Məhkəmə qərarları › İş №e-2(001)-5801/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5801/2025

19.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5801/2025 19.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Binəqədi rayon məhkəməsinin 19 mart 2025-ci il tarixli qərardadı ilə xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tərəfimdən ödənilməsi nəzərdə tutulan aliment miqdarına dəyişiklik edilməsi və aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində indeksasiya olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi tərəfindən barışıq sazişi və ərizə elektron kabinet vasitəsi ilə məhkəməyə ünvanlanaraq göstərilmişdir ki, artıq iddiaçı və cavabdeh arasında mübahisənin həll edilməsi ilə bağlı barışıq sazişi bağlanmışdır. Həmin saziş üzrə tərəflər üzərinə öhdəlik götürmüş, nəticədə iş üzrə icraata xitam verilməsi üçün əsas yaranmışdır. Odur ki, mülki işin məhkəmə baxışına təyin edilməsi və iş üzrə barışıq sazişinin təsdiq edilməklə icraata xitam verilməsi məsələsinin məhkəmə baxışında baxılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və xitam edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə aralarında barışıq sazişi bağlanmışdır. Sazişin şərtlərini qəbul edir və məhkəmə tərəfindən təsdiq edilməklə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə cavabdehi dinləyib, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində bağlanmışdır. Maddə 1. Mübahisənin qısa təsviri: Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-5801/2025 saylı, mülki iş üzrə tələbkar İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayon məhkəməsinin 19 mart 2025-ci il tarixli qərardadı ilə xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tərəfindən ödənilməsi nəzərdə tutulan aliment miqdarına dəyişiklik edilməsi və aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində indeksasiya olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maddə 2. Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddəaları; 2.1. "Birinci tərəf" İddiaçı sabit gəliri olmadığından birgə nikah dövründə dünyayay gəlmiş övladları xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləği olmaqla 246 (iki yüz qırx altı) manat aliment ödənişi etməyi (sonrakı dövrlərdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində indeksasiya edilməklə) öz öhdəliyinə götürür. 2.2. "İkinci tərəf" Cavabdeh hər ay sabit pul məbləği olmaqla 01 (bir) övladının saxlanılması üçün 246 (iki yüz qırx altı) manat aliment ödənişinin (sonrakı dövrlərdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddine indeksasiya edilməklə) İddiaçı tərəfindən edilməsinə etiraz etmir. 2.3. Aliment ödənişi xx.xx.2025-ci il tarixdən başlayaraq İddiaçı tərəfindən Cavabdeh Bank hesabına ödəniləcəkdir. 2.2. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-5801/2025 saylı, mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktından heç bir tələb və şikayətləri qalmır və gələcəkdə sözü gedən mübahisəyə dair heç bir tələb və şikayətləri olmayacaqdır. 2.3. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi gün könüllü şəkildə icra olunmalıdır. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı və məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə müvafiq olaraq, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə müvafiq olaraq, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bağlanmış barışıq sazişininin araşdırıb hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, hazırkı işə aid hissələrdə təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi hazırkı mülki işə münasibətdə aşağıdakı məzmunda təsdiq edilsin: Belə ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində bağlanmışdır. 2.1. "Birinci tərəf" İddiaçı sabit gəliri olmadığından birgə nikah dövründə dünyayay gəlmiş övladları xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləği olmaqla 246 (iki yüz qırx altı) manat aliment ödənişi etməyi (sonrakı dövrlərdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində indeksasiya edilməklə) öz öhdəliyinə götürür. 2.2. "İkinci tərəf" Cavabdeh hər ay sabit pul məbləği olmaqla 01 (bir) övladının saxlanılması üçün 246 (iki yüz qırx altı) manat aliment ödənişinin (sonrakı dövrlərdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddine indeksasiya edilməklə) İddiaçı tərəfindən edilməsinə etiraz etmir. 2.3. Aliment ödənişi xx.xx.2025-ci il tarixdən başlayaraq İddiaçı tərəfindən Cavabdeh Bank hesabına ödəniləcəkdir. 2.4. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-5801/2025 saylı, mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktından heç bir tələb və şikayətləri qalmır və gələcəkdə sözü gedən mübahisəyə dair heç bir tələb və şikayətləri olmayacaqdır. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar