Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-538/2025 16.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, ilk iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “işgüzar nüfuza dəymiş zərərin” ödənilməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən İddiaçı vurduğu ziyanın qarşılığı olaraq 450000 (dörd yüz əlli min) manat təzminatın ödənilməsi, həmçinin xalq artistinə qarşı davam edən böhtan xarakterli, onun nüfuzuna zərər vuran kampaniyalara, iddiaçının şəxsi, ailə və sağlamlıq məlumatlarının yayılmasına son qoyulmasının cavabdehdən tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ilk iddia üzrə Cavabdeh MMC ilk iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı hüquqazidd əməli nəticəsində Cavabdeh MMC-nin işgüzar nüfuzuna dəymiş zərərin əvəzi olaraq, cavabdeh İddiaçı 500.000 (beş yüz min) manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkil) Vəkil2 məhkəməyə ərizələr təqdim edərək bildirmişdir ki, tərəflər arasında məhkəmədən kənar barışıq əldə edilmişdir. Belə ki, ilk iddia üzrə İddiaçı Bakı şəhəri 44 saylı notariat ofisində ərizə verərək mülki işlə əlaqədar Cavabdeh MMC-nə qarşı iddia tələbindən tam şəkildə imtina etmiş və ərizədə yazdıqlarının nəzərə alınmasını xahiş etmişdir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin adından X3 Bakı şəhəri 44 saylı notariat ofisində ərizə verərək İddiaçı iddia tələbindən tam şəkildə imtina etmiş və ərizədə yazdıqlarının nəzərə alınmasını xahiş etmişdir. Qeyd edilən ərizələrlə bağlı isə təmsil etdiyi tərəfə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri izah edilmişdir. Göstərilənləri nəzərə alaraq tərəflərin iddia tələbindən imtina etmələrini nəzərə alaraq, həm ilkin, həm də qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Aşağıdakılara görə məhkəmə hesab edir ki, iddiadan imtina barədə tərəflərin ərizələri qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Göründüyü kimi qanunvericilkdə iddiadan imtina olunması hüququnun həyata keçirilməsinin prosessual cəhətdən rəsmiləşdirilməsinin iki forması müəyyən edilmişdir: 1) tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılıraq və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalanır; 2) bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunur. Hazırkı halda hər iki tərəf iddiadan imtina barədə iradə ifadələrini notarial qaydada təsdiq olunmuş ərizələrdə əks etdirərək məhkəməyə təqdim etmişlər. Məhkəmə hesab edir ki, təqdim olunmuş ərizələrdə tərəflərin iradə ifadələri dəqiq, aydın və heç bir qeyd-şərt göstərilmədiyindən bəyan edildiyindən, hər iki tərəfin iddiadan imtinası qəbul edilməklə eyni zamanda iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə həmçinin tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə ilkin iddia üzrə iddiaçının, eləcə də qarşılıqlı iddia üzrə iddiaçının iddiadan imtina etmələrinin qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə hesab edir ki, iddiadan imtinalar qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 87, 261- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiadan imtina edilməsi barədə İddiaçı ərizəsi qəbul edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “işgüzar nüfuza dəymiş zərərin”ödənilməsi tələbinə dair Cavabdeh MMC-nin nümayəndəsi X2 iddiadan imtina edilməsi barədə ərizəsi qəbul edilsin. İlk iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “işgüzar nüfuza dəymiş zərərin” ödənilməsi tələbinə dair iddia ərizələri üzrə mülki işin icraatına xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-538/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-538/2025
16.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver