımından, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 24 sentyabr 2022-ci il tarixdə, Səadət Sarayında (Bakı Nikah Evi) bağlanmış, akt qeydləri kitabında 1392 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından olan xx.xx.2024-cü il təvəllüdlü X9 anası İddiaçı yanında qalması müəyyən edilsin. xx.xx.2024-cü il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə-bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının əvvəli 02 avqust 2024-cü il tarixdən hesablansın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5204/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5204/2024
06.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver