Məhkəmə qərarları › İş №e-2(001)-5456/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5456/2022

18.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5456/2022 18.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Nümayəndə nikahın pozulması və s. tələbinə dair qarşılıqlı iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Nümayəndə iddiaçı X1 cavabdeh X2 qarşı nikahın pozulması və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia yolverilməz olduğuna görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, təqdim olunmuş qarşılıqlı iddia ərizəsindən belə müəyyən olunur ki, cavabdeh X4 ilə iddiaçı X3 arasında nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi və alimentin tutulmasına dair qətnamə qəbul olunması xahiş olunmuşdur. İlkn növbədə qeyd olunmalıdır ki, X4 və X1 tərəf olduğu mülki iş icraatımda olmamaqla yanaşı, təqdim edilmiş qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə zidd olaraq ilkin iddia kimi verilmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Bununla yanaşı təqdi edilmiş ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə də tam cavab vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Buna görədə məhkəmə hesab edir ki, qarşılıqlı iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin tələblərinə uyğun olmadığından icraata götürülə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 155, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Nümayəndə iddiaçı X1 cavabdeh X2 qarşı nikahın pozulması və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi Nümayəndə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar