Məhkəmə qərarları › İş №e-2(001)-5590/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5590/2024

27.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5590/2024 27.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayətini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərədən keçirərək, MÜƏYYƏNETDİ: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayət ilə məhkəməyə müraciət edərək, X1 üzərinə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qoyulmuş “dövlət sərhədindən xaricə çıxmasına dair məhdudiyyət” qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayətin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Cinayət Prosessual Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən qadağa ilə bağlı artıq cinayət təqibini həyata keçirən orqanın qərar və hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət verildiyi və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayətinin təmin olunduğu qeyd edilməklə yenidən mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cinayət prosessual qanunvericiliyin normalarına əsaslanmaqla iddia ilə məhkəməyə müraciət edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi Baş Prokurorluğun törəmə müəssisəsi deyil, onun bir strukturudur və həmin İdarənin fəaliyyətindən əmələ gələn iddialara İdarənin olduğu yerin məhkəməsində baxılması qanunvericiliyin mənasına uyğun deyildir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, şikayətçinin məhdudiyyətin qanunsuz hesab edilərək ləğv edilməsi barədə ərizəsi mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməli, şikayət ona əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil X1 üzərinə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qoyulmuş dövlət sərhədindən xaricə çıxmasına məhdudiyyət qanunsuz hesab edilərək ləğv edilməsi barədə şikayətə əlavəsi icraata qəbulundan imtina edilsin. Qərardad şikayətə əlavə olunmuş bütün sənədlərlə birlikdə şikayətçiyə rəsmi qaydada qaytarılsnı. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar