Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5675/2024 29.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə rəsmi nikahlarından anadan olmuş uşaqları – 22 may 2012-ci il təvəllüdlü X8, 14 noyabr 2015-ci il təvəllüdlü X6 və 01 aprel 2023-cü il təvəllüdlü X7 18 yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, xx.xx.2023-cü il tarixdə doğulmuş X4 3 yaşına çatana kimi qulluğa görə ona hər ay 270 (iki yüz yetmiş) manat alimentin, həmçinin mediasiya prosesi ilə əlaqədar ödədiyin 55 (əlli beş) manat mediasiya rüsumunun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 07 iyun 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Birgə nikahlarından 22 may 2012-ci il təvəllüdlü X8, 14 noyabr 2015-ci il təvəllüdlü X6 və 01 aprel 2023-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə uzun müddətdir ki, faktiki olaraq ayrılmışlar və həmin vaxtdan bütün ər-arvad münasibətləri kəsilmişdir. Ailənin bərpa etməyə cəhd etsələr də, sonradan cavabdehin günahı ucbatından bu baş tutmamışdır. Cavabdehlə ayrıldığı vaxtdan uşaqların hər üçü də onun yanında qalmışdır. Cavabdehlə ayrıldıqdan sonra, o uşaqların saxlanılması üçün və uşaq 3 yaşına çatmadığına görə ona qulluğa görə ona könüllü olaraq maddi yardım göstərməmişdir. Uşaqlar azyaşlı olduğundan, mütəmadi olaraq müayinə və müalicəsi üçün maddi yardıma (alimentə) ehtiyacı var. Cavabdeh aylıq gəliri yüksək olmasına baxmayaraq uşaqların saxlanılmasında, müayinə və müalicəsində və sağlam böyüməsində bir valideyn kimi iştirak etmir. Bununla da o, uşaqların saxlanılmasında və yuxarıda göstərdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü yardım göstərməkdən yayınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqların saxlanılması üçün aliment tələbi ilə əlaqədar mediasiya sesiyasında alimentlə bağlı yaranmış mübahisənin məhkəmədənkənar həll etmək mümkün olmadığına görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Ona görə də cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, o, hazırki tələblə aliment üçün müraciət etmişdir. Çünki uşaqların saxlanılması üçün cavabdehlə aralarında razılıq olmamışdır. Hər uşağa görə 235 manat və üçüncü uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 270 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, o, hər ay 754 manat məbləğində əmək haqqı alır və onun başqa gəliri yoxdur. Onun, iddia ərizəsində göstərilən məbləği ödəməyə imkanı yoxdur. Çünki aylıq əmək haqqısından başqa onun heç bir gəliri yoxdur. Mülki iş materiallarında olan: Qəbələ rayonu Nic qəsəbəsi İnzibati ərazi dairəsi tərəfindən verilmiş AZ-İ seriyalı 650678 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 07 iyun 2011-ci il tarixdə nikah bağlanmış və həmin nikah 10 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Hüseynova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 22 may 2012-ci il təvəllüdlü X8, 14 noyabr 2015-ci il təvəllüdlü X6 və 01 aprel 2023-cü il təvəllüdlü X7 anadan olmuşlar, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmənin mövqeyi: İş üzrə müəyyən edilmişdir ki, Cavabdeh ilə X5 arasında 07 iyun 2011-ci il tarixdə nikah bağlanmış və həmin nikah 10 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Tərəfləin birgə nikahlarından 22 may 2012-ci il təvəllüdlü X8, 14 noyabr 2015-ci il təvəllüdlü X6 və 01 aprel 2023-cü il təvəllüdlü X7 anadan olmuşlar. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və tərəflərin izahatını dinləyərək hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar var. Məhkəmə cavabdehin hər ay 754 manat əmək haqqı aldığı üçün iddia tələbində göstərilən məbləği ödəməyə imkanı olmaması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, aliment müəyyən edilərkən uşaqların mənafeyi nəzərə alınmalıdır. Cavabdehin göstərdiyi dəlillər onu, uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdikləri onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu doğulmuş uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi və yaxud minimum təminat səviyyəsindən az məbləğdə aliment ödənilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Bununla yanaşı uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, geyimi ilə bağlı xərci, istirahət vaxtının səmərəli təşkil edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, yetkinlik yaşına çatmayan 22 may 2012-ci il təvəllüdlü X8, 14 noyabr 2015ci il təvəllüdlü X6 və 01 aprel 2023-cü il təvəllüdlü X1 üçün cavabdeh X3 hər ay hər uşaq üçün 200 manat olmaqla, 600 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı 28 avqust 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən başlanmalıdır. İddiaçının təklif etdiyi məbləğ 3 uşağa görə tutulmalı olan alimentin məbləğinin Ailə Məcəlləsinin 76 və 78.2-ci maddəlrində nəzərdə tutulan meyara və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa cavab vermir. Baxmayaraq ki, cavabdehin digər qazancı və gəliri barədə işdə başqa mötəbər sübutlar yoxdur və aliment ödəyən şəxsin başqa qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyil. Buna görə də, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların mənafelərinin üstünlüyü baxımından, onların normal, yəni qida rasionlarına uyğun qidalanması, geyimi, təhsili, istirahətinin səmərəli təşkili xərclərini, habelə tərəflərin mövqeyini nəzərə alaraq hesab edir ki, alimentin sabit pul məbləğində hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, 600 (altı yüz) manat tutulması üçün Ailə Məcəlləsinin 78-ci maddəsində göstərilən əsasları mövcuddur. Məhkəmə həmçinin iddia tələbinin xx.xx.2023-cü il tarixdə doğulmuş X4 3 yaşına çatana kimi qulluğa görə ona hər ay 270 (iki yüz yetmiş) manat alimentin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1 və 85.1.1-ci maddələrinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən, alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Göründüyü kimi, keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsində sadalanan əsasları birləşdirən amil keçmiş ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan keçmiş ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə gəldikdə isə qeyd olunmalıdır ki, Məcəllənin 85.1.2-85.1.4-cü maddələrində göstərilən əsaslardan fərqli olaraq, bu maddədə keçmiş ərin (arvadın) aliment almaq hüququnun yaranması onun maddi yardıma ehtiyacının olub-olmamasından asılı deyildir. Bununla belə, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin mənasına görə, bu maddə ilə müəyyən edilən alimentin ödənilməsi ümumi uşaqların 3 yaşına çatması ilə məhdudlaşır. Hazırkı halda məhkəmə, tərəflərin maraqları arasında ədalətli tarazlığın qorunmasını, iddiaçının qeyd edilən tələbinin hüquqi əsasının qanunda nəzərdə tutulduğunu, eləcə də tərəflərin maddi və sosial vəziyyətini və işin diqqətəlayiq digər hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və xx.xx.2023-cü il tarixdə doğulmuş X4 3 yaşına çatanadək hər ay cavabdehdən iddiaçının xeyrinə 50 (əlli) manat məbləğində aliment tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 1000 manatdan çox (7200 manat) olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 92 manat məbləğində olan dövlət rüsumunun, 85 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin iddia tələbi qismən təmin edildiyindən mediasiya xərci kimi İddiaçı tərəfindən ödənilmiş 55 manat məbləğində pul vəsaitinin, 45 manat məbləğində olan hissəsi cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 22 may 2012-ci il təvəllüdlü X8, 14 noyabr 2015-ci il təvəllüdlü X6 və 01 aprel 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində aliment, habelə 01 aprel 2023-cü il təvəllüdlü X7 3 yaşına çatanadək cavabdehdən əlavə olaraq hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli 28 avqust 2024-cü il tarixdən hesablanmalı və iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 22 may 2012-ci il təvəllüdlü X8, 14 noyabr 2015-ci il təvəllüdlü X6 və 01 aprel 2023cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində aliment, habelə 01 aprel 2023-cü il təvəllüdlü X7 3 yaşına çatanadək cavabdehdən əlavə olaraq hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin, alimentin tutulmasının əvvəli 28 avqust 2024-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumunun əvəzi kimi 85 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5675/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5675/2024
29.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver