Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5779/2020 27.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment və müalicə xərci tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı aliment və müalicə xərci tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkiliddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı 2000-ci ildən Cavabdeh ilə faktiki nikah münasibətlərində olmuş, bu münasibətlərdən xx.xx.2009-cu il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehin xx.xx.2009-cu il təvəllüdlü X3 atası olması faktı xx.xx.2009-cu il tarixli AZ-1 № 110667 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə təsdiq olunmuşdur. Tərəflər faktiki nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuş, birgə təsərrüfat aparmışlar. Lakin son illərdə tərəflərin münasibətləri pozulmuşdur. Tərəflərin münasibətləri pozulduqdan sonra uşağın maddi və mənəvi ehtiyaclarının təmin edilməsi ilə bağlı əsas yük iddiaçının üzərinə düşmüşdür. İddiaçı işlədiyindən və övladına baxacaq başqa bir qohumu olmadığından, uşağa çox vaxt ayıra bilməməsi səbəbilə dayə tutmağa məcbur olmuşdur. Uşağın səhhətində problemlər olduğundan onun müalicəyə ehtiyacı vardır. Eyni zamanda uşaq 15 günlük fizioterapiya almışdır. İddiaçı öz övladının təhsilini təkmilləşdirmək üçün onu müxtəlif kurslara qoymuşdur. Bütün bu çəkilməli olan xərclərdə cavabdeh iddiaçıya heç bir köməklik etməmişdir. Lakin bu müalicə müəyyən müddətdən sonra yenidən davam etdirilməli olsa da, iddiaçı maddi vəziyyətinə görə müalicəni davam etdirmək iqtidarında deyildir.Ona görə də xx.xx.2009-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 170 manat aliment və hər ay 100 manat olmaqla müalicə xərcləri olmaqla hər ay cəmi 270 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini qəbul etdiyini bildirib, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay 170 manat alimentin və müalicə xərclərinə görə müalicə dövründə hər ay 100 manat olmaqla cəmi hər ay 270 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia ərizəsinə münasibətini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ № 110667 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2009-cu ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ - İİ № 356996 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 693 nömrəsi ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. X8 Mərkəzinin xx.xx.2020-ci il tarixli 489 saylı arayışından müəyyən olunur ki, X2 Teyran klinikasında həkim fizioterapevtin müayinəsində olmuş, xəstəyə vakkum, massaj, idman xidmətləri təyin edilmiş, xəstə klinikada 15 gün müalicə almış, təkrar müalicə 3 ay sonraya təyin edilmişdir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin vəya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. X4 MəhkəməsininElşolts Almaniyaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə qeyd edir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. (AM-nin 81.1., 81.2., 81.3.-cü mad.) Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, tərəflər xx.xx.2009-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 170 manat alimentin və müalicə dövründə hər ay 100 manat müalicə xərclərinin iddiaçının xeyrinə tutulmasına qarşılıqlı razı olduqlarından, valideynlər uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olduqlarından xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 manat aliment və müalicə dövründə hər ay 100 müalicə xərclərinin iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat aliment İddiaçı xeyrinə tutulsun. xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X3 müalicəsi dövründə əlavə xərclərə görə Cavabdeh hər ay 100 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-5779/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5779/2020
27.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver