Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5812/2023 07.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarında iki övladları: xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər bir neçə il ailə kimi yaşamış, birgə təsərrüfat idarə etmişlər. Lakin son illər artıq aralarında münaqişələr yaranmış, ailə bağları qırılmış və bir yerdə yaşamaqları mümkünsüz hala gəlmişdir. Onlar artıq ayrılmışlar və bu günə qədər övladları ananın himayəsindədir onların bütün maddi və mənəvi ehtiyaclarını iddiaçı ödəyir. İddiaçının maddi imkanı çox aşağıdır. Övladlarının gündəlik tələbatını ödəyə bilmir. Cavabdeh ayrıldıqları gündən bu vaxta qədər onlara maddi köməklik göstərmir, bir ata kimi öz vəzifələrini yerinə yetirmir, uşaqlarının saxlanmasında iştirak etmir. Bütün uşaqlar kimi, övladları sağlam böyüməyə, inkişaf etməyə, təhsil almağa, normal geyinməyə, qidalanmağa, gəzməyə, hüquqları vardır. Ona görə də iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, övladlarının 18 yaşına çatanadək saxlanması üçün cavabdeh X1 hər ay aylıq gəlirlərinin 1/3 hisəsi miqdarında alimentin və xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək baxmağına görə 207 manat alimentin, mediasiya təşkilatına ödədiyi 50 manat haqqın və hüquqi yardıma görə vəkilə ödədiyi 200 manat haqqın cavabdehdən alınıb alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanılmış, bu barədə 105 nömrəli qeyd icra edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası ilə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.5-ci maddəsinə görə, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək ona cavabdeh tərəfindən hər ay 207 manat məbləğində alimentin ödənilməsi tələbini qismən – 100 manat hissəsində əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maadəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 84.2.1-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2022ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment və xx.xx.2022-ci il təvəllüdlü X5 üç yaşına çatanadək hər ay 100 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə iddia ərizəsini vəkilin göstərdiyi yardıma görə 200 manat məbləğində pulun tələb edilməsi hissəsində qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment və xx.xx.2022-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək hər ay 100 (yüz) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Vəkilin göstərdiyi yardıma görə xərcin 100 (yüz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-5812/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5812/2023
07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver