Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5379/2021 21.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Kreditor (MMC) Borclu qarşı kredit borcunun tutulması ilə bağlı məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək Borclu ilə aralarında bağlanmış nisyə alğı-satqı müqaviləsi üzrə 699 manat əsas, 209,7 manat cərimə borcu olmaqla ümumilikdə 908,7 manat borcun, habelə, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Hazırki ərizədə əsas borcun məbləği 699 manat qeyd olunduğu halda cərimə borcunun hansı əsasla 209,7 manat müəyyən edildiyi göstərilməmiş, buna dair ərizəyə heç bir sübut əlavə edilmədiyindən hesab edirəm ki, ərizəçinin tələbi bu hissədə aşkar deyildir və buna görə də, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 278, 279 və 280-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ М: Kreditor MMC-nin Borclu qarşı kredit borcunun tutulması ilə bağlı ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5379/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5379/2021
21.06.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver