Məhkəmə qərarları › İş №e-2(001)-5760/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5760/2025

22.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5760/2025 22.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X5 Hüseynağa qızının sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İddiaçı vəkili Vəkil Elman oğlu, Cavabdeh iştirakı ilə, İddiaçı Balaqardaş oğlunun Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6807/2017 saylı, 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2001-ci il təvəllüdlü X4, xx.xx.2002-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 18 yaşa çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 117 manat, ümumilikdə 468 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda övladlarından ikisi xx.xx.2001-ci il təvəllüdlü X4 və xx.xx.2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-399/2025 saylı, xx.xx.2025-ci il tarixli qəradadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-7050/2016 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər biri üçün 117 manat sabit pul məbləğində tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,1 misli həddində indeksasiya olunması qərara alınmışdır. Məhkəmənin diqqətinə çatdırım ki, qətnamə ilə müəyyən edilmiş alimentin məbləği qəradadla indeksasiya olunduqdan sonra alimentin məbləği həddindən yüksək olmuşdur və iddiaçı həmin məbləği ödəmək imkanında deyil. İddiaçı hazırda nikaha daxil olmaqla ailəlidir və həmin nikahdan daha 3 uşağı vardır. Hazırda iddiaçıdan tutulmalı olan alimentin məbləği onun aylıq qazancına nisbətən həddindən artıq olduğundan və eyni zaman, onun hazırda 5 nəfərdən ibarət ailəsi olduğundan alimentin məbləği onun qazancına və uşaqlar üçün müəyyən olunmuş yaşayış minimununa uyğunlaşdırılmalıdır. Ona görə də cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil Elman oğlu izahatında iddianı təsdiq etdi. Cavabdeh iddiaya yazılı etiraz təqdim etdi, izahatında bildirdi ki, iddiaçının 440 manat ödəməli olduğu halda 300 manat ödədiyini, hazırlıqlarına və hər iki uşağın diş müalicəsinə, həmçinin kiçik oğulları Süleyman üçün isə breketlərin qoyulmasına əlavə xərc lazım olduğunu, bu məbləğin uşaqların xərclərinə kifayət etmədiyini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-7050/2016 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər biri üçün 117 manat sabit pul məbləğində tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,1 misli həddində indeksasiya olunması qərara alınmışdır. AZEMİS sistemdən çıxarışdan müəyyən olnur ki, İddiaçı hazırdakı nikahdan da 3 yetkinlik yaşına çatmayan övladları var. AZEMİS sistemdən çıxarışdan müəyyən olnur ki, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsində işləyi və aylıq əmək haqqı 433 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat, uşaqların saxlanılması üçün minimum məbləğ isə 246 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin Məhkəmə gəldiyi nəticəni təktərəfli qiymətləndirməməli, iddiaçının da cavabdehin də mövqeyini diqqətdən qaçırmamalıdır. İşin faktiki hallarından məlum olur ki, iddiaçı ikinci dəfə ailə qurub və himayəsində iki azyaşlı uşağı var. Təbii ki, məhkəmə cavabdeh ilə bir nikahdan anadan olmuş uşaqların mənafeyini nəzərə aldığı kimi iddiaçının ikinci nikahından da dünyaya gəlmiş azyaşlı uşaqlarının da mövcud ola biləcək maddi xərclərini, tələbatlarını nəzərə almalıdır. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Beləliklə məhkəmə araşdırmanın yekunu olaraq belə qənaətə gəlir ki, iddia təmin olunmalı, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində aliment tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda məhkəmə xərcləri mediasiya sessiyasında ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğdən ibarətdir. Məhkəmə işin diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-399/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.1 misli həddində alimentin məbləği dəyişdirilərək azaldılsın və hər ay İddiaçı sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində aliment tutularaq Cavabdeh ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar