Məhkəmə qərarları › İş №e-2(001)-5434/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5434/2023

25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5434/2023 25.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 25 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ilə Cavabdeh 17 sentyabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 21 iyun 2009-cu il təvəllüdlü X4 adlı bir yetkinlik yaşına çatmayan uşaqları vardır. (Birgə nikahdan olan 05 avqust 2005-ci il təvəllüdlü X3 adlı uşaq yetkinlik yaşına çatmışdır.) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarındakı nikahın pozulması, birgə nikahlarından olan yetkinlik yaşına çatmamış uşağın onun yanında saxlanmasının müəyyən olunması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirib, iddianın təmin edilməsini xahiş etmiş, cavabdeh iddianı qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. İşin hallarından görünür ki, cavabdehin nümayəndəsinin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmə mülki iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 20.1, 21.1-ci maddələrinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmalı, həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən uşağın anasının yanında qalması müəyyən edilməli, həmin Məcəllənin 76-cı maddəsinə əsasən, uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2 maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia təmin edildiyindən, onun verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş rüsumun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 17 sentyabr 2004-cü il tarixdə Bakı Nikah Evində bağlanmış, 2202 № ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından olan 21 iyun 2009-cu il təvəllüdlü X4 adlı uşağın anası İddiaçı yanında qalması müəyyən edilsin. 21 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının başlanğıcı 18 avqust 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Dövlət rüsumunun əvəzi kimi 50 manat, mediasiya xərcinin əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar